PDF Oxu

Siyasət

  • 1 820

"Alman biznesmenlərinin ölkəmizə marağı yüksək qiymətləndirilir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Alman biznesmenlərinin ölkəmizə marağı yüksək qiymətləndirilir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Almaniya şirkətləri Azərbaycanın əhəmiyyətini daha düzgün dərk edirlər, nəinki Almaniya siyasi dairələri. Almaniya siyasətçilərinin vaxtaşırı Azərbaycanla bağlı həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlarda qərəzli siyasət yeritdiyinin dəfələrlə şahidi olmuşuq. Eyni zamanda Almaniya mətbuatında da Azərbaycanla bağlı yanlış materiallar çoxluq təşkil edir. Lakin bununla belə Almaniya biznes dairələri Azərbaycanın iqtisadi imkanlarının böyük olduğunu və onların fəaliyyəti üçün əlverişli olması qənaətinə çoxdan gəliblər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, cənab Prezidentin dünən Almaniya nümayəndələri ilə görüşündə onların Azərbaycan iqtisadiyyatının bütün sahələrinə maraq göstərdiklərinin şahidi olduq: “Azərbaycan bu gün qeyri-neft sektoru baxımdan yüksək inkişafa sahib olan ölkədir. Həmçinin işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinə investisiyalar da arzuolunandır. Alman biznesmenlərinin ölkəmizə maraq göstərməsi isə yüksək qiymətləndirilir.Azərbaycan hər zaman ərazilərinə investisiya qoymaq istəyən ölkələrə yaxşı şərait yaradır. Onlar sərbəst fəaliyyət göstərə bilir, vergi və digər ödənişləri etdikdən sonra sərbəst şəkildə öz gəlirlərini Azərbaycandan çıxara bilirlər. Bu baxımdan ölkə başçısının dünən Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü Azərbaycan-Almaniya arasında geniş imkanlar açır. Azərbaycan bir daha demokratik ölkə olduğunu, beynəlxalq hüquqa hörmətlə yanaşdığını, xarici kapitalın cəlb edilməsinə maraq göstərdiyini nümayiş etdirdi. Almaniya siyasətçiləri isə öz yanlış hərəkətləri ilə alman biznesinə mane olmaqdan başqa bir nəticə əldə etmirlər. Çünki onların Azərbaycana qarşı qərəzli siyasəti dövlətimizi öz suverenliyini və maraqlarını beynəlxalq birlikdə qorumağa heç bir zaman mane ola bilməz”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər