“BIZ GÜNAHSIZ XOCALI QURBANLARININ QISASINI DÖYÜŞ MEYDANINDA ALDIQ, ONLARIN QANINI DÖYÜŞ MEYDANINDA ALDIQ QOYMADIQ KI, ONLARIN QANI YERDƏ QALSIN”
İlham Əliyev
Xocalı soyqırımı günündən 32 il keçir. Hər il bu günü ağqrılı-acılı keçirirdik. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il 26 fevral “Xocalı Soyqırımı günü” kimi qeyd olunur və Ümummilli liderimizin Heydər Əliyev “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Bu il fərqli il oldu. Çünki bu il Xocalı soyqırımı günü elə Xocalı da qeyd olundu, Xocalı faciəsində həyatını itirənlər yad olundu.
Prezident İlham Əliyev: “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik.”
Bəli, Prezident İlham Əliyev inanırdı, biz də - azərbaycan xalqı da – inanırdıq ki, biz öz torpaqlarımıza qayıdacayıq. Xalqın birliyi, xalqın prezidentə olan inamı Ali Baş Komandan İlham Əliyevə daha da güc verdi. 44 günlük müharibədə azərbaycan xalqı bu inamı, birliyi sübut etdi, prezidentin ətrafında sıx birləşdi. Zəfər azərbaycan xalqın düzgün seçim etdiyininin bir daha təsdiqi oldu.
Hər il “Xocalı soyqırımı günü”-nü necə, hansı hisslərlə qeyd elədiyimizi hamımız yaxşı bilirik. Ancaq bu il qeyd etməyimiz əvvəlkindən fərqlidir. İtirilənlər heç vaxt bərpa olunmur. Şəhidlərimizin xatirəsini qeyd etmək nəinki borcumuzdur, eyni zamanda vəzifəmizdir. Orta və yaşlı nəsil o dövrün şahidləridir. Biz orta nəslin qarşısında böyük vəzifə durur, olanları unutmayaq və unutdurmayaq, eyni zamanda gələcəyi də unutmamalıyıq.
“Xocalı soyqırımı günü” bizim yaddaşımıza qanlı rəqəmlərlə hərflərlə ömürlük həkk olunan gündür. Bu elə bir gündür ki, heç kəs yaddından çıxarda bilməz. Xocalı soyqırımının 32-ci il dönümünü qeyd edirik. 32 ildə biz heç vaxt Xocalı hadisəsini yaddan çıxartmamışıq.
Bu gün biz sakit dövlətdə yaşamağımız böyük şəxsiyyətin, Ulu Öndərin qoyduğu irsi davamçısı olan cənab prezidentimiz İlham Əliyevin hesabınadır. Bunu heç kəs, heç bir azərbaycan vətəndaşı unutmamalıdır. Və yaddaşımıza həmişəlik həkk olunmalıdır. Qarşısında atasının qoyduğu vəziyyəti prezidentimiz İlham Əliyev yerinə yetirdi. Nə yaxşı bu gözəl günlər bizə qismət oldu, biz özümüz bu işlərin içində olduq, özümüz gördük. Gələcəkdə öz evladlarımıza da bu haqqda danışmalıyıq. Bu hadisələri unutmaq olmaz. Bu daim biznən həmişə yaşamalıdır. Bü gün də mənfur düşmənlərimiz bizdən əl çəkmir. Amma bizim rəhbər, Ulu öndərin davamçısı olan İlham Əliyev tərəfindən siyasət uğurla aparılır.
İlham Əliyev Ulu Öndərin qoyduğu irsi davam etdirir. 30 il işğalda olan torpaqlarımızı öz siyasətiylə, qaytaran Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini memarı olan atasına verdiyi sözləri yerinə yetirdi. İlham Əliyev Azərbaycan xalqı qarşısında, atası qarşısında söz vermişdir ki, aparlan həm daxili həm xarici siyasət nəticəsində o torpaqları qaytaracaq. Bəli, o torpaqlar qaytarıldı. Hamı da gördü ki, 30 ilişğalda olan torpaqları azad etdi. İndi o torpaqlarda işlər gedir. Bütün bunlar biz necə güclü dövlət olduğumuzu göstərir. Bu gün Xankəndi də, Xocalı da, Ağdərə də Azərbaycan bayrağı asılıb, Azərbaycan bayrağı dalğalanır. Bu nə deməkdir?! Bu Böyük Siyasət deməkdir. Bu QƏLƏBƏ deməkdir. Birinci Qarabağ Müharibəsində, İkinci Qarabağ Müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, sentyabr hadisələrində, antiterror əməliyyatında şəhid olmuş qərhamanlarımızın Qələbəsidir. Bütün Dünya Azərbaycanlıların Qələbəsidir. Öz vətənindən uzaqda yaşamalarına baxmayaraq həmyerlilərimiz infirmasiya müharibasində iştirak edirdilər, maddi yardım göstərirdilər. Sağlamlığını itirən qazılərimizin qələbəsidir. Biz onları heç zaman unutmayacağıq, unutdurmayacayıq. Onların hesabına Azərbaycan dirçəldi, onların hesabına işğal olunmuş torpaqlar qayıtdı. Xankəndində Zəfər Paradı bu qələbənin səsi idi. Xocalı hadisəsi böyük dərddir. Davamlı olaraq mənfur düşmən tərəfindən törədilən faciələr bizim unutqanlığımızın, hər şeyi bağışlamağımızın nəticəsidir. Ona görə də bir daha bu hadisələr yaşanmasın deyə, bizim gələcək nəslin başına bir daha belə hadisələr gəlməsin deyə hər zaman gələcək nəsilə hadisələri çatdırmalıyıq, vətənpərvər ruhda böyütməliyik.
Elə bir hadisə çevrilişi oldu ki, 44 gün ərzində torpaqlarımız qaytarıldı. Bu Xocalının qisası deməkdir. Bu 20 Yanvar şəhidlərin qisası deməkdir. Bu Şəhidlərimizin qisası deməkdir. Bunlar hamısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir. Azərbaycan xalqı aparılan siyasəti yüksək qiymətləndirir və bunu 7 fevral Növbədənkənar Prezident seçkilərində nümayiş elədi. 7 fevral tarixi hər bir azərbaycan vətəndaşı üçün bayram günü idi. Bakının küçələrində elə abu-hava var idi ki, sanki xalq bayram qeyd edirdi. Torpaqları azad edən kəs prezident ola bilər. Söz verib və sözünü tuta bilən kəs prezident ola bilər. O kəs prezident ola bilər ki, azərbaycan xalqın arxasındadır, onunla birlikdədir. Xocalı Soyqırımı Memorialı Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq. Məqsəd bəşəriyyətə qarşı yönəlmiş dəhşətli hadisələri, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan xalqının milli yaddaşının qorunmaq və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirməkdir.
Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Şəhla Xəlilova
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri