Siyasət

  • 1 440

Azərbaycan-Türkiyə birliyi bütün dünya üçün örnəkdir - ŞƏRH

image

Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Qardaşlıq əlaqələrinin təzahürünə gəlincə Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfəri qardaş Türkiyəyə oldu. Bu, təsadüfi deyil, qardaşlıq əlaqələrinin təzahürüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşdə qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan əməkdaşlığının Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi əzmləri və səyləri nəticəsində Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənib.

Qardaş ölkədə səfərdə olan dövlətimizin başçısı bildirdi ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Ölkə başçısının söylədiyi kimi, Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və iş birliyinin qarantıdır. Və bu sarsılmaz birliyin gücü təkcə ölkələrimizin, regionumuzun rifahı üçün deyil, qlobal xarakterli məsələlərin həlli üçün də vacib rol oynayır. Danılmaz reallıqdır ki, bu gün dünyanın istənilən siyasi gücü Azərbaycan-Türkiyə birliyi ilə hesablaşır, regionla bağlı bütün məsələləri, gerçəkləşdiriləcək layihələri məhz bu iki ölkənin maraqlarına uyğun tənzimləyir. AzərbaycanTürkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Qardaşlığın mühüm sınağı olan bu savaş hər iki dövlətin mətanət, iradə və dözümünün birgə təzahürünə, nəsillərə miras qalacaq nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi dönəmində qardaş ölkənin, onun hökumətinin və xalqının, ümumən Türkiyənin qətiyyətli mövqeyinin təntənəsi kimi yaddaşlara yazıldı.Azərbaycan-Türkiyə qardaşlığa söykənmiş əlaqələri, müttəfiqliyi, xüsusəndə hərbi müttəfiqliyi, bütövlükdə, Avrasiya məkanında sülh və təhlükəsizlik üçün son dərəcə müstəsna təminatıdır.

Cənab prezident qardaş Türkiyənin dəstəyini xüsusi qiymətləndirərək qeyd etdi ki, bu qardaşlıq dəstəyini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Dövlət başçımız eyni zamanda bildirdi ki, İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Hazırda Azərbaycan-Türkiyə birliyi bütün dünyada dostluğun və qardaşlığın simvoludur. İki dövlətin müttəfiqliyi bütün sahələrdə nəinki ildən-ilə, gündən- günə daha da möhkəmlənir.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Digər xəbərlər