Siyasət

  • 1 553

"Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir" - ŞƏRH EDİLDİ

image

"Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən sonra xalqımıza qarşı mütəmadi şəkildə cinayət törədilmişdir". Bunu SİA-ya açıqlamasında AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.Tarixçi alim bildirib ki, XX əsrin əvvəllərindən başlayaraq Şərqi Anadolu, Urmiya və Azərbaycanın şimal ərazilərini əhatə etməklə ermənilər tərəfindən həmişə qətl və qarətlər, soyqırım törədilmişdir: "Əslində törədilən faciələrin hamısı soyqırım xarakteri daşıyır. Xocalı soyqırımı xalqımızın tarixində dəhşətlli anlar kimi yadda qalmışdır. Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyadan çıxarışa diqqət edək.1948-ci il dekabrın 9-da BMT Baş Assambleyasının 260 ( III ) A Qətnaməsi ilə qəbul olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 19 dekabr 1946-cı il tarixli 96 saylı qətnaməsində soyqırımının beynəlxalq hüquq normalarını pozan və Birləşmiş Millətlər Təşkilatının məqsəd və ruhuna zidd olan cinayət olduğunu və sivil dünyanın onu pislədiyini, tarix boyu soyqırımının bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu çirkin fəlakətdən xilas etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyinə əmin olduğunu nəzərə alaraq razılığa gəlirlər.Qətnamənin ikinci maddəsində qeyd olunur ki, bu Konvensiyaya müvafiq olaraq hər hansı milli etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən hərəkətlərdən biridir. Qətnamədən irəli gələn bütün maddələrə baxdıqda ermənilər istər Qərbi Azərbaycanda, istərsə də Azərbaycanın müxtəlif yerlərində davamlı soyqırım törətmişlər. Ermənilər tərəfindən bütün Azərbaycan ərazisində törədilmiş 1918-ci 31 mart soyqırımı, cinayəti cəzasız qaldı. Hətta cinayətin təşkilatçılarının adına rayonlar, şəhərlər salınaraq əbədiləşdirildi. Bununla da xalqı bir daha təhqir etdilər. Ənənəvi talançılığa, qətliama, soyqırıma vərdiş etmiş ermənilər XX əsrin sonlarında Yuxarı Qarabağda bir şəhəri yerlə-yeksan etdilər. Xocalıya ilk hücumlar 1989-cu ildən başlamışdır. Bu soyqırıma qədər Qaradağlıda törədilmiş soyqırıma dünya biganə qaldı. 1992-ci il fevralın 17-dən etibarən Xocalıya hər yerdən əlaqə kəsildi. Fevralın 25-dən 26-a kecən gecə Xocalı şəhəri yerlə-yeksan edildi, əhalisi soyqırıma məruz qaldı.1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Ümummilli lider bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açaraq demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüblər. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulub, ətrafında səliqə-sahman yaradılıb. Dövlət başçısı hər il fevralın 26-da dövlət və hökumət, habelə ictimaiyyət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin xarici siyasət kursunda mühüm yer tutur. Bu barədə həqiqətlərin, erməni vandalizminin, törətdikləri qətliamların beynəlxalq aləmə, dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü tədbirlər həyata keçirilir. Fondun təşkilatçılığı və diaspor üzvlərinin dəstəyi ilə hər il Xocalı faciəsinin ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində faciə qurbanları yad edilir, sərgilər, görüşlər, icazəli aksiyalar keçirilir, xarici ölkə vətəndaşlarına soyqırımdan bəhs edən kitablar, jurnallar, bukletlər çatdırılır. 2020-ci ilin noyabrında işğalçı Ermənistan silahlı qüvvələri üzərində qazanılan qələbədən sonra faciə ilə bağlı kitablara, görüşlərə, tədbirlərə xarici ölkə vətəndaşlarının marağı daha da çoxalıb. Ermənilərin işğalçılıq siyasətinə və haqsız ərazi iddiasına qarşı çıxan insanların, ölkələrin sayı artıb. Fondun fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq, indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri barədə daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə qonşu Rusiya Federasiyasında, qardaş Türkiyə Cümhuriyyətində, İsraildə, Baltikyanı ölkələrində, Almaniyada, Londonda, İspaniyada, İtaliyada, hətta okeanın o tayında - uzaq Amerikanın müxtəlif ştatlarında keçirilən və bütün dünyaya səs salan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası öz fəaliyyət missiyasını ildən-ilə genişləndirir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə həyata keçirilmiş soyqırımlar, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı bir sıra əcnəbi dillərdə nəşr olunan kitab və bukletlər xarici ölkələrdə yayımlanır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ingilis və rus dillərində nəşr olunan “Xocalıya ədalət” kitabı bu gün dünyanın bir sıra ölkələrində sülhsevər insanların stolüstü kitabına çevrilmişdir. Prezident İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində dönə-dönə vurğuladığı kimi, beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində qazandığı möhtəşəm qələbədən sonra yerdə qalan problemlərin sülh yolu ilə həlli üçün təşəbbüslərini davam etdirir. 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, 2023-cü il sentayabrın 19-da həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı separatizmə son qoydu. İlahi Ədalət bərpa olundu.AMEA A.Baskıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev deyib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər