PDF Oxu

Siyasət

  • 1 351

Nasistlər atom bombası əldə edə bilər TƏHLİL

Nasistlər atom bombası əldə edə bilər TƏHLİL

Almaniyanın faşist ideoloqları nüvə silahı əldə etmək üçün laboratoriyalar yaradırlar

Dünya xalqları arasında elə toplumlar var ki, onlar bəşəri varlığa qarşı təhlükə mənbəyi hesab olunur. Belə təhlükə saçan toplumlar arasında ermənilərin ən vəhşi toplum olduğunu desək, səhv etmərik. Çünki bu ikiayaqlı məxluqların azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qətliamlar, soyqırımılar dünyanın demokratik düşüncəli xalqlarını dəhşətə gətirir. Yalnız son iki yüz il ərzində erməni vəhşi toplumu iki milyondan çox azərbaycanlını qətlə yetirib, on minlərlə yaşayış məskənini dağıdıb, minlərlə memarlıq nümunəsi, tarixi abidə, məscidlər yer üzündən silinib. 30 illik erməni işğalına 44 günlük Vətən savaşı ilə son qoyulsa da onların vəhşiliklərinin, vandal aktlarının izlərini təmizləmək mümkün deyil. Nə zamansa işğaldan azad edilən ərazilərdən erməni terrorçu başlarının törətdikləri vandal aktlarını tamamilə silmək, təmizləmək mümkün olacaq, lakin tarixin səhifəsindən o qara ləkəni aradan qaldırmaq mümkün olmayacaq. Çünki hələ bu günə qədər tarixin hansısa bir yaranı silmək gücünə malik olması faktına rast gəlinməyib.

Düşünürəm ki, erməni terrorçu toplumla yanaşı faşit ideologiyasının daşıyıcısı olan toplumlar da insanlıq üçün təhlükə mənbəyidirlər. Təəssüf ki, bəzi sivil dünyanın tərəqqipərvər xalqları faşizm ideologiyasının tədricən dünyanı ağuşuna aldığının fərqində deyillər. Anlamırlar ki, Hitlerin nəvələri onun ideologiyasını bərpa etməyə başlayırlar. Daha doğrusu, artıq nasistlər peyda olur və onlar dünyanı yeni müharibələr və münaqişələrlə hədələyirlər. Fikir verin, Almaniya silah istehsalına və satışına görə dünyada 4-cü ölkədir. Yaxın və uzaq mənzilli silahlar istehsal edir və bu silahları münaqişə aparan dövlətlərə satır. Fevralın 27-də isə dünyanı sarsıda biləcək informasiya yayıldı. Məlum oldu ki, Almaniya nüvə silahı istehsal etməyi planlaşdırır. Bu isə təhlükədən də təhlükəlidir. Çünki Almaniyanın nüvə silahına malik olması bəşəriyyətə bəlalar gətirə bilər. Bir növ Almaniyanın faşist təmayüllü qüvvələrinin əlində atom bombası olması terrorçuların nüvə silahı ilə bəşəriyyəti hədələməsi deməkdir. Kim qarantiya verə bilər ki, sabah faşist ideologiyası ilə “silahlan”mış Hitlerin nəvələri hansısa ölkəni işğal etməsi üçün nüvə silahından istifadə etməyəcək? Təbii ki, atom bombasından istifadə edilməsi dünyanın sonunu gətirəcək. Bunun real və qaçılmaz olduğunu dünya xalqları dərk etməlidirlər. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar bəşəriyyəti gözləyən dəhşətli fəlakətin ağırlığını anlamalıdırlar. Nəzərə almaq lazımdır ki, ötən əsrin iyirminci əsrində baş verən iki dünya müharibəsinin müəllifi məhz Faşizm Almaniyası olub. Ona görə də, bəşəriyyət yenidən təhlükənin faşizmin tədricən cücərməyə başladığı Almaniyanın start götürə biləcəyini anlamalı və müdafiə tədbirləri görməlidir.

Bəşəriyyət təhlükə ilə üz-üzədir

Hazırda Almaniyada faşizmin dövlət səviyyəsində dəstək verilməsi və inkişaf etdirilməsi onu deməyə əsas verir ki, bəşəriyyətimiz təhlükə ilə üz-üzədir. Hər an dünya müharibəsi baş verə bilər. Əgər faşizm atom silahını əldə edə bilsə, indidən dünyanın sonunun çatdığını demək olar. Bir daha xatırlatmaq yerinə düşərdi ki, iyirminci əsrdə baş verən hər iki dünya müharibəsini faşizm Almaniyası törədib. İkinci dünya müharibəsi birinci dünya müharibəsinindən dağıdıcı xarakterinə görə daha amansız olmuşdur. İkinci dünya müharibəsində 70-ə yaxın dövlət iştirak etmişdir ki, insan itkilərinin sayı 75 milyon olmuşdur. İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı. Daha sonra müharibə bütün Avropaya yayıldı. Müharibəni başlatmaqla Faşist ideoloqları elə hesab edirdilər ki, 3 həftə ərzində hədəflərinə çatacaqlar. Lakin müharibə 6 ilə qədər uzandı. Faşistlər özlərini ali irqin nümayəndələri hesab edirdilər. Bu tezis Adolf Hitlerin “Mayn kampf” kitabında ifadə edilmişdi. Hitlerin ideologiyasına görə, ari-almanların başçılığı ilə ari irqinin dünya hökmranlığı, dünyanın irqi prinsip üzrə iyerarxik strukturunun qurulması. İkinci Dünya müharibəsini başlamaqla faşist Almaniyası bəzi ölkələri öz ərazisinə qatmağı planlaşdırırdı. Yəni, Almaniyanın strateji və iqtisadi mövqelərinin yaxşılaşdırılması və gələcəkdə Avropada əsas rəqibləri olan Sovet İttifaqı, Fransa və İngiltərəyə qarşı mübarizə aparmaq məqsədilə Mərkəzi, Şərqi, Cənub-Şərqi və Şimali Avropanın kiçik dövlətlərinin “sülh” və ya hərbi vasitələrlə özünə birləşdirmək.

Faşist Almaniyasının müttəfiqlərindən olan Yaponiyanın maraq dairəsi ondan ibarət idi ki, öz nəzarəti altında olan “Böyük Şərqi Asiya birgə çiçəklənmə sferası”nı yaratmaq və bu meqaregiondan ABŞ-ın və Avropanın müstəmləkəçi dövlətlərini sıxışdırıb çıxarmaq. Yaponiyanın hərbi-siyasi rəhbərliyi özünün ən yaxın hədəfini Çini, Qərbi Avropa dövlətlərinin və ABŞ-ın müstəmləkə torpaqlarını, Sovet Uzaq Şərqini ələ keçirməklə Asiyada və Sakit okean hövzəsində hökmranlığın təmin edilməsində görürdü.

Faşistlərin məqsədlərindən biri də ondan ibarət idi ki, Şərqdə “həyat sahəsi”ni genişləndirmək və Sovet İttifaqını dağıtmaq. Eyni zamanda, müttəfiq hesab etdiyi İtaliya ilə birgə Şimali Afrika ölkələrini ələ keçirməklə müstəmləkəçi Almaniya imperiyasını yaratmaq, Yaxın Şərqin neftlə zəngin olan rayonlarına çıxış əldə etmək və Hindistana müdaxilə etmək. Fransanı dağıtmaq və bütövlükdə Qərbi Avropanı ələ keçirilmək, növbəti mərhələdə isə Sovet İttifaqını məhv etmək üçün həlledici ilkin şərtləri yaratmaq məqsədilə İngiltərəni tabe etdirmək. Bu, iki qitədə ekspansiya siyasətinin davam etdirilməsinin əhəmiyyətli şərti olardı. Fransa iqtsadi və hərbi cəhətdən Faşist Almaniyasından zəif olduğunu başa düşürdü. Ona görə də Almaniya ilə müharibədən qaçmağa çalışırdı. Həm də Fransa, qarışıq geosiyasi durumda özünə yaxın müttəfiq tapmağa cəhd edirdi. Xüsusilə də, Britaniya ilə ittifaqa ümid bəsləmək, Avropa işlərində Hitlerə istənilən güzəştlərə hazır olmaq, Almaniya ilə müharibəyə hazırlaşmaq idi.

ABŞ çalışırdı ki, müharibədən öncəki Avropanın işlərinə “qarışmamaq”, ABŞ daxili işlərlə məşğul olmaq və Asiya-Sakit okean regionunda hərbi və iqtisadi iştirakı gücləndirmək, dünya səhnəsində əsas rəqiblərin zəifləməsinə aparıb çıxaran Avropa müharibəsini gözləmək, öz kapitalının qoyuluş sferasını genişləndirmək. İngiltərənin planı ondan ibarət idi ki, Almaniya ilə Rusiyanı ölümcül savaşa sürükləmək, müharibə yolu ilə Fransanı zəiflətmək, müharibədən sonrakı Avropa üzərində nəzarəti təmin etmək, Afrikada və Asiyada müstəmləkə torpaqlarını qoruyub saxlamaq, ABŞ-la münasibətlərdə öz mövqelərini gücləndirmək.Sovet İttifaqının əsas niyyəti Fransa kimi müharibədən qaçmaq idi. Stalin çalışırdı ki, Avropada kollektiv təhlükəsizlik sistemini yaratmaq, ölkəni təcavüzə qarşı müqavimət göstərməyə hazırlamaq, Qərb ölkələri ilə Yaponiyanın vahid antisovet cəbhəsini yaratmasına yol verməmək idi. Faşistlərin planında Sovet ittifaqını işğal edib, bu torpaqlar üzərində hakimiyyətlərini təmin etdikdən sonra ABŞ-a müdaxilə etmək idi.

Faşist Almaniyasının fransızları alçadan təslimçilik aktı

1940-cı il, mayın 10-da faşistlər Fransanı, Belçikanı, Niderlandı, Lüksemburqu işğal etmək üçün hərəkətə keçdi. Həmin ilin iyunun 9-da almanlar böyük qüvvə ilə hücum edib, şəhərin əsas hissəsini işğal etdilər. 22 iyun tarixində isə Fransa rüsvayçı formada diz çöküb, təslim oldu. Bu biabırçılığı daha da dərinləşdirmək üçün Hitler daha amansız fəaliyyət həyata keçirdi. O bunun birinci dünya müharibəsində Fransanın Almaniyaya yaşatdığı rüsvayçı təslimçilik aktının qisasını almağa çalışdı. O dövrdə, yəni 1918-ci ilin noyabrın 11-də fransalı marşal Ferdinant Foşun almanları Kompeyn meşəsindəki mənzil-qərargahında tarixə “Kompeyn müqaviləsi” kimi düşən müqaviləni imzalamağa məcbur etmişdir. Vaqonda imzalanan bu müqavilə almanların alçaldılması olaraq dəyərləndirilir. İndinin özünə qədər almanlar bu rüsvayçılığı özlərinin bir millət olaraq fransızlar tərəfindən təhqir edilməsi kimi dəyərləndirirlər. Lakin Hitler qısa müddətli də olsa, bu rüsvayçılığın qisasını almağa müvəffəq oldu. Fransa üç həftəlik müqavimətdən sonra təslim olduqdan sonra Hitler əmr etdi ki, həmin vaqon tapılıb, təslimçilik aktının imzalanmasına hazırlansın. Belə də oldu. Almanlar artıq yararsız hala salınmış vaqonu tapıb təmir etdilər, hətta 11 noyabr 1918-ci ildə “Kompeyn müqaviləsi” zamanı çəkilmiş fotolar arxivlərdən tapılaraq vaqonun divarlarına vurulub. Vaqon 1918-ci ildə olduğu kimi eyni yerə, Parisdən 70-80 kilometr aralıda yerləşən Kompeyn meşəsinə aparılıb. Fransızların təhqir edilməsi mərasiminə Hitler özü qatılıb. Onu Almaniyanın xarici işlər naziri Ribbentrop, partiya üzrə müavini Qess, Vermaxtın qərargah rəisi Keytel, Parisin alınmasında qoşunlara rəhbərlik etmiş generallar və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, 1918-ci il 11 noyabr da marşal Foşun əyləşdiyi kresloda əyləşən A.Hitler Fransa tərəfini ruhən və mənən alçatmaqla onları kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Təslimçilik aktının imzalanmasından sonra Hitlerin əmri ilə “Kompeyn vaqonu” Almaniyaya aparılıb və Berlin şəhərinin mərkəzi meydanında xalqına nümayiş etdirilib. Fransanın diz çökdürülməsi münasibəti ilə Almaniyada bir həftə bayram tədbirləri keçirilib. Lakin bu bayramlar və Avropanın az qala yarısının işğal edilməsi almanlara baha başa gəldi.

Faşist Almaniyası öz qanında boğuldu

1941-ci il iyunun 22-də faşist Almaniyası 15 respublikasının birliyindən yaranan SSRİ-yə hücum etdi. Qısa müddətdə ölkənin bir sıra şəhərlərini işğal etdi. Hətta almanlar Moskvanın 5 kilometrliyinə qədər yaxınlaşmağa müvəffəq olmuşdular. Lakin əks hücuma keçən sovet qoşunları almanları Moskvadan 250 kilometr uzaqlaşdıra bildilər. Sonrakı sürətli hücumlar, nəhayət, Almaniyanın məğlub olması və təslim aktını imzalaması ilə başa çatdı. İkinci Dünya Müharibəsində Azərbaycan xalqı böyük qəhrəmanlıqlar göstərmişdir. Müharibəyə yollanan 600 min azərbaycanlıdan 3 mini həyatını itirib. Döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox oğul və qızı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. O zaman cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Söz yox ki, bu dəstək olmasaydı, Sovet ittifaqının faşist Almaniyası üzərində qələbəsi çətin olacaqdı.

Bir sözlə, faşist Almaniyası bəşəriyyətə ikinci dünya müharibəsini törətməklə böyük zərbələr vurdu. İnsan itkilərinin sayı 70 milyon oldu ki, onun da 30 milyonu SSRİ-nin payına düşür. Hesab edirəm sivil dünya yeni bir dağıdıcı müharibənin yaranmaması üçün artıq cücərməkdə olan faşizmi məhv etməlidir.

İLHAM ƏLİYEV

Digər xəbərlər