"Sevincimizin həddi-hüdudu yoxdur. Hislərimizi ifadə etməyə söz tapmırıq". Bu sözləri SİA ilə öz təəssüratlarını bölüşən Laçın şəhəri sakini Günel Bağırova deyib.O bildirib ki, Laçından çıxanda 9 yaşı var idi: "Uşaqlığımın ən gözəl çağları idi. Laçın keçirdiyim günlərin hər birini bircə-bircə xatırlayıram. Həmin xatirələri yadıma salanda öz övladlarıma deyirəm ki, sizin uşaqlığınızı yaşamırsınız.Bilirsiniz, hər kəs Vətənini sevər. Amma bəlkə də heç kim biz məcburi köçkünlər qədər bu torpaqları sevə bilməz. Çünki biz illərdir Vətənimizdən ayrı qalmışıq, torpaq həsrəti çəkmişik. Şükür ki artıq öz yurdumuza qovuşuruq. Laçına çatan kimi uşaqlığımı keçirdiyim yerləri gəzəcəm".
Ləman Sərraf