“2021-ci ildə Fransa Ermənistanla müdafiə potensialının genişləndirilməsi üzrə İşçi Qrup səviyyəsində strategiya işləyib hazırlayıb. Bu strategiyanın həyata keçirilməsi isə 2023-cü ilin aprel ayında Fransanın xarici işlər naziri Katrin Kalonnanın Ermənistana səfərindən sonra baş verdi”. Bu barədə SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib. Onun sözlərinə görə, attaşenin təyin olunması keçən il aprel ayında Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı elan olundu: “Fransanın İrəvandakı səfirliyində hərbi attaşe təyinatı ilə Ermənistan-Fransa müdafiə əməkdaşlığı fəallaşdı. Bu Azərbaycan və Ermənistan arasında həm Vaşinqton, həm də Brüssel formatı çərivəsində aparılan danışıqlar fonunda Fransanın münaqişənin yenidən bərpa etmək cəhdləri idi. Bundan bir neçə gün sonra isə Fransanın Ermənistana zirehli texnika və silah tədarükü başladı. Keçən il may ayından başlayaraq və 50 ədəd VAB MK3 zirehli texnika tədarük olundu: “Bu il üçün isə Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınları tədarükü planlaşdırılır. Planlaşdırılan silah təchizatına Thales- 250 kilometr məsafədə rəqib təyyarələrini aşkar etməyə imkan verən üç Ground Master radarı - GM 200 və həmçinin gecəgörmə cihazları daxildir. Tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün 3 dağ hərbi alpinizm adı altında döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur”.Politoloq bildirib ki, rəsmi Paris bununla təcəvüzkar Ermənistanı müasir silahlarla təmin etməsi ilə sülh prosesinə zərbə vurmağa və regionda gərginliyin artmasına çalışır: “Fransa aktiv tərzdə Cənubi Qafqazda hərbi mövcudluğu genişləndirmək üçün ermənistanla müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını formalaşdırmağa çalışır. Ümumiytlə Fransanın bu addımları Parisin Ermənistanın hərbi arsenalını genişləndirmək istiqamətində ilk addımları deyil. Fransa həm işğal dövründə, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrdə, həm 44 günlük Vətən müharibə dövründə, eləcə də ondan sonra Ermənistan ordusunun Azərbaycanın əsgərinə və vətəndaşlarına tuşlanmış silahların verilməsində iştirak edib”.Y.Hacıyeva sonda qeyd edib ki, 44 günlük Vətən müharibəsinə qədər bu iki ölkə arasında münasibətlərin hərbi-siyasi ölçüsünü tam əhatə edəcək hərtərəfli strateji saziş və ya müqavilə mövcud deyildi: “Hal hazırda isə Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığın inkşafını üç istiqamətdə: iki tərəfli, Aİ missiyası və Nato çərçivəsində davam etdirmək üçün hüquqi bazalar formalaşdırır. Keçən iki il ərzində ölkələr arası rəsmi razılaşmalara görə Fransa Ermənistana hava hücumundan müdafiə, hərbi alpinizm, sülhməramlı və Aİ-nin missiyası çərçivəsində hərbi yardımlar göstərir”.
Müəllif: Rəşid Qarayev