PDF Oxu

Siyasət

  • 2 051

Prezident Xocalıdan dünyaya ədalət dərsi keçdi - DEPUTATIN ŞƏRHİ

Prezident Xocalıdan dünyaya ədalət dərsi keçdi - DEPUTATIN ŞƏRHİ

“32 ildən sonra Xocalıda bir ilk yaşandı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə XX əsrin ən dəhşətli cinayətinin baş verdiyi Xocalı şəhərində faciə qurbanlarının xatirəsi yad edildi. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində soyqırımı memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu, tarixi hadisə idi, qalib ölkənin müzəffər Ordusunun Ali Baş Komandanı verdiyi vədi yerinə etdi, Azərbaycanın bütün ərazilərində suverenliyimizi bərpa etməklə 32 illik həsrətə son qoydu. Prezident çıxışı ilə Xocalıdan dünyaya ədalət dərsi keçdi. Bu gün soyqırımı qurbanlarının ruhu şaddır, onların qisası alınıb, erməni faşistləri yurdumuzdan qovulub, ədalət bərpa olunub. Dünya güclərinin 30 ildə edə bilmədiyini Azərbaycan ordusu cəmi 44 günə etdi. Bu hadisə bir daha onu sübut etdi ki, xalq-ordu birliyi və bunu nəticəyə çevirən sərkərdəlik məharəti ən çətin işlərin öhdəsindən gəlməyə yetər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Prezident İlham Əliyevin dediyi kimi, biz tarixi ədaləti bərpa etmişik: “Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında almaqla silahlı qüvvələrimiz, igid oğullarımız onların qanını yerdə qoymadı. Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışlarına beynəlxalq ictimaiyyət adekvat cavab verilmədi. Beynəlxalq təşkilatlar Xocalı faciəsinə biganə münasibət göstərdilər. Ötən müddət ərzində Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai təşkilatları Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində keçirilən aksiyalarla özünü göstərdi, kitablar, məqalələr dərc edildi, sərgilər təşkil olundu. Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlar səfərbər edildi. Bunun nəticəsidir ki, dünyanın 18 ölkəsi faciəni soyqırımı kimi tanıyıb. Prezident çıxışında onu da xüsusi olaraq vurğuladı ki, həmin ölkələr arasında böyük dövlətlərin adları yoxdur. Xocalı soyqırımını tanımamaq, inkar etmək ədalətsizlik, vicdansızlıqdır və işğalçı, faşist ölkə ilə həmrəy olmaq deməkdir. Dünya birliyi anlamalıdır ki, belə hadisələrin günahkarları, bəşəriyyətə qarşı qanlı cinayət törədənlər cəzasız qaldıqca beynəlxalq qurumlar daha da acizləşir, təhlükəsizlik problemləri yaranır. Hansı şəraitdə və hansı xalqa qarşı törədilməsindən asılı olmayaraq soyqırımı hadisəsi diqqətdən kənarda qalmamalı, onu törədənlər sərt şəkildə cəzalandırılmalıdır. Bunun üçün Beynəlxalq Haaqa Məhkəməsi var, Xocalı soyqırımını törədənlərin də adı və ünvanı bəllidir. Əgər dünya birliyi ədalətin tərəfindədirsə Koçaryan, Sarkisyan və digərlərini müttəhimlər kürsüsündə mühakimə etməlidir ki, bəşəriyyət bir daha belə faciələri yaşamasın”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər