PDF Oxu

Siyasət

  • 3 252

Azərbaycan-Almaniya əlaqələrinin inkişafı müsbət haldır - ŞƏRH

Azərbaycan-Almaniya əlaqələrinin inkişafı müsbət haldır - ŞƏRH

Almaniya Federativ Respublikası Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımış, elə həmin ildə də iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1992-ci il tarixində hər iki ölkədə 2 sentyabrda Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabrda isə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf etməkdə davam edir. Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. İki ölkə arasında baş tutan səfərlər, həmçinin Azərbaycanın biznes imkanları və Almaniyada keçirilmiş biznes forumlar ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verib. Bu da ikitərəfli iqtisadi münasibətləri yeni mərhələyə qaldırıb.

28 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşü baş tutub. Ölkə başçısı alman iş adamları ilə Berlində, daha sonra isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlamışdır. Daha sonra isə böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi. Böyük nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri müsbət haldır. Görüş zamanı energetika, birgə layihələr, investisiya, iqtisadi əlaqələrin perspektivləri və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Almaniya ilə iqtisadi-ticarət və investisiya əməkdaşlığının inkişafına böyük əhəmiyyət verir. 2023-cü il tarixində ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Qeyd olunub ki, Azərbaycanda 18-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir. Bugünkü nümayəndə heyətinin tərkibində həmin şirkətlərin nümayəndələrinin olması da təqdirəlayiqdir.

Görüşdə həmçinin Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətindən məmnunluq ifadə olunub. Almaniyanın aparıcı şirkətlərindən ibarət münayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir. Alman şirkətlərinin investisiyaları üçün ölkəmiz cəlbedici məkandır. Ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə imkanlar yaratdığı vurğulanıb.

Alman şirkətlərinin və qurumlarının nümayəndələri təkliflərini səsləndirərək Azərbaycanda müxtəlif sahələrdə, eləcə də dövlət-özəl tərəfdaşlığı layihələrində, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bərpa-quruculuq işlərində iştirakda maraqlarını ifadə ediblər.

Nigar Abdullayeva

YAP Yasamal rayonuAMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər