PDF Oxu

Siyasət

  • 1 567

Sensasiya, Əli Kərimli səhvini etiraf etdi ANALİZ

Sensasiya, Əli Kərimli səhvini etiraf etdi ANALİZ

Aşığın sözü bitəndə “daley, daley” edən kimi dağıdıcı müxalifətində şər və böhtanları nəticəsiz qaldığından nala-mıxa vurmağa başlayıblar. Bu səbəbdən də AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı Azərbaycan cəmiyyətinə dəxli olmayan mövzuları müzakirəyə çıxarıb, ətrafında şoular yaratmağa çalışırlar. Neçə gündür AXCP sədri Əli Kərimli 130 milyonluq Rusiyanın 48 milyonluq siyasi partiya təmsilçilərindən biri olan Aleksey Navalnıdan danışmağa başlayıb. Sosial şəbəkələrdə paylaşımlarında və internet TV-lərə müsahibələrində A.Navalnının ölümündən kədərləndiyini və onu sifarişli şəkildə qətlə yetirdiklərini söyləyir. Əlavə olaraq uydururdu ki, guya hökumət Navalnının cənazəsini ailəsinə təhvil verməyəcək və gizlincə dəfnini həyata keçirəcək. Birincisi, insani nöqteyi-nəzərdən şəxsin ölümünə üzülmək olar. İkincisi, deyən lazımdır, Ə.Kərimli, haradan bilirsən ki, onu sifariş əsasında qətlə yetiriblər? Sən falçısan, yoxsa peşəkar istintaqçısan? Üçüncüsü, deyirdin ki, cənazə ailəsinə verilməyəcək, gizlincə dəfn olunacaq. Axı A.Navalnının cansız bədəni anasına təhvil verilib və onun dəfn edilməsi üçün yer ayrılıb.

Ə.Kərimli falçı olmalı idi, dönüb “siyasətçi” oldu

Maraqlıdır ki, məsələ ortaya çıxandan sonra Ə.Kərimli fikirlərində redaktə etməli olub. Yenə də sosial şəbəkə üzərindən paylaşımında yazıb ki, nəhayət, Aleksey Navalnının dəfn mərasimi üçün Moskvada kilsə də ayrıldı, Moskvanın ən qədim qəbiristanlıqlarından olan Borisov qəbiristanlığında yer də. Dəfn mərasimi martın 1-də olacaq: “Təkcə Navalnının öldürülməsi və ondan sonra baş verənlər, rejimin Navalnının dəfni ətrafında yaratdığı süni gərginlik Rusiyanın tək adam hakimiyyətinin nə qədər primitiv və bacarıqsız olduğunu çılpaqlığı ilə ortaya qoyur. 1. Müxalifət lideri Aleksey Navalnını öldürməklə Rusiya hakimiyyəti nə əldə etdi? Təbii ki, heç nə. Çünki Putin hakimiyyətinin aqibəti artıq Rusiyanın hansısa müxalifət liderindən (nə qədər populyar olsa da) yox, Rusiya-Ukrayna savaşının nə vaxt və necə nəticələnməsindən asılıdır. Yəni Navalnını öldürməklə Rusiya rejimi nəinki öz əbədiliyini təmin etmədi, əksinə dünya ilə də Rusiya əhalisi ilə də arasındakı son körpüləri belə yandırdı və öz sonunu yaxınlaşdırdı. 2. Yaxşı, ağır cinayətə qurşanıb, öldürdülər Navalnını. Bəs onun insancasına dəfninə imkan verməmək hansı ağlın məhsulu idi? Bütün dünya gördü ki, Navalnının cəsədini anasına vermək istəmədilər, hamı kimi dəfninə imkan vermədilər. Bəs nə zaman geri çəkilib, Navalnının cəsədini anasına verdilər? Bütün dünyada biabır olandan və milyonlarla rusiyalının nifrətini qazanandan, hiddətini görəndən sonra”.

Ə.Kərimli tapşırıqları yerinə yetirmək məcburiyyətindədir

Çərənçiliyə adət edən Ə.Kərimli yazdığı statusun son cümlələri ilə eyham vurmağa çalışır ki, A.Navalnının cənazəsinin ailəsinə qaytarılmasında və dəfn üçün yerin ayrılmasında onun da etirazlarının rolu olub. Təbii ki, təşəkkür istəyir, onu da kimdən alacağı özü bilər, ancaq bir məsələ var ki, bu məxluq niyə bu qədər özü haqqında böyük fikirdədir? İt dəftərində adı belə olmayan bu məxluqun yekə-yekə iddialı fikirlər söyləməsi təəccüblü deyilmi? Xaricdəki, Rusiyanı hədəf seçən qüvvələr yerlərdəki əlaltılarına, o cümlədən də Ə.Kərimliyə müvafiq tezislər təqdim ediblər. Ə.Kərimli də tapşırıqları yerinə yetirmək məcburiyyətində qalıb. Yoxsa Ə.Kərimliyə nə düşüb ki, Rusiyanın siyasi partiya nümayəndəsinin ölümünə zülm-zülm göz yaşı töksün, sosial şəbəkələr vasitəsi ilə Putinin ünvanına təhqirlər yağdırsın. Digər tərəfdən maraqlıdır ki, bir dəfə də olsun bu bozbaş mollaların qazanın dibini yalayan məxluq Türkiyədə antiterror əməliyyatları zaman şəhid olan türk əsgəri ilə bağlı narahatlığını dilə gətirməyib. Ə.Kərimlinin Qəzzada müsəlmanların qanının axıdılmasına etiraz olaraq status paylaşdığına rast gəlinməyib. Digər müsəlman - türk ölkələrində baş verən ağrılı-acılı hadisələrə Ə.Kərimlinin mövqe bildirdiyi halı olmayıb. İndi durub-durub A.Navalnının ölümü ilə bağlı yekə-yekə statuslar paylaşması onun xüsusi tapşırıqlarla silahlandığını göstərir. Bu isə onun xarici maraqlı dairələrin əlində alət olduğunu bir daha təsdiqləmiş olur.

İLHAM ƏLİYEV

Digər xəbərlər