"COP29 tədbiri olduqca əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, dünya nəinki siyasi, ekoloji, eyni zamanda bir çox hallarda iqtisadi gündəmini müəyyən edir: "Ona görə bu COP29 tədbirlərinə diqqət həmişə böyük olub. İndi də ildən-ilə artır. COP29 çərçivəsində vacib məsələlər müzakirə olunacaq, bir çox məsələlərin həlli üçün çox güman ki, təkliflər səsləndiriləcək. Bu cəhətdən tədbir çox vacibdir. Eyni zamanda ilk dəfə olaraq Azərbaycanda müxtəlif ölkələrin, həm qərb, həm cənub, yaxın şərq ölkələrinin, yəni bütün dünyanın aparıcı siyasətçiləri yığışacaq. Bu da dünyada gedən qlobal dialoqun təzahürüdür. Azərbaycan bu dialoqda vacib rol oynayacaq. Bu da Azərbaycanın siyasi-humanitar çəkisini dünyada artıracaq".
Müəllif: Söylü Ağazadə