Təəssüf hissi ilə qeyd olunmalıdır ki, cəmiyyət arasında elə şəxslər var ki, məsuliyyətsiz açıqlamalarla çıxış edir, sosial şəbəkələrdə ictimai rəyin heysiyyatına, bəzən isə mənliyinə toxunan statuslar paylaşırlar. Xüsusilə də, özlərini müxalifət adlandıran Əli Kərimli, Cəmil Həsənli və onların trol dəstəsi bütün fəaliyyətlərini sosial şəbəkələr üzərindən şər və böhtanlar paylaşmağa səfərbər edir. İctimai qınaq və çağırışlar da onları yanlış yollarından çəkindirmir. Həm də nəzərə almaq lazımdır ki, dağıdıcı müxalifət sosial şəbəkələr vasitəsi ilə xarici ağalarına lazım olan informasiyaları ötürürlər. Yəni, müəyyən şifrələnmiş fikirlərlə ağalarını məlumatlandırırlar. Dəfələrlə Ermənistan mətbuatı Əli Kərimlinin və xaricdəki antimilli ünsürlərin Azərbaycanın əleyhinə olan ittihamları əsasında informasiyalar yayıblar. Söz yox ki, bu hal Əli Kərimlinin, Cəmil Həsənlinin və xaricdəki antimilli ünsürlərin Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələri deməkdir. Ekspertlərin də qeyd etdiyi ki, nəzarətsiz poliqon hesab edilən sosial şəbəkələrə dövlət nəzarəti bu istiqamətdə narahatçılıqları və narazılıqları aradan qaldıra bilər. Hələlik isə dövlətimiz sosial şəbəkələri nəzarətə götürmür. Bu da dövlətin həddindən artıq azadlıqlara, sərbəstliklərə üstünlük verməsindən irəli gəlir. Lakin vaxt çatıb, artıq sosial şəbəkələr üzərindən xaricə agentlik edənlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində hüquqi tədbirlərin görülməsinin zamanıdır. “Xarici agentlər haqqında qanun” qəbul edilməsi mövcud problemlərin aradan qaldırılmasına yardımçı olar.
“Xarici agentlər haqqında qanun”un qəbul edilməsinin zamanı yetişib
Bir sıra ölkələr, o cümlədən Rusiya, ABŞ, Böyük Britaniya, Norveç, Macarıstan, Fransa, Belçika, Niderland, Polşa,Türkiyə və digər ölkələr “Xarici agentlər haqqında qanun” qəbul ediblər. Yaxın qonşumuz Gürcüstan dövləti də “xarici agentlər haqqında qanun” layihəsini qəbul etməyə hazırlaşır. Layihəni hakim “Gürcü Arzusu” partiyasını rəsmən tərk etmiş hökumətyönlü deputatlardan ibarət “Xalqın Gücü” qrupu təqdim edəcək. Onlar təşəbbüslərini elan edərkən layihənin “açıqlıq və şəffaflıq prinsiplərinə” əsaslandığını bildiriblər. Gürcüstan parlamentinin qanunu qəbul edəcəyi gözlənilir. Çünki bir sıra KİV-lər, siyasi partiyalar, onlayn media, QHT-lər açıq şəkildə xarici dövlətlərdən maliyyələşir və maliyyə aldıqları dövlətlərin bəzi maraqları çərçivəsində çıxış edirlər. Bu isə hökuməti ciddi narahat edir. Gürcüstan parlamentinə təqdim oluna qanun layihəsində əks olunan müddəalar aşağıdakılardan ibarətdir: Gəlirinin 20%-dən çoxunu “xarici qüvvələr”dən əldə edən hər hansı təşkilat “Xarici Qüvvələrin Agentlərinin Reyestrində” qeydiyyatdan keçməyə məcbur ediləcək və ya 25 min lariyə (16 min AZN) qədər cərimələnəcək. “Xarici qüvvələrin agentləri” hesab edilənlər illik gəlir bəyannamələrini mütləq təqdim etməli olacaqlar. Ədliyyə Nazirliyinin “xarici qüvvələrin agentləri” hesab etdikləri təşkilatları araşdırmaq və sənədləri əldə etmək səlahiyyəti olacaq. Analoji qanun Azərbaycanda da qəbul edilsə Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və onların trollarının sosial şəbəkələr üzərindən müəyyən qüvvələrə agentlik etmələrinin qarşısı alınar. Onlar ən azı məsuliyyətlərini dərk edər və qanun sərt şapalağının onlara dəyə biləcəyini başa düşərlər.
Dağıdıcı müxalifətin paylaşımları yalnız qara fikirlərdən ibarətdir
Sosial şəbəkələrə səthi olaraq nəzər yetirilsə məlum olar ki, Ə.Kərimli və trol dəstəsi bir cümlə belə sağlam, cəmiyyətdə yüksək ruh yüksəkliyi yarada biləcək fikir paylaşmırlar. Yalnız bəd xəbər, qara fikirlər, ölüm, yaralanma və digər bu kimi bədbin ifadələr. AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında gənclərlə bağlı ağılsız, heç bir məntiqə söykənməyən iftiralar da yazır. Deməyindən, yazmağından belə anlaşılır ki, sanki gənclər təhsil almır, işləmir, istirahət etmir, məşğulluq imkanlarından məhrumdur: “Azərbaycan gəncliyini öz şəxsi obyekti kimi istifadə edilməsinə biganə qalınmamalıdır. Sizin xoşbəxt gələcəyinizi oğurlamağa heç kimin haqqı yoxdur. Ən çətin şərtlər altında belə təslim olmamaq, mübarizə aparmaq mümkündür”. Bu absurt cümlələrinin sonunda, Ə.Kərimli məkrli məqsədini açıqlayır. Məlum olur ki, bu məxluq xarab çağırışları ilə gənclərin beynini zəhərləyib, onları özünə tərəf çəkib, AXCP-nin üzvü etməyə nail olmağa çalışır. Hətta Ə.Kərimli utanıb-çəkinmədən AXCP-yə necə və hansı formada üzv olmağın yollarını da yazır: “Elektron anketi doldurun və AXCP funksionerləri sizinlə əlaqə yaradacaq. Ədalətin sonda mütləq parlayacağına isə şübhə etməyin”. Ə.Kərimli bununla da paylaşımını etməklə əsas məkrli məqsədini ortaya qoymuş olur. Bəlli olur ki, onun istəyi heç də xırda məişət problemi ilə üzləşən hansısa gəncə dəstək olmaq deyil, planı daha çox həmin gənci öz tərəfinə çəkib, AXCP-yə üzv etdirməkdir. Lakin cəmiyyət, o cümlədən də gənclər Ə.Kərimlinin və onun ətrafında fırlanan trolların çirkin məqsədlərinin nədən ibarət olduğunu yaxşı anlayırlar, Ona görə də, Ə.Kərimlinin planlarının baş tutmayacağı şübhəsizdir.
İLHAM ƏLİYEV