PDF Oxu

Siyasət

  • 1 792

Avroparlamentin faşist deputatı - ŞƏRH+ANALİTİK

Avroparlamentin faşist deputatı - ŞƏRH+ANALİTİK

Və ya erməni sevgisinin qaynaq mənbəyi

Artıq çoxdan öz nüfuzunu və beynəlxalq ictimai rəydə siyasi reputasiyasını itirmiş Avropa Parlamenti öz fəaliyyətini sirk tamaşaları ilə əvəzləməyə başlayıb. Çoxsaylı korrupsiya faktlarından sonra indi də faşizmin təbliğatçısına çevrilən avroparlament necə deyərlər, özü-özünü ifşa edir. Beləliklə...

Yeni personajla tanış olaq: bolqar ultra-millətçisi Angel Dzhambazki...

Beləliklə, növbəti dəfə sirk arenasına qurumun Bolqarıstandan olan deputat-klounu çıxıb. İndi isə haqqında bəhs etdiyimiz yeni personajla tanış olaq: bolqar ultra-millətçisi Angel Dzhambazki. Adıçəkilən ünsür ötən günkü çıxışında həyasızcasına Azərbaycanı erməni əhalisinin “soyqırımı”nda ittiham edib.

Tanınmayan ad və soyadına baxmayaraq, Dzhambazki kifayət qədər qalmaqallı və şübhəli reputasiyaya malikdir. Hətta sözdə deputatın bir sıra cinayət əməlləri də mövcuddur. Onlardan bəzilərini sadalayaq:

*Sərnişin təyyarəsinə silah keçirmək cəhdi

*Sərxoş halda avtoxuliqanlıq etmək

*Qumarbazlıq və kazino xəstəliyi

*Etik qaydaları pozmamaq üçün yaza bilməyəcəyimiz digər isbatlar... Məhz bu ünsür Avropa Parlamentində nasist, yaxud faşist (ziq hayl-A.T.) salamı verməklə kim olduğunu nümayiş etdirib.

Avroparlament faşist salamına ümumiyyətlə əhəmiyyət, ya da əks-reaksiya verməyib (?!)

Və maraqlısı isə budur ki, "insan hüquqlarının və dəyərlərinin", "demokratiyanın" dırnaqarası carçısı kimi təqdim edilən avroparlament faşist salamına ümumiyyətlə əhəmiyyət, ya da əks-reaksiya verməyib (?!) Görünür, artıq bu qurumda faşizm ideologiyası yavaş-yavaş cücərməyə başlayır... Ancaq gəlin görək, Dzhambazki daha hansı "şücaətləri" ilə yadda qalıb?

Nasist bolqar deputatı Makedoniyanı işğal etməyə və Bolqarıstana qatmağa, qaraçılara qarşı isə diskriminasiya siyasəti yürütməyə çağırıb

Daha bir fakta diqqət yetirək: Dzhambazki 2020-ci ildə bildirmişdi ki, Bolqarıstanı əhalinin təxminən 10%-ni təşkil edən qaraçılardan təmizləmək lazımdır.

Və bu nasist eyni zamanda, qonşu ərazilərə işğalçı nəzəri ilə baxır. Misal üçün, Makedoniyanın bir hissəsini ələ keçirməklə Bolqarıstanın ərazisinə qatmaq barədə sərsəm ideyalar səsləndirir. Nəhayət, bu yaxınlarda Dzhambazki “Makedoniyanın Bolqarıstan olduğunu” bəyan etməsi ilə açıq ərazi iddiasında olduğunu bildirib (!)

Erməni maraqları ilə üst-üstə düşən faktlar

İndi isə gəlin adıçəkilən faşist baxışlı bolqar deputatının ermənilərə olan sevgisinin haradan qaynaqlandığını araşdıraq. Əslində, araşdırılası da heç nə yoxdur. Erməni duasporu bu nasisti pulla, korrupsiya ilə ələ alıb. Avroparlamentin bir çox deputatlarının isə rüşvətə bağlılıqları artıq adi hala çevrilib. Beləliklə də, revanşçılıq və ultra-millətçilik bağlantıları ilə uzlaşan ermənilər nəticə etibarı ilə özlərinə növbəti dəfə bab tapmağa nail olublar. Avroparlamentin faşist deputatı Dzhambazki!

Afət Tahirqızı

Digər xəbərlər