PDF Oxu

Siyasət

  • 2 812

İmzalanan müqavilələr iki ölkənin gələcəyinin inkişafı naminə mühüm sənədlərdir - ŞƏRH

İmzalanan müqavilələr iki ölkənin gələcəyinin inkişafı naminə mühüm sənədlərdir - ŞƏRH

Azərbaycanla Türkiyənin münasibətləri böyük önəm kəsb edir. İki ölkənin razılıq əldə etmədiyi məsələ yoxdur. Azərbaycan və Türkiyənin maraqlarının uyğun olması, ən önəmlisi isə hər iki dövlətin vətəndaşlarının böyük hissəsinin eyni etnik qrupa sahib olması və digər məsələlər iki qardaş ölkənin bir mövqedən çıxış etməyə, bir-biri ilə sıx əlaqələr qurmağa vadar edir. 19 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenidən prezident seçildikdən sonra ilk rəsmi səfəri Türkiyə Respublikasına oldu. Qardaş ölkədə cənab prezident İlham Əliyev və cənab prezident Rəcəb Tayyib Ərdoğan ilk öncə təkbətək, daha sonra isə geniş tərkibdə görüşmüşdür. Türkiyə səfəri ilə bağlı ölkəmizin başçısı söyləmişdir: Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”. Görüş əsnasında 2024-cü il və gələcək illər üçün “Yol xəritəsi”nə yenidən baxılıb.

İki ölkə arasında üç müqavilə imzalanıb. “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” sənədləri imzalanmışdır.

İki ölkə arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri də müdafiə sənayesi sahəsində işbirliyidir. Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar planlar var. Ordunun maddi-texniki təchizatı üçün hər il dövlət büdcəsindən ayrılan maliyyə hesabına görə Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir. Həm Türkiyədə, həm də Azərbaycanda hər il təlimlər keçirilir və bu da hərbi gücün artması deməkdir. Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam formalaşıb.

Təhsil sahəsində də önəmli sənəd imzalanmışdır. İmzalanmış sənədə əsasən Türkiyə-Azərbaycan Universiteti yaradılacaq. “Yeni nəsil” sayılacaq olan Azərbaycan-Türkiyə Universiteti Bakıda yerləşəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması təkcə təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti rəmzidir. Akademik biliklər Türkiyəyə, maddi-texniki tələblər isə Azərbaycana məxsus olacaq.

Nigar Abdullayeva

YAP Yasamal rayonAMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər