Xocalı faciə yaddaşımızda elə iz qoyub ki, çətinki yaddaşımızda silinə.
Azərbaycan xalqının tarixinə Xocalı faciəsi elə bir səhifə yazıb ki, onu heç cür unutmaq olmaz. Odur ki, bu faciəni biz filmlərdə, hekayələrdə, şeirlərdə yaşatmalıyıq. Yaşatmalıyıq ki, bizdən sonra gələn nəsil də unutmasın. Unutqanlıq daha bir faciənin başlanğıcıdır. Unutmayaq ki, bir daha belə faciə yaşamayaq.
Tarix unudulmur və insanlar tərəfindən ona dəyərli qiymət verilir. 1992-ci ildən sonra Xocalı Faciəsini bütün dünya ölkələrinə və xalqlarına ətraflı şəkildə çatdıran Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndərimiz Heydər Əliyev və hörmətli prezidentimiz İlham Əliyev bu faciənin insanlığa yaraşmayan, heç bir əqli düşüncəyə sığmayan olduğunu isbat etdilər. Xocalı Faciəsindən sonra erməni vandalizmi müxtəlif zamanlarda Azərbaycan rayonlarına atəş açmaqla dinc əhalini öldürürdü. Hörmətli prezidentimiz İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, belə vandalizmlər bizim iradəmizi sındıra bilməz, biz işğal olunmuş torpaqlarımızı azad edəcəyik. 2020-ci ilin iyun-sentyabr aylarında erməni vandalları Azərbaycannın dinc əhalisinə qarşı terrorlar törətdilər. Nəhayət 2020-ci ilin senytabrın 27-də ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə erməni vandallarına cavab vermək üçün Azərbaycan xalqı ayağa qalxdı və sücaət Zəfərlə baça çatdı. Bu Zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Müharibədən sonra ermənilərin Azərbaycan sərhədlərinin tanınmasına baxmayaraq, erməni vandalları bu müharibənin nəticəsilə razılaşa bilmirlər. Belə xəbis düşüncə tərzi ilə erməni xalqı yaşaya bilməz.
Xocalı faciəsinin işıqlandırılmasında milli qəhramanımız, jurnalist Çingiz Mustafayevin böyük zəhməti vardır. Fevralın 27-də hərbi vertalyotla Xocalıya gedir və çəkiliş edib Xocalı faciəsini bütün dünyaya göstərir. Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev - 15 iyun 1992-ci ildə Naxçıvanik kəndində Ermənistan ordusunun hücumunu lentə alarkən mina qəlpələrindən ölümcül yaralanıb və həlak olub. Allah Çingiz Mustafayevə də, və digər qəhraman jurnalistlərinə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovaya, Ali Mustafayevə, AzTV-nin operatorlarına Fəxrəddin Şahbazov, Sırac Abışov, Məhərrəm İbrahimov rəhmət eləsin.
Qarabağın tam azad olunması, ərazi bütövlüyü və suverenliyin bərpa olunması ilə Xocalı faciəsində şəhid olanların, əsr düşərək işgəncələrə məruz qalanların, bütün şəhidlərimizin və ərazi bütövlüyü uyğunda sağlamlığını itirən qazilərimizin qisası alındı.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!
Şəhla Xəlilova
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri