Ermənistanda Paşinyanın Parisdə qoyduğu anti-Rusiya tendensiyası güclənməkdədir. Gəzəyən baş nazirin komandasının qalan hissəsi də rusofobik hisslərin orkestrinə qoşulur. Belə ki, Ermənistan parlamentinin sədri, de-yure ölkədə ikinci şəxs olan Alen Simonyan jurnalistlərə bildirib ki, Rusiya sərhədçiləri Yerevanın Zvartnots hava limanını tərk etməlidirlər. O, həmçinin Rusiya sərhədçilərinin Ermənistanı qoruya biləcəyinə şübhə etdiyini bildirib.
Göründüyü kimi, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi sürətlə artır və getdikcə də artacaq. İrəvanın KTMT-yə üzv ölkələrdən olan tərəfdaşlarının bu tendensiya barədə ekspertlər “Caliber” analitik mərkəzinə fikirlərini bildiriblər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.
Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Oleq Leşçenyukun sözlərinə görə, Belarusun özü Ermənistanın KTMT üzvlüyünün dondurulması ilə bağlı kifayət qədər sakitdir, Minsk üçün bu addım gözlənilən idi, çünki Paşinyan keçən ilin noyabrda Belarus paytaxtında keçirilən KTMT sammitinə gəlməmişdi.

“İrəvandan KTMT-yə qarşı dəfələrlə böhtan xarakterli bəyanatlar verilib. 2024-cü il fevralın 25-də keçirilən Vahid Səsvermə Gününü müşahidə etmək üçün Belarus Mərkəzi Seçki Komissiyasında akkreditasiya olunmuş erməni müşahidəçilər ölkəyə gəlməyiblər. Artıq bu addımlardan bəlli idi ki, Ermənistan gec-tez KTMT-yə üzvlüklə bağlı qərar verəcək. Biz buraya Fransanın müdafiə nazirinin İrəvana səfərini və Fransa ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişin imzalanmasını da əlavə etməliyik”,- politoloq qeyd edib.
Onun sözlərinə görə, bu, məhz regionda sülhün gəldiyi və Qarabağda uzanan münaqişənin həll olunduğu vaxt baş verir. Amma nəzərə almağa dəyər ki, Qərb dünyası sabitlikdən, eləcə də Qərbin səsinin nəzərə alınmadığı iri beynəlxalq təşkilatların mövcudluğundan faydalanmır.
“Ona görə də Avrasiya regionunda təsirini artıran istənilən təşkilatın, istər KTMT, istərsə də ŞƏT-in nüfuzdan düşməsi istiqamətində davamlı olaraq işlər aparılır, Rusiya və Çini cilovlamaq cəhdləri edilir. Qərb, əslində, baş verən dünyada öz əhəmiyyətini azaltmaqda maraqlı deyil və istənilən vasitə ilə Ermənistanda nəzarəti möhkəmləndirməyə çalışır”,- Leşçenyuk əlavə edib.
Onun sözlərinə görə, Ermənistan bu məqsədlər üçün istifadə olunacaq daha bir alətə çevrilir.
“Əlbəttə ki, Qərb mərkəzləri Ermənistan əhalisi arasında informasiya-kommunikasiya fəaliyyəti də işləyir, Qərb ideyaları, ideologiyası tətbiq olunur. Ermənilər Qərbə can atmaq kimi Ukraynanın acı təcrübəsinə diqqət yetirməlidirlər. Bu baxımdan, Belarus lideri Lukaşenko ermənilərə kifayət qədər müdrik məsləhətlər verib- tələsik qərarlar qəbul etməyə tələsməmək lazımdır”,- Leşçenyuk bildirib.
Eyni zamanda, rusiyalı politoloq Vladislav Gerdinin fikrincə, Moskvanın erməni siyasətçilərin ittihamlarına cavab verməyə tələsməməsi də təsadüfi deyil.

“İndi Kreml anlamaq istəyir ki, Yerevanın anti-Rusiya ritorikasında nə qədər irəli getməyə hazırdır, Paşinyan və onun tərəfdarları daha nəyə imkan verəcək. Nəzərə alsaq ki, Paşinyan tezislərinin əksəriyyətini Qərblə əlaqələndirir, daha kəskin hücumlar da eşidilə bilər. Lakin baş nazir Paşinyan və spiker Alen Simonyanın artıq özlərinə icazə verdikləri hərəkətlər Rusiyada böyük hiddətə səbəb olur. Ona görə də hesab edirəm ki, Moskvadan rəsmi reaksiya gələndə bu, heç kimə zəif görünməyəcək”,- Gerdin qeyd edib.
Ekspertin fikrincə, görünən odur ki, İrəvan sadəcə olaraq işə salınmış ritorikanın risklərini lazımi səviyyədə qiymətləndirmir. Və təbii ki, Fransanın dəstəyi çox təsiredici bonusdur, lakin gələcəkdə Ermənistanın təhlükəsizliyini kimin təmin edəcəyi tamamilə qaranlıqdır. Axı Rusiyadan başqa heç kim bu problemi həll edə bilmir.
“Ermənistanın özü həll olunmayan ziddiyyətlər dolaşıqlığına çəkilir. İndi İrəvanda yenidən “rus kətan”larını yumağa başlayıblar, amma məsələn, Paşinyanın Qərb silahlarının tədarükünü artırmaq cəhdlərinin, eləcə də İran sərhədi yaxınlığında Fransa və Amerika kəşfiyyat xidmətlərinin olmasının axırı nə olacaq? Tehran qəzəblənsə necə olacaq? Axı Moskva bu dəqiqə özünü nəzakətlə geri çəkə bilər və bu halda erməni dövlətçiliyindən təkcə buynuzlar və ayaqlar qalacaq”,- deyə V.Qerdin yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı