Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Qərb qoşunlarının Ukrayna ərazisinə göndərilməsinə icazə verən Fransa prezidenti Emmanuel Makronun sözlərinə münasibət bildirib. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, cənab Makron nə dediyini bilmir.
Mariya Zaxarova Telegram kanalında yazıb: “Fransa prezidentinin prinsipcə nə tabeliyində olanların dediklərindən, nə də özünün dediklərindən xəbəri yoxdur”.
Fevralın 26-da Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Aİ və NATO-nun bir neçə ölkəsi Kiyevlə ikitərəfli sazişlər çərçivəsində Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirir.
Elə həmin gün Yelisey sarayında bir neçə Avropa dövlət başçısı ilə görüşdən sonra Fransa prezidenti Ukraynaya avropalı qoşunların göndərilməsini istisna etməyib. Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan, İtaliya və Böyük Britaniya öz qoşunlarını Ukrayna ərazisinə göndərmək niyyətində olmadıqlarını bəyan ediblər. NATO-nun baş katibi Yens Stoltenberq də belə planların olmamasından danışıb. Kreml xəbərdarlıq edib ki, Qərb belə bir addım atmağa qərar verərsə, o zaman Rusiya ilə Şimali Atlantika Alyansı arasında hərbi münaqişə qaçılmaz olacaq.
VƏLİ