PDF Oxu

Siyasət

  • 1 972

"Bələdiyyələrin birləşməsi və ya ləğvi artıq zərurətə çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bələdiyyələrin birləşməsi və ya ləğvi artıq zərurətə çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi" haqqında qanun layihəsi qüvvədə olduğu illərdə onun maddələrinə müraciət edilmiş və bu, öz müsbət nəticələrini vermişdir. İki dəfə bu istiqamətdə islahatlar həyata keçirilib. 1300-dən çox bələdiyyə birləşib və ya ləğv olunub. Bu birləşmə və ləğv olunmaların səbəbi var və müəyyən reallıqlardan irəli gəlir. Çünki bələdiyyələr yaradıldığı ilk illərdə Konstitusiyanın tələblərinə uyğun olaraq vətəndaşların razılığı təşəbbüsü ilə hər bir yaşayış məntəqəsində yerli özünüidarəetmə orqanları yaradıla bilərdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin tərtib etdiyi Konstitusiyada bu müddəaların irəli sürülməsi bilavasitə demokratiyaya, insanların hüquqlarına hörmətin ifadəsi idi və bələdiyyələrin azad seçkisini əsaslandırırdı: "Lakin sonrakı dövrdə bələdiyyələrin fəaliyyəti göstərdi ki, kiçik bələdiyyələr, xüsusilə maliyyə bazası olmayan kadrları, yerində olmayan hər hansı bir vəzifəni yerinə yetirməyə qadir olmayan bələdiyyələrin birləşməsi və ya ləğv olunması zəruridir. Bu, həm insanlar arasında, həm də müəyyən dairələrdə bələdiyyələrə etinasızlığı formalaşdırır, onların fəaliyyətinə kölgə salırdı. Belə olduğu halda təbii ki, bələdiyyələrin birləşməsi yaxud ləğv olunması vacibdir. Bu addım sonrakı mərhələlərdə müsbət nəticələrini göstərdi. Düşünürəm ki, bugünkü gündə də buna ehtiyac var. Çünki bir çox regionlarda fəaliyyət göstərən bələdiyyələr kiçikdir və onların işgüzarlığı hiss olunmur. Bu da əhalinin narazılığına səbəb olur".Deputat sözlərinə davam edərək bildirib ki, bələdiyyələrə nüfuzlu, bu günün reallıqlarını dərk edən, dərindən qiymətləndirən əhali ilə işləməyi bacaran insanlar rəhbərlik etməlidirlər: "Bu səbəbdən bələdiyyələrin birləşməsi, nəticədə iri bələdiyyələrin yaradılması bir zərurətdir. Çünki bu, xarici ölkələrin təcrübəsində də mövcuddur. Həmin ölkələrdə də əvvəllər əhalinin razılığı ilə bütün yaşayış məntəqələrində bələdiyyələr yaradılıb. Lakin sonradan onların ləğv olunması və ya birləşməsi bir zərurətə çevrilib.Hesab edirəm ki, bizim ölkədə də bu təcrübə nəzərə alınmalıdır. Çünki qarşıdan bələdiyyə seçkiləri gəlir. Bələdiyyələrin sayının azaldılması həm seçkilərin effektivliyinin artırılmasına, həm də gələcəkdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müsbət təsirini göstərə bilər. Bu baxımdan bütün sahələrdə olduğu kimi, bələdiyyə orqanlarında da islahatların aparılmasına ehtiyac var".
Ləman Sərraf

Digər xəbərlər