Müxalifətin üz qarası hesab olunan AXCP sədri Əli Kərimli bütün mümkün vasitələrdən istifadə etməklə ən azı mətbuatın diqqət mərkəzində qalmağa çalışır. Bu metod onu təsdiq edir ki, o nə qədər sosial şəbəkələr üzərindən böhtanlar yazıb dezinformasiyalar tirajlasa da, yenə də mətbuat qədər güclü təbliğat vasitəsi olmadığını anlayır. Ona görə də tez-tez özünə yaxın saytlara açıqlamalar verir, internet TV-lərdə ironiya ilə qarşılanan məzhəkələr yaradır. Aradabir həmin saytların diqqətini özünə çəkmək üçün onlar haqqında yalan üzərində qurulan tərifli ifadələr səsləndirir, fikirlərindən sitatlara açıqlayır. Xüsusilə də, son vaxtlar “AbzasMedia”adlı saytın tərifini bir növ başından da yuxarı qaldırıb. Bununla kifayətlənməyib, öz trollarına açıq tezislə müraciət edərək çağırış edir ki, “AbzasMedia”-nın şər və böhtanlarını daha çox paylaşsınlar. Hansı ki, bu saytın kollektivinin hansı cinayət xarakterli fəaliyyətə qurşandığı Azərbaycan cəmiyyətində hər kəsə bəllidir. Bu faktları isə Ə.Kərimli qəbul etmək istəmir. Çünki maraqlar üst-üstə düşür. O gün yenə də sosial şəbəkədəki səhifəsində “AbzasMedia”yaya istinad edən Ə.Kərimli yazır: “Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququnun dondurulmasından sonra, ölkənin bu qurumun üzvü olaraq qalıb-qalmayacağı ətrafında çoxlu suallar yaranıb. Almaniya parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabenin azərbaycanlı deputatların səlahiyyətlərinin təsdiqlənməməsinə dair qətnamənin qəbulunda xüsusi rolu olub. O, “AbzasMedia”ya verdiyi müsahibəsində Azərbaycanla Avropa Şurası arasında münasibətlərin gələcək perspektivinə dair sualları cavablandırıb: “Azərbaycan demokratikləşməsə, Avropa Şurasında yeri olmayacaq”. Ə.Kərimli son qeydini “xahiş edirəm paylaşın ki, hamı görsün” sözləri ilə bitirir. Bu cümləsi ilə Ə.Kərimli son dərəcə yazıq və bədbəxt gündə olduğunu nümayiş etdirir. Çünki gör necə əlacsız və çarəsiz durumdadır ki, “AbzasMedia” kimi divar kağızından fərqlənməyən saytın boşboğazlıqlarını ciddi ifadə kimi qəbul edib, ondan öz siyasi maraqları üçün istifadə etməyə çalışır. Həm də nümayiş etdirir ki, Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı çıxan istənilən qüvvə ilə əməkdaşlığa hazırdır.
Dağıdıcı müxalifət bütün siyasi dəstəkdən məhrum olub
Söz yox ki, Ə.Kərimli Frank Şvaberin erməni lobbisinin əlaltısı olduğunu başa düşür. Həm də F.Şvaberin Azərbaycana düşmən kəsilən erməni lobbisi ilə eyni maraqları bölüşdüyünü anlayır. Sadəcə, Azərbaycan xalqından ayrı düşdüyündən ikiayaqlı məxluqun mövqeyini haqlı hesab edir, hətta dəstəkləyir. Bu mənada haqlı olaraq Milli Məclisin deputatı Tahir Kərimli SİA-ya açıqlamasında Ə.Kərimlini odu söndürüb külü ilə oynamaq da günahlandırıb: “Əli Kərimli kimi cığallıq etmək, odu söndürüb külü ilə oynamaq mənasızdır. Bacaran idinsə, 40 min imzanı toplayaydın, öz platformanla çıxış edib xalqı maarifləndirəydin, bu seçkidən istifadə edərək öz partiyanın məramını elan edəydin, nəinki belə boykotla məşğul olardın. Sənin boykotun kimə çatdı ki? Ona görə də haqqı demək lazımdır. Mən də ölkədə müəyyən çatışmazlıqlar olanda tənqid edirəm. Amma nahaq danışmaq yaxşı iş deyil. İnsan özünü xalqın içində təsdiq etmək üçün daha dürüst yol seçməlidir, nəinki Xocalı kimi soyqırımla manipulyasiya etməlidir”.
Dağıdıcı müxalif başbilənlər göy rəngli “Vaşinqton”ların girovuna çevrilib
Göründüyü kimi, deputat da Ə.Kərimlini siyasi riyakarlıqda, siyasi oyunbazlıqda ittiham edir. Ümumiyyətlə, cəmiyyət dağıdıcı müxalifət başbilənlərini, o cümlədən də, Ə.Kərimlini dövlətin maraqlarına zidd fəaliyyət göstərməkdə qınayır. Lakin Ə.Kərimliyə bu kimi ictimai iradlar, qınaqlar dərs olmur. Nədən ki, iş-güc sahibi olmadığından gözünü xarici maraqlı dairələrin ayırdığı qrantlara dikib. Yəni, göy rəngli “Vaşinqton”ların girovuna çevrilib. Həmin göy yüzlükləri ona verənlər hansı havanı çalırlarsa, Ə.Kərimli də sümüyünə düşən hava olmasa da əl götürüb dövrə vurmağa məcburdur. Onun siyasi ömür dəftəri belə yazılıb və belə də davam edəcək. O zaman Ə.Kərimli fərqli mövqe ortaya qoya bilər ki, o gün xarici maraqlı dairələr qran verilişini dayandırsınlar. Lakin inandırıcı deyil ki, xarici maraqlı dairələr maliyyə yardımlarını dayandırsınlar. Çünki Azərbaycan güclü və qüdrətli dövlətdir. Artıq ölkəmiz dünyada gedən iqtisadi, siyasi proseslərə təsir etmək gücünə malikdir. Bu isə çoxbaşlı əjdahaları qane etmir. Ona görə də, Ə.Kərimli kimilər xarici maraqlı dairələr üçün gərəklidir. Bu əməkdaşlıq Ə.Kərimlini də qane etdiyində, bütün varlığı ilə onlara satılıb.
İLHAM ƏLİYEV