Azərbaycanla Türkiyə arasında mövcud əlaqələr iki qardaş xalq arasında birliyin nümunəsidir. Hər iki ölkə müasir siyasi çağırışlara eyni addımlarla gedir.
Azərbaycan və Türkiyənin birliyi bütün ölkələr üçün hər zaman maraq mövzusuna çevrilib. Bu gün Azərbaycan və Türkiyənin bir çox yerlərində, eləcə də evlərdə hər iki dövlətin bayrağı yanaşı dalğalanır. Bu özü bir tarixi nümunədir. Yalnız Azərbaycan və Türkiyədə bu kimi hallara rast gəlmək olar. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimi artıq praktik olaraq həyatda özünü göstərir. Həmçinin bu fikir qəlblərdə yaşayır. Bu günlərdə Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri siyasi və tarixi əhəmiyyət daşıyr. Prezident İlham Əliyev yenidən prezident seçildikdən sonra ənənəvi olaraq ilk rəsmi səfərini məhz qardaş ölkə olan Türkiyəyə edib. Cənab Prezident Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda “Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik”, - deyə öz fikrini açıqlayıb. Bu haqda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında məmnunluqla danışıb: “İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram. Fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm”. Bütün bunlar Azərbaycan və Türkiyənin bütün sahələrdə əməkdaşlığının, qardaşlığının regional və dünya miqyasında önəmli amilə çevrilməsinin göstəricisidir. Eyni zamanda, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu vardır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin uğur formulu bu iki güclü şəxsiyyət arasındakı liderlik xüsusiyyətləridir. Hazırda hər iki dövlətin başçısı prinsipial, cəsarətli və düşünülmüş siyasət yürüdərək beynəlxalq aləmdə öz sözlərini deyirlər. Bu gün dünya Azərbaycan və Türkiyənin təşəbbüslərini qəbul edir. Məhz buna görə dövlətimizin başçısı bəyanatında Türkiyənin bu gün dünya miqyasında söz sahibi olduğunu vurğulayıb: Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Prezident İlham Əliyev milli maraqları hər şeydən üstün tutur. Və bunu qətiyyətlə qoruyaraq əməli fəaliyyəti ilə nümayiş etdirir. Bu gün öz Lidernin sayəsində Azərbaycan çox böyük tarixi uğurlar əldə edib. Biz bu prinsipiallığı və uğuru Prezident Rəcəb Tayyib Ərdoğanın simasında Türkiyədə də müşahidə edirik. Vətən müharibəsindən sonra Azərbaycanla Türkiyə arasında hər bir əməkdaşlıq baxımından da yeni perspektivlər açılıb. Bu baxımdan son olaraq silahlanmaya yeni qəbul edilən Türkiyənin “Akıncı” hücum PUA-ları xüsusi qeyd edilməlidir. Onu da deyək ki, fevralın 9-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub. Yeri gəlmişkən, PUA Akademiyasının yaradılmasıda yeni kadrların hazırlanması baxımdan önəmlidir. Burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. Bu kimi avadanlıqlar Azərbaycanın müdafiə qabiliyyətini və hərbi qüdrətini daha da gücləndirəcək. Ayrıca cənab Prezidentin səfəri çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyənin aidiyyəti sahələr üzrə hədəflərinə çatmaqlarına əhəmiyyətli töhfə verəcək.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri