PDF Oxu

Siyasət

  • 2 110

ATİAHİ Nizami Rayon Komitəsinin XIII Hesabat-seçki konfransı keçirilib

ATİAHİ Nizami Rayon Komitəsinin XIII Hesabat-seçki konfransı keçirilib

Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin XIII Hesabat - seçki Konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Rayon İcra Hakimiyyəti Təhsil Sektorunun müdiri, "Təhsil" jurnalının baş redaktoru, İctimai Şuranın üzvü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə, Müdafiə Nazirliyinin Goradiz istirahət mərkəzinin direktoru polkovnik leytenant Kamil Cəlilov, rayonumuzda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.ATİAHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov giriş nitqi ilə konfrans iştirakçılarını salamlayıb.Tədbirin məqsədi konfederasiyasının VIII məclisinin qərarına əsasən hər il 7 ildən bir keçirilən Hesabat - seçki Konfranslarının yekun nəticələri ilə bağlıdır.Eyni zamanda qarşıya çıxan problemlərin həlli istiqamətində yuxarı təşkilatın tövsiyələrinin yerinə yetirilməsi və Hesabat seçkilərinin keçirilməsi ilə bağlı tövsiyələr bu gün yekunlaşır. Yanvarın 8-dən fevral ayının 28-nə qədər ilk təşkilatlarda hər gün 3 təşkilatda keçirilməklə hesabat seçkiləri keçirilib. Qarşıya çıxan problemlərin həll olunması istiqamətində tövsiyə və iradlar bildirilib. Bu iradlardan biri də putyovkaların vaxtında verilməməsi, çatışmaması ilə bağlı olub.Nizami Rayon Komitəsi hesabat dövründə gördüyü işlər barədə Nizami Rayon Təhsil işçilərinə ətraflı məlumat verib, müvafiq qərar qəbul edib.Nizami Rayon Komitəsinin yeni sədri və komitə üzvləri seçilib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər