PDF Oxu

Siyasət

  • 1 930

Xocalı - qan yaddaşımız

image

Hər bir xalqın tarixində elə günlər vardır ki, o günləri heç bir zaman unutmaq mümkün deyildir.Onlar yaddaşlarda dərin yaralar və sağalmaz iz buraxır. Həmin günlər xalqın tarixinə qara hərflərlə yazılmış və onun qan yaddaşına çevrilmişdir. Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış günlərdən biri də 26 Fevral- Xocalı faciəsidir. Ümumiyyətlə, müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır.Xocalı faciəsini törətməklə mənfur düşmənlərimiz ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Dağlıq Qarabağ münaqişəsi fonunda erməni qəsbkarlarının əsas hədəflərdən biri kimi Xocalını seçməsi heç də təsadüfi deyildi. Xocalı şəhərini hədəfə almaqda ermənilərin əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalı sakinlərini yer üzündən birdəfəlik silmək idi. Heydər Əliyev Xocalı faciəsi haqqında demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”1988-ci ilin fevral ayından Stepanakertdə ermənilərin mitinqləri başladı. Bu hadisə Xocalı faciəsinə gedən yol idi. Ermənilər müxtəlif tələblər irəli sürürdülər ki,bunların da içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi.Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar.Fevralın ikinci yarısından etibarən erməni silahlı dəstələri tərəfindən mühasirəyə salınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-ninXankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu, baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Bu gün Azərbaycan və Azərbaycan xalqı yenidən öz tarixi torpaqlarına qovuşaraq, tarixi ədaləti bərpa edib. Bu gün Xocalıda Azərbaycan bayrağı dalğalanır. Vətənin igid oğulları millətimizin başına gətirilən fəlakətin qisasını layiqincə aldı.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər