PDF Oxu

Siyasət

  • 2 372

Xocalıda verilən CİDDİ MESAJLAR – TƏHLİL

Xocalıda verilən CİDDİ MESAJLAR – TƏHLİL

Hər dəfə dövlət başçımızın, cənab Prezindent İlham Əliyevin ölkə vətəndaşları ilə görüşü zamanı verdiyi mesajlar diqqəti cəlb edir. Həmin mesajların əlbəttə ki, təsirsiz ötüşmədiyini də görməkdəyik. Bu dəfə Xocalı sakinləri ilə görüşən cənab İlham Əliyevin söylədikləri istər həmin o məlum Xocalı faciəsini törədənlər, istərsə də faciəni törədənlərin vəhşiliklərinə göz yumanlar, insanlıq dramını ört-basdır etməyə çalışanlar üçün çox ciddi, çox kəskin mesaj olaraq qəbul edilməkdədir.

Cənab Prezident Xocalı sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər arasında ən çox diqqəti çəkən məhz onların, yəni erməni cəlladlarının guya heç kim tərəfindən cəzalandırılmayacağı barədə yanlış fikirdə olmaları barədə söylədikləri olub. “Hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq...”, - deyə bildirən ölkə rəhbərimiz həmin şəxslərin, həmin vandalların, vəhşilərin, cəlladların öz əməllərinə görə cəzalandırıldıqlarını, onlardan artıq döyüş meydanında qisas alındığını diqqətə çatdırıb. Dinc sakinlərə qarşı heç bir güc tətbiqinə yol verməyən Azərbaycan tərəfi həmin o Azərbaycanın dinc sakinlərinə qarşı vəhşiliklər edənləri, həmin o caniləri döyüş meydanında cəzalandırdı. İstər 44 günlük savaşda, istərsə də 23 saatlıq antiterror tədbirləri zamanı hər biri öz hesabını götürdü və əgər hansısa bir vandal, hansısa bir cani öz “payını” birbaşa olaraq almayıbsa belə, Azərbaycanın apardığı qisas əməliyyatlarının ən azından təsirinə məruz qalıb. İndi həmin o canilər çox yaxşı başa düşürlər ki, onlar başlarını kola dürtmüş ov quşları kimi gizlənsələr də, hesab verəcəkləri gün gələcək və həmin gün heç də uzaqda deyil.

Ölkə rəhbərimiz xocalılarla görüşü zamanı vurğulayıb ki, onlar səhv etmişdilər və bu gün də səhv edirlər. Dövlət başçımız hətta bu səhvin nə ilə nəticələndiyini də xatırladıb. Xüsusilə də vurğulayıb ki, indi etdikləri səhv də eyni nəticələr vəd edir. Bu o deməkdir ki, bir zaman səhv edib sonra bu səhvlərinə görə acınacaqlı durumla, fəlakətlə qarşılaşan Ermənistan tərəfi hələ də səhv etməkdə davam edirsə, deməli, nəticəsi qaçılmazdır. Bu, artıq ciddi mesajdır. İndi sərhəd boyunca silahlanan, yaxud da silahlanma görüntüsü yaradan Ermənistan yenə də atacağı yanlıq, səhv addıma görə cavab verməli olacaq. Sözsüz ki, bu cavab daha acınacaqlı ola bilər və hər halda üçüncü kapitulyasiya sənədinə imza atmaq bir ölkə üçün, ən azından rüsvayçılığın son həddi olar. Məhz bu mesajlar verilir və həmin mesajların nə qədər ciddi olduğunu anlamaq və doğru, düzgün nəticə çıxarmaq artıq Ermənistan tərəfinin özünün üzərinə düşər.

“Yeni yiyə axtarışında olan, onun-bunun qucağında sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və ərazi iddialarından əl çəkməkdir”, deməklə Azərbaycan Prezidenti məhz Xocalıda bir daha Ermənistan tərəfinə çox ciddi mesaj verdi və bu mesajın mahiyyətini haylar nə qədər tez başa düşsələr, ziyanın yarısından bir o qədər tez qayıtmış olarlar. Ölkə rəhbərimizin bu sözləri qısa şəkildə, amma da çox sərt bir mesajdır və məhz həmin fikirlərin Xocalıda səsləndirilməsi heç də təsadüfi deyildi. Haylar bilməlidirlər ki, törətdikləri ən dəhşətli faciələrinin yerindəcə onlara belə mesaj verilirsə, deməli, artıq məsələ düşündüklərindən daha ciddidir. Bilməlidirlər ki, Xocalının qısası döyüş meydanında alındıqdan sonra Azərbaycan Prezidenti indi həmin ərazilərdə sakinlərlə görüşürsə və bu faciədə əli olan hər bir cinayətkarın, caninin öz cəzasına çatacağı vəd edilirsə, deməli, artıq bu, çox ciddi mesajdır və ermənilər bunu düşündüklərindən daha ciddi qəbul etməlidirlər. Bilməlidirlər ki, onlara heç bir güzəşt olmayacaq və istənilən yanlış addıma görə bundan əvvəl qarşılaşdıqları ağır nəticələrlə yenə də üzləşməli olacaqlar.

“Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Biz həm ikinci Qarabağ Müharibəsi zamanı, həm də anti-terror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik. Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik”, - deyə bəyan edən ölkə rəhbərinin bu sözləri ermənilər üçün yenə də ciddi bir mesaj olaraq qəbul edilməlidir və bilməlidirlər ki, istənilən anda başlarını qaldırdıqları zaman bir də başları əziləcək və artıq üçüncü dəfə kapitulyasiyaya imza atmaq məcburiyyətində qalacaqlar. Onsuz da başda elə baş nazir Nikol Paşinyan özü olmaqla, ermənilərin demək olar ki, hamısı çox yaxşı bilir ki, növbəti dəfə başlarını qaldırdıqları zaman dərhal başları əziləcək və yenidən, artıq üçüncü dəfə kapitulyasiya sənədinə imza atmalı olacaqlar ki, bu da bir ölkə üçün rüsvayçılığın görünməmiş həddidir. Digər tərəfdən də artıq bir də hansısa eskalasiya olarsa, yaxud toqquşma baş verərsə, Ermənistanın tamamilə heç nəyi qalmayacaq və bir neçə sınıq-salxaq Fransa silahları da Bakıya gətirilib Qənimətlər parkına düzüləcək. Yəqin ki, ondan sonra Paşinyanın Makron bacısı daha növbəti dəfə öz hərbi sursatını, hərbi texnikasını Azərbaycan paytaxtında trafey kimi görmək istəməz və bundan sonra haylar əllərini fransızlardan da üzə bilərlər.

“Hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video, foto sənədlərə baxanda qəzəb boğur bizi. 30 il yox, 300 il keçsə də bu qəzəb bizi buraxmayacaq”, deyən ölkə rəhbəri cənab Prezident İlham Əliyev bununla bir daha diqqətə çatdırdı ki, biz heç nəyi untmamışıq və bundan sonra da unutmayacağıq. Ali Baş Komandanın söylədikləri bu sözləri Ermənistan tərəfi bir mesaj kimi, özü də çox ciddi mesaj kimi qəbul etməlidir. Haylar dövlət başçımızın sözlərindən öz nəticələrini çıxarmalıdırlar və bilməlidirlər ki, bu vaxta qədər onların etdiklərini unutmayan Azərbaycan indi də, bundan sonra da atacaqları yanlış addımı nə unutmayacaq, nə də cavabsız qoymayacaq. Zənnimizcə Ermənistan tərəfi üçün çox ciddi mesajdır və hər halda başda elə baş nazir Nikol Paşinyan olmaqla, bütün ermənilər fərqində olmalıdırlar ki, növbəti səhvlərinə görə də ciddi cəzalandırıla bilərlər və sonsuza qədər bu cəzalandırılmanın acısını dadmalı olarlar, çünki Azərbaycan hərbisi artıq 2020-ci ildəkindən də artıq dərəcədə geclənib və durmadan da güclənməkdədir. Əgər 2020-ci ildə aldıqları zərbəyə görə ermənilər hələ də, daha dəqiq desək, 3-4 il müddətində ayağa qalxa bilmirlərsə, deməli, budəfəki zərbədən sonra əlbəttə ki, sonsuza qədər iflic ola bilərlər.

“Biz onilliklər ərzində çalışırdıq, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik”, - deyə bildirən cənab Prezidentin bu sözləri də Ermənistan tərəfi üçün bir mesaj olaraq qəbul edilməlidir. Onlar dərk etməlidirlər ki, Azərbaycana qarşı ədalətsizliyə lazımınca və yerindəcə cavab veriləcək. Bilməlidirlər ki, ölkəmizin bunun üçün kifayət qədər potensialı, gücü, imkanı var və onlardan fərli olaraq, bizim hansısa dövlətlərin dəstəyinə qətiyyən ehtiyacımız belə yoxdur. Gec də olsa dərk etməlidirlər ki, hansısa dövlətlər, hansısa beynəlxalq təşkilatlar oldu-olmadı bizim üçün qətiyyən fərqi yoxdur və əgər hansısa bir güc Azərbaycana qarşı səhv addım atmış olarsa, onun cavabını məhz Azərbaycan özü verə biləcək. İstər diplomatik müstəvidə, istərsə də hərb meydanında bizim kimə isə ehtiyacımızın olmadığını gec də olsa ermənilər dərk etməlidirlər və cənab Prezidentin sözləri bu mənada çox ciddi mesaj olaraq ermənilər tərəfindən qətiyyən unudulmamalıdır.

“Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir. Bütün dünya bunu görür və xüsusilə bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”, - deyə fikirlərini Xocalı sakinləri ilə bölüşən cənab Prezidentin dediklərindən mütləq rəsmi İrəvan düzgün nəticə çıxarmalıdır. Ermənilər bu sözləri ciddi mesaj olaraq qəbul etməlidirlər, çünki cənab Prezidentin söylədikləri o deməkdir ki, Azərbaycan Ordusu onların düşündüyündən də artıq dərəcədə peşəkardır, cəsarətlidir və bir zamanlar Şuşanı alınmaz qala hesab edən ermənilər dərk etməlidirlər ki, həmin şəhəri əsgərlərimizin cəmi bir gün ərzində işğaldan azad etməsi fonunda ordumuz üçün hansısa həlli mümkün olmayan məsələ yoxdur. Daha dəqiq desək, bu gün nəyə isə, kimə isə ümid edərək, hansısa məsələnin həllinin Azərbaycan üçün çətin olacağını düşünən ermənilər bərk yanıldıqlarını dərk etməli idilər, amma heç olmasa ölkə rəhbərimizin dediklərindən sonra da olsa dərk etsinlər. Cənab Prezidentin söylədiklərini ermənilər ciddi mesaj olaraq qəbul etsinlər və bilsinlər ki, istənilən anda istənilən vəziyyətin öhdəsindən gəlinməsi üçün gücümüz, potensialımız var və “törədəcəklərinin” cavabı dərhal veriləcək.

Ölkə rəhbərimizin dediklərindən təkcə Ermənistan tərəfi deyil, dünya ölkələri, hətta bəzi beynəlxalq təşkilatlar belə öz nəticələrini çıxarmalıdırlar, çünki Ali Baş Komandanımızın söylədikləri onlar üçün də bir mesaj hesab olunur. “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq, bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”, - deyə bəyan edən ölkə rəhbərimizin sözlərindən həmin dövlətlər, bu qanlı faciəni soyqırım kimi tanımayan böyük dövlətlər və beynəlxalq qurumlar onsuz da öz nəticələrini dərhal çıxarıblar. Nəticə çıxarıblar ki, özlərinin Azərbaycana qarşı ədalətsizlikləri, ikili yanaşma sərgiləmələri onsuz da hansısa bir rol oynamayıb, onların bu faciəni ört-basdır etmək niyyətləri yalnız insanlığa qarşı xəyanətdən başqa bir görüntü yarada bilməyib. Dövlət başçımız həmin ölkələrin bu böyüklüyündə faciəyə, soyqırıma, insanlıq dramına biganəliyi barədə açıq şəkildə fikirlər ifadə edib və bu da o deməkdir ki, onların belə ədalətsizliklərinə, ikiüzlülüklərinə Azərbaycan qətiyyən məhəl qoymayıb və öz haqq işi uğrunda mübarizəsini bu vaxta qədər uğurla aparıb və sona qədər də davam etdimək əzmindədir. Ümid edirik ki, hər halda, bundan sonra artıq ədalətsizlik etmələrinə ehtiyac belə qalmadığını da həmin o dünya ölkələri və beynəlxalq təşkilatlar anlamış olarlar, çünki dərk edərlər ki, həqiqətən də Azərbaycan haqqı, ədaləti, özü, həm də öz gücünə bərpa etdisə, deməli, bundan sonra da buna qadirdir.

Digər xəbərlər