PDF Oxu

Siyasət

  • 1 619

Soros istəsə də Əli Kərimli islah oluna bilməz ANALİZ

Soros istəsə də Əli Kərimli islah oluna bilməz ANALİZ

Dağıdıcı müxalifət ətəklərindəki daşları yerə atıb, əski mövqelərinə qayıtmaqdansa üzəduranlıq edir, sərsəm fikirlər səsləndirir, müxtəlif anormal ideyalar irəli sürməklə siyasətdə ömürlərini uzatmağa çalışırlar. Hətta bir qədər də həyasızlıq edərək, ana müxalifət olmaq iddiası ilə çıxışlar edirlər. Lakin görünən ondan ibarətdir ki, cılız və boşboğaz ünsürlərdən uzağa gedə bilmirlər. Çünki milli və dövlətçilik maraqlarına qarşı çıxırlar. Həm də Ermənistandakı revanşistləri sayağı məkrli pozucu fikirlər səsləndirir, statuslar paylaşırlar. Haqlı olaraq da cəmiyyət onları qınayır, bir növ bir sıra məsələlərdən. Məhz bu səbəbdən də dağıdıcı müxalifət tamamilə xalqdan ayrı düşüb. İctimai siyasi proseslərdən kənarda qalmaları da xalqın onlara olan mənfi münasibətindən irəli gəlir. Xüsusi ilə də Əli Kərimlinin və trol dəstəsinin sosial şəbəkələrdə insanlara qarşı qarayaxma kampaniyası həyata keçirmələri ictimai rəydə onlara qarşı ikrah hissini daha da gücləndirib. Hər gün Əli Kərimli, Fuad Qəhrəmanlı, Seymur Həzi və digərləri sosial şəbəkələr vasitəsi ilə hədyanlar yazır, videolar paylaşırlar. O dərəcə də ağıllarını itiriblər ki, Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən narahat olduqlarını nümayiş etdirirlər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hər zamankı ampluasına uyğun olaraq iddia edir ki, Ermənistanın KTMT-də fəaliyyətini dondurması bölgədə ciddi qarşıdurmalara gətirib çıxaracaq: “Atəşkəs bundan sonra tez-tez pozulacaq. Azərbaycan vəziyyətdən istifadə etməkdən çəkinməlidir”. Bu məxluq sonrakı statusunda simasını dəyişir və Azərbaycanı özünü sülhpərvər dövlət kimi göstərməyə çalışmaqda qınayır: “Dünən Azərbaycan Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı Azərbaycan MN - nin yaydığı bəyanat diqqəti cəlb edir. Həmişəki ritorikadan fərqli olaraq bu dəfə "cavab atəşi ilə düşmən susdurulub" ifadəsinə rast gəlmədik. Əksinə, sülh prosesinə xələl gəlməməsi üçün cavab atəşi açılmadığı bildirilib”.

Fuad Qəhrəmanlı necə oldu ki, simasıza çevrildi?

F.Qəhrəmanılının dolaşıq fikirlər, ziddiyyətli açıqlamaları onu deməyə əsas verir ki, bu məxluq öz ağılı ilə hərəkət etmir. Onu Əli Kərimli xüsusi çərçivəyə salaraq idarə edir. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri millət vəkili Elşən Musayev haqlı olaraq F.Qəhrəmanlını vicdandan xəbəri olmayan adam hesab edir. “Səs” qəzetinə açıqlamasında E.Musayev bildirdi ki, Fuad Qəhrəmanlı kimi birinin vicdandan, haqq - ədalətdən danışması dünyanın sonunun gəldiyini bildirən və göstərən əlamətdir: “Ayıbdır, həqiqətən. Nəinki ayıbdır, hətta günahdır, absurddur! Çünki belə rəzil adamlar vicdan sözünü dilinə belə gətirməməlidir. Fuad Qəhrəmanlı ümumiyyətlə vicdandan xəbəri olmayan adamdır. Çünki Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir. Daha dəqiq desəm: ünsürüdür! Milli məsələlərdə düşmən əlinə oynayan, erməni terroru ilə bağlı Azərbaycanın bütün siyasi partiyalarının imzaladığı bəyanata imza atmaqdan imtina edən, Şuşanın, Qarabağın işğaldan azad olunmağına sevinməyən, hər şeyi qara görən, erməni lobbisindən maliyyələşən, FETÖ-nun tör-töküntülərini müdafiə edən birisi necə vicdandan danışa bilər? Hansı haqla danışa bilər? Əli Kərimli və onun qaragüruh komandasının vicdan haqqında anlayışı belə yoxdur. Onlar ancaq vicdansız olmağın yollarını, vicdansızca davranmağın üsullarını, formasını göstərə və “ən böyük vicdansız necə ola bilər?” sualının cavabını rahat şəkildə verə bilərlər. Çünki əksəriyyəti vicdansızlığın nəzəriyyəsini yazan, vicdansızlığı öz həyat kredolarına çevirən adamlardır”.

Əli Kərimli qaragüruh dəstənin üz qarasıdır

AXCP-nin əsas trollarından olan F.Qəhrəmanlının və digərlərinin C.Sorosa uyub, ölkəmizin uğurlarına kölgə salmağa çalışmaları onların iflasını bir qədər də dərinləşdirəcəyi şübhəsidir. Çünki dünya dəyişir, müasir, sağlam qüvvələr formalaşır. Eyni zamanda, informasiya, texnalogiyalar əsrində yeni hərəkatlar formalaşır. Belə bir məqamda hələ də meydan dövrünün ab-havası ilə yaşamaq və C.Sorosun fitnəsi əsasında fəaliyyət göstərmək siyasi uğursuzluğa gətirib çıxarır. Necə ki, səhv və yanlış siyasətlərinin ağır və acı nəticələrini dağıdıcı ünsürlər artıq yaşamaqdadılar. Əminliklə demək olar ki, dağıdıcı ünsürlərin ömrü uzun çəkməyəcək. Yaxın vaxtlarda onlar tarixin zibilliyinə atılmalı olacaq. Günahkar isə təbii ki, özləridir. Daha doğrusu, müxalifətin üzqarası hesab olunan Əli Kərimlinin xarici maraqlı dairələrin məkrli planlarının icrasını üzərinə götürməsidir. Azərbaycanın uğurları isə davamlıdır. Hansı ki, bu siyasət Azərbaycan xalqına daha işıqlı və xoşbəxt sabah vəd edir, dövlətimizin bayrağını isə daha ucalıqlarda dalğalanmasını təmin edəcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər