Kaliforniya və Texas ştatları dövlətçiliklərini bərpa etməyə hazırlaşırlar
Bu gün dünyanın bütün bölgələrində müharibələr, etnik münaqişələr, daxili qarşıdurmalar amansız xarakter almaqdadır. Bu da hər gün minlərlə insanın ölümü, yaralanması, şəhər və kəndlərin dağıdılması deməkdir. Ümumilikdə hazırda dünya miqyasında 180 regional münaqişə mövcuddur ki, bu da az qala dünya ölkələrinin dörddə üçün qanlı münaqişələrin altında əzildiyini göstərir. Müharibələr, münaqişələr dünyamızı hara aparır? Kimlərdir və ya hansı qüvvələrdir qanlı müharibələri törədən? Birmənalı şəkildə demək olar ki, müharibələrin baş verməsinin başlıca səbəbi ərazi mübahisələri, maddi resurslara sahiblənmək, öz müqəddəratını təyin etmək və nəhayət, silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşlar aparmalarıdır. Kimlərdir və ya hansı qüvvələrdir qanlı müharibələri törədən, sualına uzun-uzadı baş sındırmağa və ya düşünməyə ehtiyac yoxdur. Çünki bu gün hansı balaca uşaqdan, yaşlı insana qədər kimdən bu sualın cavabını soruşsan, birmənalı cavab “ABŞ, Fransa, Almaniya” deyə bildirərlər. Rusiyanın, İngiltərənin və Çinin də adını çəkənlər ola bilər. Lakin ən dəhşətli oyunçular ABŞ, Almaniya və Fransadır. Bu üç qana susamış və doymaq bilməyən dövlətlər getdikcə daha çox etnik münaqişələrin və müharibələrin baş verməsinə həvəsli görünürlər. Ancaq son illərin yaşanan proseslər onu deməyə əsas verir ki, Fransa və ABŞ dünya xalqlarına və dövlətlərinə yaşatdıqları faciələrin bədəlini ödəmək ərəfəsindədir. Daha doğrusu, artıq Fransa necə deyərlər it qovan kimi Afrikadan qovulub. Daxili çəkişmələr isə rəsmi Parisin vəziyyətini son dərəcə kritik hala salıb. ABŞ-da isə durum daha ağırdır. Çünki ölkənin bir neçə ştatı öz dövlətçiliklərini bərpa etmək niyyətindədir. Texas, Kaliforniya, Missuri, Alyaska və digər ştat rəhbərləri müstəqillik bəyannaməsini qəbul etməyə hazırlaşırlar. Texas qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa edilən tikanlı məftilli divarı sökmək qərarının çoxdandır ki, müzakirə mövzusuna çevrildiyini bildirib və bunun ABŞ-ın sərhədlərinin dağılması ilə nəticələndiyini söyləyib: “Hazırda ölkə tarixinin ən təhlükəli dövrüdür və buna səbəb isə nüvə silahının tətbiqi riskinin yüksək olmasıdır”. Qreq Abbottun Texas ştatının konstitusiyasında təsbit olunmuş ABŞ-dan ayrılma ehtimalını nəzərdən keçirdiyini bildirib. Onu da qeyd edib ki, Texasda federal hakimiyyət bölgəni miqrantların "işğal"ından qoruya bilmir və istəmir. Bundan əvvəl də Texasın müstəqilliyi uğrunda savaşlar baş verib. Lakin dəstək qazanmadığından istəklər reallığa çevrilməyib. 2009-cu ildə o zaman ştatın qubernatoru vəzifəsini tutan Rik Perri Texasın ABŞ-ın tərkibindən çıxmaq hüququnun olduğunu bəyan etsə də, bu hüququ şübhə altına alınır.
Texas Amerika qitəsinin güclü dövləti olub
Tarixi faktlara istinadən qeyd olunmalıdır ki, 16-cı və 17-ci əsrlərdə Texas ştatı müstəqil dövlət olaraq böyük imkanlara və gücə malik dövlət olub. Avropadan olan ispanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını -Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo qəbiləsini tanıyıb.Texas 2 mart 1836-cı ildən 19 fevral 1846-cı ilə müstəqil dövlət olub. Düzdür, Meksika bu illər ərzində Texası üsyançı bir əyalət kimi görsə də, ABŞ 1837-ci ilin martında Texas Respublikasını tanıyan ilk ölkədir. Texas rəsmi olaraq 19 fevral 1846-cı ildə öz istəyi və xalq referendumu ilə ABŞ-ın 28-ci ştatı olmasıdır. Bundan başqa ABŞ vətəndaş müharibəsi zamanı Texas ştatı Konfederasiyaya qoşulmazdan əvvəl 1 fevral – 2 mart 1861-ci il tarixləri arasında 1 aylıq müddətdə yenidən müstəqil olub. Bu mənada Texas ştatının hazırda ABŞ-dan ayrılıb yenidən müstəqil ölkə olmaq istəməsi təəccüblü deyil.1860-cı ildə köləliyə qarşı Respublika Partiyasından olan ilk prezident Avraam Linkolnun seçilməsi ilə on üç kölə ştatı qurultay nəticəsində ayrıldığını elan etdi və Amerika Konfederativ Ştatlarını qurdu, baxmayaraq ki federal hökumət ayrılmanın qanunsuz olduğunu müdafiə etdi.Bu ayrılmanı təmin etmək üçün separatçılar hərbi əməliyyatlara başladı və İttifaq da eyni cavabı verdi. Bunun nəticəsi olan müharibə təxminən 618.000 əsgərin və bir çox vətəndaşın ölümünə səbəb oldu. Bu münaqişə Amerika tarixində ən ölümcül hərbi münaqişə oldu. Cənub qulların azadlığına qarşı mübarizə aparırdı, İttifaq isə ilk növbədə ölkəni bir bütün halda saxlamaq üçün mübarizə aparırdı. Bununla belə 1863-cü ildən sonra meydana gələn itkilər və Linkolnun öz Azadlıq Bəyannaməsini elan etməsi İttifaq baxımından müharibənin əsas məqsədini köləliyin ləğvinə çevirdi. Həqiqətən də İttifaq 1865-ci il aprel ayında müharibəni tamamilə qazandıqda məğlub olan Cənubdakı ştatların hər birini köləliyi qadağan edən on üçüncu dəyişikliyi ratifikasiya etməyə məcbur etdi.
1836-cı ilin sonunda konstitusiya qəbul edildi (köləlik hüququnu təsdiq edən) və Texas Respublika tərəfindən elan edildi. İlk prezident sem Hyüston oldu. Paytaxt bir neçə dəfə köçürüldükdən sonra 1837-ci ildə Hyüston hakimiyyət mərkəzi seçilib. Texas Respublikası beynəlxalq tanınma qazanmışdır. Eyni zamanda, Meksikalıların Texasa reydləri davam etdi. 5 mart 1842-ci ildə Raphael Vasquez tərəfindən idarə olunan 500-dən çox adam sayında meksikalıların dəstəsi inqilabdan sonra ilk dəfə Texasa hücum etdi; San Antonioya çatdıqdan sonra Rio Grandaya geri çəkildi; 11 sentyabr 1842-ci il yarım minlik Meksika ordusu, Adrian Uoll tərəfindən idarə olunan, San Antonionun bir hissəsini ələ keçirdi, lakin daha sonra əsirləri ələ keçirərək geri çəkildi. Toqquşmalar təxminən 10 il davam edib və Meksika hökumətinin mövqeyinin möhkəmlənib-möhkəmlənməsindən və ya zəifləməsindən asılı olub. ABŞ rəsmi olaraq bu mübarizəyə qarışmadı, baxmayaraq ki, minlərlə könüllü texaslılara kömək etmək üçün ABŞ-a cəlb edildi. Meksika ilə Texas Respublikası arasındakı silahlı münaqişələr onun 1845-ci ildə ABŞ-a qoşulmasından çox, Meksika-Amerika müharibəsində 1846-1848 ABŞ-nin qələbəsi ilə nəticələndi. Texas Meksikadan ayrıldığı zaman, əvvəlcə ABŞ-nin gec-tez bir hissəsi olmağı planlaşdırırdı (texaslılar arasında Texasın genişləndirilməsi ideyası da var idi, baxmayaraq ki, Sakit okeana qədər ərazisi olan böyük bir dövlətə çevrildi.
Əksər ştatlarla mərkəzi hakimiyyət arasında əlaqələr kəsilib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin dağılmaq təhlükəsi ilə üzləşməsinin günahkarının ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden olduğunu bildirib. Donald Tramp Ayova ştatında seçki kampaniyası zamanı bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gələcəyini və ölkənin parçalanmasının qarşısını alacağını söyləyib. D.Tramp noyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərində "korrupsioner" adlandırdığı, "azalış" yaşadığını düşündüyü və hazırda davam edən ABŞ-da Baydenə qarşı qalib gələcəyini bildirib. “Üçüncü Dünya Müharibəsi”nin astanasında olduğunu və “ABŞ-ı məhv edəcəyini” bildirərək, onu xilas etmək üçün çalışacağına söz verib. D. Tramp Baydenin yenidən prezident seçiləcəyi təqdirdə III Dünya Müharibəsinin başlayacağı ilə bağlı xəbərdarlıq edib. Tramp tərəfdarlarının “Amerikanı yenidən möhtəşəm et” şüarına cavab olaraq “Amerikanı xilas etmək üçün son şansımızdır” deyib. Pensilvaniya ştatında Demokrat Partiyasının prezidenti Baydenin Ayova ştatının Sioux Center şəhərindəki mitinqdə söylədiyi və sözlərini “Nasist Almaniyası”nın ritorikası ilə müqayisə edən çıxışına toxunan respublikaçı milyarder Baydenin açıqlamalarını “pafoslu” və ABŞ prezidentini 'qorxuları oyandırmaqda' günahlandırdı.Maraqlıdır ki, bir sıra xarici ölkə rəsmiləri də D.Trampın yenidən ABŞ prezidenti seçilməsini arzu edirlər. Macarıstanın baş naziri Viktor Orban 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gələcəyinə ümid etdiyini bildirib.Orban ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasından başqa bir potensial namizəd olan Ron DeSantisi də “yaxşı” adlandırıb: “Mən veteranlar klubuna mənsubam və veteranlar bir-birini dəstəkləyir”.
ABŞ prezidenti Co Bayden Meksika sərhədində qeyri-qanuni keçidlərin ən sıx olduğu Rio Qrande Vadisindəki Brownsville şəhərinə gedən Bayden qanun layihəsini rədd etdikləri üçün respublikaçıları tənqid edib. Tramp respublikaçılara Baydenə siyasi qələbə qazandıracaq qanun layihəsini qəbul etməmələri üçün təzyiq etdiyi bildirilir. Bu təzyiqlərə və cəhdlərə baxmayaraq Texas ştatının müstəlliyini bərpa edəcəyi şübhəsizdir. Çünki, Texit” hərəkatının lideri Daniel Miller bildirib ki, onlar dövlət müsəqiliyini bərpa etmək istəklərində israrlıdılar. Daniel Miller onu da qeyd edib ki, onlar bu vəziyyətdən istifadə edərək, ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsvermə bülleteninə daxil etməyə çalışırlar. Bu arada ABŞ-ın 26 baş prokuroru Texas qubernatorunun “miqrant işğalı”na dair mövqeyini müdafiə edib. 26 respublikaçı baş prokurorun prezident Co Baydenə və daxili təhlükəsizlik katibi Alexandro Mayorkasa ünvanladığı məktubda “milyonlarla insanın ABŞ sərhədinə koordinasiyalı hücumunun” işğal olduğu və ştatın özünü bu işğaldan qorumalı olduğu qeyd edilib. Məktubda vurğulanıb ki, Texasın yerləşdirdiyi baryerlərin federal hökumət tərəfindən dağıdılmasına çalışmasına rəğmən öz sərhədinin mühafizəsinə çalışması alqışlanmalıdır. Baş prokurorlar əlavə ediblər ki, ştat özünü işğaldan qorumaq qabiliyyətində olmalıdır və heç kim buna etiraz etmir. Bütün bu baş verənlər onu deməyə əsas verir ki, noyabr seçkilərindən dərhal sonra Texas ştatı öz müstəqilliyini elan edəcək. Təbii ki, bu halda yeni seçilən ABŞ prezidenti Texasın dövlətçilik arzularını boğmağa çalışacaq. Bu halda hərbi qarşıdurma yaranacağı şübhəsizdir. Yəni 159 il əvvəl baş verənlər yenidən ölkəni bürüyəcək. Vətəndaş müharibəsi bütün ölkəni bürüyəcəyi təqdirdə digər ştatlarda mərkəzdən ayrılıb dövlətçiliklərini qurmağa tələsəcəklər. Bununla da Amerika Birləşmiş Ştatlarının parçalanma prosesi başa çatacaq.
İLHAM ƏLİYEV