PDF Oxu

Siyasət

  • 1 713

Azərbaycan etibarlı tərəfdaşdır ŞƏRH

Azərbaycan etibarlı tərəfdaşdır ŞƏRH

Cari ilin 1 Mart tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək, Azərbaycanın çox etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq olduğunu və dostluğu yüksək qiymətləndirdiyini qeyd etdi. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bir çox ölkələr Azərbaycana müraciət etmişdir və artıq 6 ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır.Artıq xarici ölkələr dərindən anlayır ki, Azərbaycan dünya üçün nə qədər əhəmiyyətli və yüksək potensialı olan bir ölkədir. Əsasən neft-qaz istehlakından asılı olan dünya ölkələri enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər. Eyni zamanda qalib, güclü və yüksəlişdə olan Azərbaycanla əməkdaşlıq etmək gələcək böyük layihələrlə bağlı təhlükəsiz mühit deməkdir. Digər tərəfdən Azərbaycan enerji potensialını düzgün qiymətləndirərək çoxşaxəli enerji siyasəti ilə regional və daha geniş əhəmiyyətli aktyora çevrilib. Həmçinin Azərbaycan durmadan artan iqtisadi qüdrəti, regionda lider dövlət statusuna sahib olması,beynəlxalq təşəbbüsləri, reallaşdırdığı faydalı irimiqyaslı layihələr onun beynəlxalq nüfuzunu xeyli artırıb. Məşvərət Şurasının iclasındakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyasının genişləndirilməsini xüsusilə qeyd etdi. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində ilk növbədə Cənub Qaz Dəhlizi layihəsi dayanır.İkinci isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət görülmüş işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur.Bu gün ona artıq bir çox marşrutlar-interkonnektorlar əlavə edilib. Ötən il baş verən mühüm hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı başladı. “Abşeron” yatağından illik hasilatın 1.5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəyi planlaşdırılır və bunun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Azərbaycan etibarlı tərəfdaşdır və yüz ildən sonra da önəmli tərəfdaş olacaqdır. Təsadüfi deyil ki , Avropa komissiyası da Azərbaycanı etibarlı tərəfdaş adlandırılıb. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Avropa ölkələri hər nə qədər yaşıl enerjiyə keçid etmək istəsələrdə,hələ uzun müddət təbii qaza ehtiyacı olacaq. Gələcəkdə Azərbaycan yaşıl enerjisini idxal etməklə ölkəmizin önəmini daha da artıracaq. Son zamanlar Azərbaycana qarşı hücumlar olmaqdadır. Ancaq bu hücumlar tam əsassız və qərəzlidir. Avropa Şurasının, AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərarlar yalnız onların özlərini ifşa edir. Belə ki, bəzi deputatlar 2024-cü ilin yayında baş tutacaq Avro parlamentə seçkilərdə səs toplamaq üçün Avropa və təmsil olunduqları ölkələrin maraqlarına, enerji təhlükəsizliyinə zidd çıxışları ilə seçilirlər. Marketa Qreqorova, İtaliyadan olan deputat Fabio Massimo Kastaldo yaddan çıxarılar ki, elə həmin Avroparlament sədrinin müavini Eva Kayli rüşvətxorluq, korrupsiya əməllərinə görə tutulmuş, barəsində cinayət işi açılmışdır. E.Kayli eyni zamanda Ümumyunanıstan sosialist hərəkatı - dəyişikliklər hərəkatı partiyasından xaric edilmişdir.

Fabio Massimo Kastaldonun yadına salmaq lazımdır ki, Eva Kayli ilə bərabər 4 nəfər onun yerlisi də tutulmuşdu. AFR-in məlumatına görə axtarış zamanı 16 ünvandan bir milyona yaxın avro tək nağd şəklində aşkar edilmişdir. Eva Kayli və ətrafındakıların öhdəlikləri böyük rüşvət müqabilində 3-cü dövlətin maraqlarına dəstək vermək və münasib qərar çıxarmaqdan ibarət olub. Birləşmiş Avropanın Parlamentinə öz daxili problemləri ilə məşğul olmağı tövsiyə edərdik.

Bu gün Avropa parlamentdə, AŞPA-da Azərbaycana qarşı çıxışlarla özlərini rüsvay edən deputatlar erməni lobbisinin pulları hesabına fəallaşıblar. Bir çox məsələləri dərindən bilməyən, cılız, korrupsiyaya quraşmış deputatlar erməni lobbisi tərəfindən hazırlanmış çıxış mətnləri oxumaqla yeni parlament seçkilərində yer almaq istəyirlər. Belə olmasa, onda Marketa Qreqorova, Fabia Mastemo Kastaldo, Antoniyo Panzeri və onlar kimiləri Avropa İttifaqına müraciətlərində Azərbaycandan neft və qaz idxalından imtina etmək çağırışlar etməzdilər. Heç bir hüquqi gücü olmayan sənədlər Azərbaycanı haqq yolundan döndərə bilməz. Azərbaycan xalqı öz lideri, Prezident İlham Əliyevin ətrafında birləşərək müstəqil, suveren Azərbaycanın çiçəklənməsi yolunda fəaliyyətini davam etdirəcək.

Elxan Hüseynov

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri

Digər xəbərlər