PDF Oxu

Siyasət

  • 1 309

Daşkəsəndə Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, Ümummilli Liderin xatirəsi anılıb.
Tədbirdə çıxış edən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, partiya veteranı Cavanşir Qocayev və başqaları Ümummilli Lider Heydər Əliyevin dövlət və xalq qarşısında tarixi xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu”.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər