PDF Oxu

Siyasət

  • 1 377

Xocalı soyqırımı: «RUHLAR ÖLMƏZ, ƏDALƏT İTMƏZ» - TƏHLİL

Xocalı soyqırımı: «RUHLAR ÖLMƏZ, ƏDALƏT İTMƏZ» - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq»

Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşımda "Ruhlar ölməz, ədalət itməz" sözləri qeyd olunub.

Bəli, artıq nə ruhlar ölüb, nə də ədalət itib. Bu gün işğalçı və təcavüzkar Ermənistanın niyyəti baş tutmadı. Xalqımız 44 günlük müharibədə öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Böyük rus şairi A.S.Puşkin uzaqgörənliklə ermənilər haqqında” sən kölə, sən oğru, sən ermənisən" fikrini söyləmişdir. Həmin fikir bu gün də tam təsdiqini tapır. Və bu gün torpaq oğruları olan bu kölələrə igid və qəhrəman oğullarımız 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldı və onlara yerini göstərdi.

BU BƏŞƏRİ CİNAYƏT CƏZASIZ QALMAMALIDIR

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda XX əsrin sonlarında insanlığa qarşı ən böyük cinayəti törətdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutdu. Yaşayış məntəqəsində qalan təqribən 2500 nəfər Ağdama çatmaq ümidi ilə Xocalını tərk etdi. Amma onlardan 613-ü qətliamın qurbanına çevrildi. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmən tərəfindən yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150-si itkin düşdü.

Qeyd edək ki, 7000 nəfər əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da şəhərin strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı həm də qədim insanların məskunlaşdığı yerdir. İşğaldan əvvəl şəhərdə toxuculuq fabriki, 2 orta və 2 natamam məktəb var idi. İndi onlardan əsər-əlamət yoxdur. Ən dəhşətlisi də o idi ki, ermənilər Xocalıları xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirmişlər. Xocalının işğalına dair istintaq materialları göstərir ki, hücumda mayor S.Ohonynın (Ermənistanın eks-müdafiə naziri) komandalığı altında 366-cı alayın 2-ci batalyonu, Y.Nabokivinin komandalığı ilə 3-cü batalyonu, qərargah rəisi V.Çitçyan olan 1-ci batalyonu və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak etmişdir. Onlar misilsiz qəddarlıq nümayiş etdirirdilər. Amansızlıqla qətlə yetirilənlərdən 56 nəfəri diri-diri yandırılmış, başları kəsilmiş, gözləri çıxarılmış, baş və aşağı ətraflarının dərisi soyulmuşdur. Erməni ideoloqları bu qətillərdən, qəddarlıqlardan sevinclə söhbət açırlar. Onların xaç atalarından sayılan Zori Balayan 1996-cı ildə yazdığı "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən qəhrəman əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına qoydu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şey daha 3 türk uşağına etdik. Mən ixtisasca həkiməm. Humanist peşə sahibi olduğum üçün mən belə hərəkət etməməliyəm, ancaq mən erməniyəm və bir erməni kimi öz vəzifəmi yerinə yetirirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr edəcək".

Vəhşiləşmiş ermənilərin dinc əhaliyə qeyri-insanı qəddarlıqla divan tutmasının daha bir səbəbi vardır. Bunu Ermənistanın eks prezidenti Serj Sarkisyan çox həyasız və sərt şəkildə söyləmişdir: "Xocalı hadisəsinə qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipu qırmağa nail olduq".

Deməli, bu amansız qırğın bilərəkdən, vahimələndirmə aktı kimi planlaşdırılmışdır. İnsanlığa sığmayan vəhşiliyin bu cür etirafını ancaq Serj Sarkisyan və onun kimilər bacarardı. Çünki onların damarlarında insan adlı varlığın yox, hələ də adı dəqiq bilinməyən bir qanicənin, türk düşməninin qanı axır.

Ümummilli Lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı “Xocalı soyqırımı” kimi rəsmiləşdirildi. Ulu Öndərimiz, daha sonra isə cənab Prezidentimiz İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştrak etdikləri hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi. Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Aparılmış məqsədyönlü siyasət sayəsində dünyanın doqquz dövlətinin və ABŞ-ın 20-dən çox ştatının parlamentləri Xocalı soyqırımına həsr olunmuş xüsusi qətnamələr qəbul etmiş, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır.

«AZƏRBAYCAN XALQI HEÇ BİR VAXT XOCALI FACİƏSİNİ UNUTMAYACAQ»

Bəli, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsidir. Bu il xalqımız Xocalı soyırımının 30 illiyini 44 günlük müharibədə Qələbə qazanmış, 2 min nəfərdən çox Xocalı qurbanlarının qisasını almış qalib xalq kimi, güclü millət kimi yad edəcək. Bu 44 günlük savaşda qazandığımız böyük Zəfərlə biz bütün dünyaya göstərdik ki, illərlə göz yumduğunuz ədalətsizliyi Azərbaycan xalqının, rəşadətli Ordumuzun, müdrik Ali Baş Komandanımız Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasətinin gücü ilə əldə etdik. Bu qələbə Prezident İlham Əliyevin dünyanın nüfuzlu KİV-lərinə verdiyi geniş və tutarlı müsahibələrlə ölkəmizə qarşı yönələn haqsız hücumları, qaralama kampaniyalarını müvəffəqiyyətlə dəf etdi. Budur,İkinci Qarabağ müharibəsindən sonrakı yeni Azərbaycan reallıqları.

Prezident İlham Əliyev cənablarının dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir: «Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir».

Bəli, o gün gəldi Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.

Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə, o cümlədən Xocalı soyqırımının qurbanlarına Allahdan rəhmət diləyir, bütün qazilərimizin tezliklə sağalmasını arzulayırıq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər