PDF Oxu

Siyasət

  • 2 641

Almaniya və Azərbaycan arasında iqtisadi əlaqələr uğurla irəliləyir - ŞƏRH

Almaniya və Azərbaycan arasında iqtisadi əlaqələr uğurla irəliləyir - ŞƏRH

Cari ilin Fevral ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İqtisadiyyat mövzusunda geniş müzakirələr aparılan bu görüş çox vacib görüş idi. Ötən ilə nəzər salsaq Almaniya və Azərbaycan arasında əlaqələrin inkişafında müsbət dinamikanın olduğu müşahidə olunur. İki ölkə arasında əlaqələr davamlı və etibarlıdır, ticarət dövriyyəsi isə xeyli artıb. Bu onu göstərir ki, iqtisadi əlaqələrimiz uğurla irəliləyir.

Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geniş tərkibdə aparıcı şirkət rəhbərlərindən ibarət Almaniya nümayəndə heyətinin Azərbaycana səfəri ölkəmizə artan marağın göstəricisidir və bu görüş mövcud əməkdaşlığın genişlənməsi baxımından səmərəli nəticələr verəcəyinə vəd edir.

Almaniya iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlət başçımız iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev çıxışı zamanı Alman kansleri Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Belə ki, Almaniya qonşuluğunda yerləşən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. ”Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir” – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edən Azərbaycanın sülh yolu ilə həllin 5 əsas prinsipini işləyib hazırladığını və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sülh prosesinə sadiqdir.Dövlətimizin başçısı vurğuladı ki, Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, Xocalı soyqırımını törədən Ermənistan bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Bütün bunların fonunda öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra Azərbaycanın hücumlara məruz qaldığını,Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırıldığını söyləyən prezident İlham Əliyev öz ərazi bütövlüyünü bərpa etmək istəyən UkraynayaAlmaniya və digər ölkələrin silahlar göndərməsini xatırladaraq Azərbaycanla müqayisəli paralel aparmaqla ikili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini təəssüf hissi ilə bildirdi. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Almaniya kansleri qərəzsizlik nümayiş etdirdiyi halda onun rəhbərlik etdiyi partiyanın üzvü AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı nümayişkarcasına və məqsədyönlü şəkildə uzaqlaşdırır. Prezident İlham Əliyev bildirdi ki, bizbu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlib və əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Dövlətimizin başçısı bir məsələni də qeyd etdi ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm” deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri ölkəmizdə gedən proseslərin şahididir. Azərbaycan haqqında qəsdən mənfi təəssürat yaradıldığını vurğulayan Dövlətimizin başçısı dedi: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.

Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik. Sovet dövründə 70 il ölkəmizin dövlətçilikdən məhrum olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndlərimizi işğal etdilər, oraları dağıtdılar. 30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. ABŞ və Fransa kimi ölkələr Cənubi Qafqazın aparıcı ölkəsi olan, güclü iqtisadiyyatı, güclü ordusu, geniş beynəlxalq əlaqələri olan, günbəgün büynəlxalq nüfuzu artan Azərbaycan ilə işləməlidirlər.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrəərazi partiya təşkilatının sədri

Digər xəbərlər