Bu gün dünyanın ədalət təbili 18 ölkədə çalınır. Bu qədər ölkə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı alayının hərdi dəstəyi ilə törətdiyi soyqırımı cinayətlərini tanıyıb, erməni faşistlərinin bəşəriyyət üçün nə qədər təhlükəli olduqlarının fərqinə varıb.
Digər ölkələrin isə sadəcə, vicdanı oyanmayıb, dünyada gəlmiş-getmiş bəşəri cinayətlərdən biri və ən dəhşətlisi olan Xocalı soyqırımına laqeydliyi səbəbindən uşaqların, qadınlrın, qocaların və dinc sakinlərin qətlinə seyrçi qalmaqda davam edirlər. Üstəlik, bu ölkələr özlərini ədalətli göstərməyə çalışırlar, bütün beynəlxalq tribunalardan özlərini öyür, başqa ölkələrin onlardan örnək götürmələrini istəyirlər.Qərblilər insan haqlarından danışırlar, guya Azərbaycanda insanların hüquqlarının pozulduğuna dair uydurma melodiyalar bəstələyirlər, demokratiyadan, söz, mətbuat və insan azadlığından boğazları şişənə qədər bağırırlar. Amma biz onlara fikir vermirik, o səsləri milçək vızıltısı hesab edirik. Ta ki, Xocalıda, Malıbəylidə, Ağdabanda, Kosalarda, Cəmillidə, Meşəlidə və bütövlükdə Qarabağda ermənilərin törətdiyi insan qətliamlarına obyektiv, vicdanlı və dürüst qiymət verilənə qədər. Erməni separatçıları Qarabağdan “toy-büsatla”, az qala fişəng ata-ata getmələrinə Qərb “etnik təmizləmə”, “insan haqlarının pozulması”, hansısa beynəlxalq sənədin nəzərə alınmaması, hansısa qaydalara əməl edilməməsi damğası vuraraq bizi məhşər ayağına çəkirlər. Bəs, ay gözəlim Qərb, azərbaycanlıların bütün Qarabağdan və Şərqi Zəngəzurdan qeyri-insani, vəhşicəsinə, döyülərək, söyülərək, təhqir edilərək, əsir-yesir edilərək, öldürülərək qovulmasına niyə bu qədər canıyananlıq etmirsiniz? Bəlkə, insanları növlərə ayırmısınız, bizim xəbərimiz yoxdur? Bəlkə, ermənilər həqiqətən bütün millətlərdən üstündür, bəlkə onların xüsusi imtiyazları var? Amma tarixi qaynaqlarda da yazılıb ki, ermənilər mən fi keyfiyyətləri müsbətdən 3 dəfə çox olan nadir millətlərdəndir, onların olduğu yerdə xeyir-bərəkət, dinclik, sülh heç vaxt olmayıb.Bəli, biz Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soyqırımına məruz qaldıq. Məğlub olsaq da, heç vaxt təslim olmadıq. Ruhumuzla, düşüncəmizlə bir gün o torpaqlara geri dönəcəyimizə əmin idik. 32 il sonra doğma Xocalımıza qalib Azərbaycan vətəndaşları kimi qayıtdıq. Bundan böyük sevinc, qürur yoxdur. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bütün xocalılılar Prezident İlham Əliyevə təşəkkür və minnətdarlığını bildirir. Ali Baş Komandanın rəhbərliyi ilə igid Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Xalqımızın, millətimizin, dövlətimizin, bayrağımızın, gerbimizin üzərindən məğlub sözü götürülüb, QALİB sözü yazılıb. Bundan böyük fəxarət yoxdur.32 ildən sonra Xocalıda bir ilk yaşandı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə XX əsrin ən dəhşətli cinayətinin baş verdiyi Xocalı şəhərində faciə qurbanlarının xatirəsi yad edildi. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində soyqırımı memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu, tarixi hadisə idi, qalib ölkənin müzəffər Ordusunun Ali Baş Komandanı verdiyi vədi yerinə etdi, Azərbaycanın bütün ərazilərində suverenliyimizi bərpa etməklə 32 illik həsrətə son qoydu. Prezident çıxışı ilə Xocalıdan dünyaya ədalət dərsi keçdi. Bu gün soyqırımı qurbanlarının ruhu şaddır, onların qisası alınıb, erməni faşistləri yurdumuzdan qovulub, ədalət bərpa olunub. Dünya güclərinin 30 ildə edə bilmədiyini Azərbaycan ordusu cəmi 44 günə etdi. Bu hadisə bir daha onu sübut etdi ki, xalq-ordu birliyi və bunu nəticəyə çevirən sərkərdəlik məharəti ən çətin işlərin öhdəsindən gəlməyə yetər.Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Prezident İlham Əliyevin dediyi kimi, biz tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında almaqla silahlı qüvvələrimiz, igid oğullarımız onların qanını yerdə qoymadı. Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışlarına beynəlxalq ictimaiyyət adekvat cavab verilmədi. Beynəlxalq təşkilatlar Xocalı faciəsinə biganə münasibət göstərdilər. Ötən müddət ərzində Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai təşkilatları Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində keçirilən aksiyalarla özünü göstərdi, kitablar, məqalələr dərc edildi, sərgilər təşkil olundu. Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlar səfərbər edildi. Bunun nəticəsidir ki, dünyanın 18 ölkəsi faciəni soyqırımı kimi tanıyıb.Prezident çıxışında onu da xüsusi olaraq vurğuladı ki, həmin ölkələr arasında böyük dövlətlərin adları yoxdur. Xocalı soyqırımını tanımamaq, inkar etmək ədalətsizlik, vicdansızlıqdır və işğalçı, faşist ölkə ilə həmrəy olmaq deməkdir. Dünya birliyi anlamalıdır ki, belə hadisələrin günahkarları, bəşəriyyətə qarşı qanlı cinayət törədənlər cəzasız qaldıqca beynəlxalq qurumlar daha da acizləşir, təhlükəsizlik problemləri yaranır. Hansı şəraitdə və hansı xalqa qarşı törədilməsindən asılı olmayaraq soyqırımı hadisəsi diqqətdən kənarda qalmamalı, onu törədənlər sərt şəkildə cəzalandırılmalıdır. Bunun üçün Beynəlxalq Haaqa Məhkəməsi var, Xocalı soyqırımını törədənlərin də adı və ünvanı bəllidir. Əgər dünya birliyi ədalətin tərəfindədirsə Koçaryan, Sarkisyan və digərlərini müttəhimlər kürsüsündə mühakimə etməlidir ki, bəşəriyyət bir daha belə faciələri yaşamasın.
Bu gün biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Bu fikirləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı sakinləri ilə görüşündə deyib. Dövlət başçısı, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır. 2020-ci il İkinci Qarabağ müharibəsi, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərdi.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır. Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin.Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirillir, keçmiş məcburu köçkünlərin ilk nümayəndələri artıq öz döğma yurdlarına köçülülməsinə başlanılıb. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada bərpa işlərinə başlanılıb. “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”-deyə cənab Prezident bildirib.
Artıq bu diyarın, bu bölgənin yeni, parlaq tarixi vardır. 20 sentyabr tarixi Xocalının, Xankəndinin azad olunması günüdür. Buna baxmayaraq 26 fevral faciəsi bir gün kimi bizim yaddaşımıza həkk olunub. Hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də bu qəzəb bizi buraxmayacaq. Bu sözlər də Prezidentimizə aiddir. “Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik”, – deyən dövlət başçısı qeyd edib ki, o xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?Bəli, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq da edib. Qeyd edib ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Fevralın 26-da müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü artıq nəticədir, Qələbəmizin bəhrəsi, əzəmətli tariximizin ən qürurlu mənzərəsidir. Sakinlər öz doğma yurdlarını ziyarət edirlər. Bu da realdır ki, yaxın zamanlarda onlar namus tacımız Xocalıda – öz ata-baba yurdlarında həyatlarına davam edəcəklər. Bu, xalqımızın müzəffər oğlu Prezident İlham Əliyevin müdrik siyasətinin uğurlu nəticələrindəndir.Prezident İlham Əliyev 2012-cü ilin fevralın 26-da Bakıda başladığı Xocalı yürüşünü Qarabağ zəfəri ilə başa çatdırdı. Prezident Xocalı sakinləri ilə görüşdə dediyi kimi, o, Bakıda soyqırım memorialının tikilməsini hər il təxirə salıb, hər dəfə bu qərarla bağlı tərəddüd edib. Ölkə başçısı dəfələrlə deyib ki, Qarabağın və digər işğaldakı torpaqların azad ediləcəyinə hər zaman inanıb. O, Qarabağ zəfərinin əsasını bu inamın təşkil etdiyini deyib. Budur, həmin memorial Xocalıda tikiləcək.
V.VƏLİYEV