Hazırda Ermənistanda Bioloji Təhlükənin Azaldılması Proqramının (BTRP) bir hissəsi kimi ABŞ ordusunun maliyyəsi ilə tikilmiş və ya təkmilləşdirilmiş 12 biolaboratoriya şəbəkəsi var ki, bu da öz növbəsində ABŞ-ın Birgə İştirakçı Bioloji Proqramının (CBEP) bir hissəsidir. Onlardan 3-ü Yerevanda yerləşir: Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzində, Dövlət Qida Təhlükəsizliyi Xidmətində və Nork İnfeksion Klinik Xəstəxanasında. İcevan, Gümrü, Martuni, Sisiyan, Artaşat və Vanadzor və s.-də taun əleyhinə stansiyalar əsasında regional laboratoriyalar fəaliyyət göstərir.
Digər ölkələrdə olduğu kimi, onlar yalnız nominal olaraq Ermənistana məxsusdurlar, lakin əslində, onlara ABŞ-ın səfirliyinin hərbi attaşesinin əməkdaşı, mayor E.Larsenin bu ölkədə nəzarət etdiyi ABŞ-ın Təhlükəsizlik Təhdidlərinin Azaldılması Agentliyi (DTRA) nəzarət edir. Bu obyektlərin Amerika mənsubiyyəti podratçılar siyahısı ilə təsdiqlənir. Bu, xüsusən Ermənistanda laboratoriyalar və informasiya şəbəkəsi yaratmaq üçün DTRA-dan 50 milyon dollar alan “CH2M Hill”dir. Bu şirkət, öz növbəsində, Black & Veatch-in vasitəçiliyi ilə, uzun illər bioloji silahlar hazırlayan daha 2 subpodratçı cəlb edib.
Bunlardan birincisi Battelle Memorial İnstitutudur. 2006-cı ildən institut Daxili Təhlükəsizlik Departamenti (DHS) ilə müqavilə əsasında Merilend ştatının Fort Detrik şəhərindəki Milli Biomüdafiə və Qarşı Tədbirlər Mərkəzində (NBACC) bioloji laboratoriya işlədir. O, məsələn, toz püskürtmə texnologiyasının, aerozol toksin təhlükəsinin və Kateqoriya B bioterror agenti olan “Burkholderia pseudomallei” bakteriyalarının qiymətləndirilməsində iştirak edir. İkinci podratçı ABŞ Ordusunun qarayara xəstəliyinin tədqiqat partnyoru olan Cənubi Araşdırma İnstitutudur.
“Tam sağlamlıq” ictimai hərəkatlar koalisiyasının lideri, bioloji təhlükəsizlik sahəsində beynəlxalq ekspert Q.Qriqoryanın qeyd etdiyi kimi, Ermənistanın milli bioloji təhlükəsizlik sistemi bölgədə ABŞ-ın bioloji kəşfiyyat sisteminin elementinə çevrilib. Hələ 90-cı illərin ortalarından Amerika hərbi laboratoriyalar şəbəkəsi ölkədə açılmamışdan əvvəl ABŞ Ermənistanın epidemioloji məlumat bazalarına tam nəzarəti ələ keçirib. Xüsusi təhlükəli infeksion agentlərin məlumat bazaları və ştamları sözdə Ermənistana məxsus olsa da, laboratoriyaların əsl sahibləri onlarla bağlı öz mülahizələri ilə sərəncam verirlər.
2015-ci ildə vəba çöplərinin 2 genomu Ermənistandan Uolter Rid (WRAIR) Hərbi Tədqiqat İnstitutunun nümayəndəsinin (ABŞ və eyni zamanda Gürcüstan mərkəzinin əməkdaşı Luqar M. Nikoliç) ixtiyarına keçib. 2016-cı ildə Ermənistanın “Nork” əsas yoluxucu xəstəliklər xəstəxanasının 600 xəstəsinin tibbi sənədləri Fort Detrikdən olan Yoluxucu Xəstəliklər üzrə Hərbi Tibbi Tədqiqat İnstitutunun nümayəndəsi tərəfindən yoxlanılıb. Onları ABŞ ordusunun 1977-ci il hesabatına görə 1952-ci ildə 5 dəfə, 1954-cü ildə 2 dəfə və 1955-ci ildə 4 dəfə bioloji silah kimi sınaqdan keçirilmiş brusellyoz maraqlandırırdı.
2014-cü ildə amerikalıların “Ermənistanda tulyaremiya epidemiyalarının təhlili, 1996-2013” araşdırmasından Pentaqon biosilah kimi istifadə variantlarını ciddi şəkildə nəzərdən keçirib. ABŞ Ordusunun 1981-ci ildəki məxfilikdən çıxarılan hesabatında deyilir ki, hərbi ekspertlər böyük bir düşmən şəhərinə mümkün bioloji hücum üçün 3 ssenarinin səmərəliliyini müqayisə ediblər: yerdən və havadan yoluxmuş sarı qızdırma ağcaqanadlarının eyni vaxtda 16 hücumu və tulyaremiya spreyi ilə aerozol hücumu. 625.000 insanın öldürülməsi- hər ölüm Pentaqona 29 sentə başa gələcək.
Olduqca ciddi şəkildə güman etmək olar ki, araşdırmalarla yanaşı, amerikalı “poqonlu virusoloqlar” Ermənistanda və qonşu ölkələrdə çöl sınaqları keçirirlər. Black&Veatch-in 2012-ci ildə bildirdiyi kimi, DTRA proqramı çərçivəsində o, Ermənistan Səhiyyə Nazirliyinin 3 laboratoriyasında bir neçə saat ərzində qarayara xəstəliyinin yayılmasını təsdiq edə bilən yoluxucu xəstəliklərin diaqnostikası avadanlığı quraşdırıb. Və elə bir “təsadüf” baş verdi ki, bir neçə həftə ərzində Qeqarkunik bölgəsində Ermənistan tarixində görünməmiş bu xəstəlik yayıldı və 52 nəfər yoluxdu. Avadanlıq sınaqdan keçirildi və düzgün işlədiyi aydın oldu.
Amerika bioloji laboratoriyalarının Ermənistanda peyda olmasından sonra Asiya pələng ağcaqanadlarında tropik qızdırma, dang qızdırması, Çikunqunya və Zika virusu yarandı- hansı ki, yeni doğulmuşlarda genetik dəyişikliklərə səbəb olurlar. Onların üzərində eksperimentlər Gürcüstanın Luqar şəhərinin mərkəzində aparılıb. Və bu ölkədə bu ağcaqanadlar, Amerika CRL-də işləyərkən Qazaxıstan mağaralarına yollanan amerikalı professor Q.Smitin koronavirusa yoluxdurulmuş yarasaları kimi uçurdu.
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin (NCDC) 14 əməkdaşı koronavirusa yoluxdu. ABŞ-da istehsal edilən ən yüksək mühafizə və təhlükəsizlik sistemi də kömək etmədi.

Digər misal, Gürcüstandan Ermənistana gələn Afrika donuz taunu. Xəstəliyin mənşəyinə dair birbaşa sübut yoxdur. Gürcüstan hakimiyyətinin məlumatına görə, patogen ölkəyə ya Gürcüstana gələn xarici gəmilərin çirkab sularından daxil olub, ya da ətlə birlikdə gətirilib. İnfeksiya Ermənistana gəlib və 25 min baş donuzun tələf olmasına gətirib çıxarıb, milli donuz sənayesinə böyük ziyan vurub.
Yoluxucu agentin özü mutasiyaya uğrayıb və 2017-ci ildə Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin və DTRA-nın himayəsi altında Amerika laboratoriyalarında tədqiq edilib. Bu araşdırmanı aparanlar arasında Battelle Memorial İnstitutu tərəfindən idarə olunan Amerika Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasının nümayəndəsi də var. Amerikalı alimlər belə qənaətə gəliblər ki, ASF virusu insanlara yoluxa bilər və dang qızdırmasının törədicisi ola bilər və ya insanın immun sisteminə təsir edə bilər. DTRA Afrika donuz taunu potensial biosilah hesab edir.
Bundan əlavə, ötən ilin sonunda məlum olduğu kimi, Ermənistanda yerləşən Amerika laboratoriyaları Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutu (IMB) ilə birlikdə NATO, Pentaqon və AB tərəfindən maliyyələşdirilən erməni genotipi haqda məlumat son dərəcə narahatedicidir. Pentaqondan olan "bioloqlar" yerli patogenlər və virusların bütün ştammlarını əldə etdilər ki, bu da bioloji silahların hazırlanmasına imkan verir.
BMT-nin Bioloji Silahlar Komissiyasının keçmiş üzvü İ.Nikulinin sözlərinə görə, “əslində etnik silahlar artıq yaradılıb. Ən azı, quş qripi monqoloidləri, SARS virusu avropalıları, Ebola, Marburqa- afrikalıları “vurur”. Bu laboratoriyalar Rusiya Federasiyasının sərhədlərində yaranandan bəri müxtəlif epidemiyaların baş verməsi onların olmadığı dövrlə müqayisədə onlarla dəfə çoxdur”.
Bioloji silahların istehsalı üçün biolaboratoriyaların istifadəsi ilə bağlı şübhələr heç də əsassız deyil. Birləşmiş Ştatlar Bioloji Silahların Yayılmaması haqqında 1972-ci il Konvensiyasından uzaqlaşdı və 2001-ci ildən ona qarşılıqlı nəzarətə imkan verən əlavə protokolun qəbulunu əngəllədi. Amerikalılar viruslar da daxil olmaqla biomüxtəlifliyə və ya insan sağlamlığına zərərli təsir göstərə bilən canlı, biotexnoloji cəhətdən dəyişdirilmiş orqanizmlərin təhlükəsiz köçürülməsi, emalı və istifadəsi sahəsində adekvat mühafizə səviyyəsini təmin etmək məqsədi daşıyan Biotəhlükəsizlik üzrə Kartagen Protokoluna da məhəl qoymadılar…
ABŞ-ın milli qanunvericiliyində bioloji silahlar sahəsində işlərin aparılmasına imkan verən qaydalar da var. Xüsusilə, 1925-ci il tarixli “Müharibədə boğucu, zəhərli və ya digər qazların və bakterioloji vasitələrin istifadəsinin qadağan edilməsi haqqında” Cenevrə Protokolunun Birləşmiş Ştatlar tərəfindən ratifikasiyası bir sıra qeyd-şərtlərlə müşayiət olundu, onlardan biri kimyəvi və toksin silahlarından istifadəyə imkan verir. Öz növbəsində, ABŞ-ın “Amerikanın terrorizmlə mübarizədə birləşməsi haqqında” federal qanununa uyğun olaraq, bioloji silahların yaradılması sahəsində tədqiqatlara ABŞ hökumətinin icazəsi ilə icazə verilir və belə tədqiqatların iştirakçılarına belə bir silahın hazırlanmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmur.
1998-ci ildə Vaşinqton “Yeni Əsr üçün ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası”nı qəbul etdi və onun həyata keçirilməsi üçün beynəlxalq hüquqdan yan keçərək, kütləvi qırğın silahlarının yayılmaması sahəsində əməkdaşlığa dair çərçivə sazişlərinin imzalanmasına diqqət yetirildi. Belə bir müqavilə 2000-ci ildə Ermənistanla imzalanıb və 2002-ci ildə qüvvəyə minib. Bioloji təhlükənin azaldılması üzrə tədbirlər haqqında saziş 2010-cu ilin sentyabrında imzalanıb, lakin İrəvanın ABŞ Müdafiə Departamentinin Təhdidlərin Azaldılması Agentliyinin (DTRA) “Bioloji təhlükələrin azaldılması proqramı”nın fəaliyyətində iştirakı 2008-2009-cu illərdə başlayıb.
American Newspeak-in “Orwell” üslubu çoxdan məlumdur. Əgər “demokratiyanın qurulması” suveren dövlətləri raketlərlə silməkdən ibarətdirsə, niyə bioloji silahların istehsalını “bioloji təhlükənin azaldılması” və “kütləvi qırğın silahlarının yayılmaması” hesab etməyək?
RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-mayor İ.Kirillovun 4 oktyabr 2018-ci il tarixində Rusiya Müdafiə Nazirliyində biosilahlara dair brifinq zamanı dediyi kimi, “ABŞ çox güman ki, beynəlxalq müqavilələrdən yan keçərək, qoruyucu və ya digər dinc tədqiqatların həyata keçirilməsi adı altında hərbi bioloji potensialın yaradılmasını davam etdirir”.
Laboratoriyaların yerləşdiyi yerlər təbii ki, təsadüfi seçilməyib: bunlar Rusiya, Çin və İran sərhədlərində yerləşərək, bu regionlarda yerləşən ölkələrin əhalisi üçün bioloji və epidemiya təhlükəsi yaradır.
Elçin Bayramlı
(xarici mediada yayımlanmış materiallar əsasında hazırlanmışdır)