PDF Oxu

Siyasət

  • 3 195

Xocalı soyqırımına rəğmən... - ŞƏRH

Xocalı soyqırımına rəğmən... - ŞƏRH

Xocalı faciəsi qazanılmış Zəfərlərin zəminində daha ağır, daha dəhşətli görünür. Müzəffər Azərbaycan Ordusunun apardığı müharibənin, antiterror əməliyyatlarının fonunda Xocalı soyqırımı xarakteri ilə, məqsədi ilə və nəticələri ilə dünya tarixinin heç bir faciəsi ilə müqayisəedilməzdir. Ümummilli lider Heydər Əliyevin təbirincə desək, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.

Apardığımız 44 günlük müharibə, daha sonra antiterror əməliyyatları ümumdünya hüquq normalarının qorunması, hərbi qaydalara son dərəcə əməl edilməsi, müharibə zonasından kənara çıxmaması ilə müşahidə olundu.

Ali Baş Komandanımız İlham Əliyevin sülh və humanizm çağırışları ilə paralel Azərbaycan Ordusu müqəddəs amal uğrunda vuruşarkən uşaqlara, qocalara, qadınlara, əlillərə, bir sözlə, mülki əhaliyə toxunmamağa çalışdı və bunu bacardı.

63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 Xocalı şəhidinə, məhv edilmiş 8 ailəyə rəğmən dünyaya “məzlum xalq” obrazı ilə təqdim edilənermənilər 2020-ci ilin sentyabrından bu günə qədər neçə erməni uşağının, qadınının, qocasının məhvindən danışa bilər? Faciənin xarakterinin ağırlığı misligörülməzdir. İşgəncələrə, alçaltmalara, amansızlıqlara rəğmən Qarabağın erməni icması hansı işgəncə - alçaltma nümunələri göstərə bilər?Etnik təmizləmələrə, soyqırımılara məruz qalan Azərbaycan xalqının yetişdirib tərbiyə etdiyi oğulları müharibədə uşaq qatili olmadı.

Xocalı soyqırımında Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Araz Səlimov, Aqil Quliyev, Füzuli Rüstəmov kimi Azərbaycan oğulları qəhrəmanlıq tariximizə adlarını yazdılar. Oların ardınca Mübarizlər yetişdi. Gənclərə milli ruhun, vətənpərvərliyin, torpaq təəssübkeşliyinin təlqin edilməsinin nəticəsidir ki, Qarabağın azad edilməsi Vətən müharibəsi xarakteri aldı. “Bir ölüb, min dirilirik!” deyimi Azərbaycan xalqının nümunəsində bir daha isbat edildi.

Dövlətimiz suverenliyini bərpa edib. Sərhədlərimiz çərçivəsində konstitusion hüquqlarını, vəzifələrini həyata keçirir. Bütün xalqların firavan yaşadığı Azərbaycanımızda qanunlara əməl edən hər bir kəs, hətta erməni icmasının nümayəndələrnin də yaşamağına imkan yaradılır. Sərgilədiyimiz bu duruş regionumuzda formalaşmış multikultural dəyərlərin nə qədər səmimi və real olduğunu göstərir. Lakin bu dəyərlərə - insanyönümlü mühitə baxmayaraq Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaqdır. Bu faciə bizim milli gen yaddaşımızdır.

Leyla Hüseynova

YAP Yasamal rayonuAMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər