YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri Fərhad Qaraşov,“H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi çavuşMüslümov Elşən Habil oğlunun ailəsi ziyarət olunub. Şəhidin övladına doğum günü münasibəti ilə qiymətli hədiyyələr təqdim edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizin igid övladları mərdliklə vuruşaraq, tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Qeyd olunub ki, Şanlı Qələbəmiz ulu öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi daim uca tutulur, hər zaman ehtiramla anılır.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhadətindən sonra Müslümov Elşən Habil oğlu “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!