PDF Oxu

Siyasət

  • 2 193

Azərbaycanın ictimai-siyasi fikrində, siyasət aləmində hər zaman öz sözü olub və olacaq - ŞƏRH

Azərbaycanın ictimai-siyasi fikrində, siyasət aləmində hər zaman öz sözü olub və olacaq - ŞƏRH

Yeni Azərbaycan Partiyası ölkəmizin, cəmiyyətin aparıcı qüvvəsidir və bu gün onun ətrafında milyonlarla insan toplaşıb. YAP yarandığı ilk gündən etibarən hər zaman Azərbaycanda xalqın sözünü deyən lider partiya rolunu oynaya bilib. YAP birbaşa yaradıcısı olduğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Elə bu baxımdan da YAP bizim üçün çox dəyərli və əhəmiyyətlidir. Partiyaya ilk olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etməsi, Ulu Öndərin onun ideya, məramnamə və nizamnaməsinin müəllifi olması, əlbəttə ki, YAP-ın fəaliyyətini bu günə qədər uğurla davam etdirməsinin əsas səbəbidir. Görünən odur ki, bu partiyanın Azərbaycanın ictimai-siyasi fikrində, siyasət aləmində hər bir zaman öz sözü olub və olacaq.

Məqsəd yenicə müstəqillik qazanmış dövlətmizi həmin dövrün çətinliklərindən qorumaq və iflas həddinə çatan ölkəmizi xilas etmək idi. Ötən onilliklər ərzində YAP bu şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Partiyamızın inkişafında yeni mərhələnin başlanğıcı 2021-ci il 5 mart tarixli VII qurultayında qoyuldu. İndi YAP-ın Azərbaycan cəmiyyətindəki artan nüfuzu, eyni zamanda, beynəlxalq aləmdə genişlənir. Öncə onu qeyd edək ki, partiynın VII qurultayı Azərbaycanın özünün yeni tarixi inkişaf mərhələsinə daxil olduğu bir dövrdə baş tutmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan bu illər ərzində güclü iqtisadiyyata, orduya malik olan rifah dövlətinə çevrilmiş, regionda və dünyada etibarlı tərəfdaş, müasir, inkişaf edən, multikultural ölkə kimi tanınmışdır.

Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyev qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Azərbaycan dayanıqlı inkişaf edən iqtisadiyyata malikdir. Ölkə iqtisadiyyatının gələcəkdə də davamlı və dayanıqlı inkişafını təmin etmək, şaxələndirilmiş iqtisadiyyat modelinin daha da genişləndirilməsi ölkəmiz, dövlətimiz üçün hər zaman prioritetlərdəndir. Bu istiqamətdə davamlı uğurların əldə edilməsi üçün Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa bundan sonra da öz töhfəsini verəcəkdir.

Bildiyimiz kimi, “Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın”. Partiyanın VII qurultayında qəbul edilən yeni qərarlar qarşıya qoyulan hədəflərin, vəzifələrin uğurlu icrasını şərtləndirir: “Müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu. Yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması prioritet məsələ kimi qarşıya qoyuldu. Belə bir əminlik ifadə edilir ki, bunun sintezi sayəsində gözəl nəticələrə nail ola bilərik. Veteranlar Şurasının yaradılması bu hədəfə yüksək səviyyədə nail olmağa əsas verir.”

Partiyanın qurultaylarında qəbul olunan qərarlar ölkəmizin həyatında yeni mərhələnin başlanmasına stimuldur: “YAP-ın VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı kimi dəyərləndirildi. Yeni Azərbaycan Partiyası daim yeniləşməyə, təkmilləşməyə böyük önəm verir. Bu baxımdan hər bir təşəbbüsü, qəbul etdiyi hər bir qərarı dövlətimizin inkişafına, xalqımızın rifahına xidmət etdiyi üçün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının əsas prioritetidir. Azərbaycanın xarici siyasətinin əsas məsələsi bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsi idi. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qovuşurlar.”

Ölkəmizin yeni dövrə qədəm qoyduğunu, yeni hədəflərin müəyyənləşdirilib, onların həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolu var. Bu gün qalib Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edirik. Suverenliyimizin bərpası ilə Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Bu mərhələnin mühüm hadisəsi 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsidir. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövrün başlanğıcı oldu. Bu qələbə, eyni zamanda, cənab İlham Əliyevin partiyanın VII qurultayında böyük əminliklə qeyd etdiyi “YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq” fikirlərinin təsdiqi oldu”.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər