PDF Oxu

Siyasət

  • 2 487

"Təəssüf ki, bu iş Ermənistanın mövqeyinə görə ləngiyib” - Zaxarova

"Təəssüf ki, bu iş Ermənistanın mövqeyinə görə ləngiyib” - Zaxarova

"Baş nazirlərin müavinlərinin həmsədrliyi ilə Azərbaycan–Rusiya–Ermənistan üçtərəfli işçi qrupunun işi Yerevanın mövqeyinə görə irəliləmir." Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“Ermənistan hakimiyyəti suverenlik prinsipləri əsasında bərabərlik və qarşılıqlılıq çərçivəsində regional kommunikasiyaların açılmasına hazırlıqdan danışıb. Azərbaycan bu yanaşmadan imtina etməyib. Bu mövzu əvvəllər Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində ətraflı müzakirə edilib. Təəssüf ki, bu iş Ermənistanın mövqeyinə görə ləngiyib”, - M.Zaxarova qeyd edib.

Mətləb

Digər xəbərlər