PDF Oxu

Siyasət

  • 1 716

"Hərbi qulluqçumuzu daha çox saxlamaq Ermənistana baha başa gələcəkdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

"Hərbi qulluqçumuzu daha çox saxlamaq Ermənistana baha başa gələcəkdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

"Ermənistan əlverişsiz hava şəraiti səbəbindən qarşı tərəfə keçən əsgər Ruslan Pənahovun Azərbaycana qaytarılması ətrafında şou yaratmağa çalışdı. Bu hadisədən istifadə edərək, özünü guya sülhpərvər, xoşməramlı tərəf kimi təqdim etməyə can atdı. Amma bu proses Azərbaycanın gücü hesabına reallaşdı. Ermənistanın həqiqətən də belə bir niyyəti olsaydı, R.Pənahovu dərhal qaytarardı, prosesi bir həftə uzatmağa lüzum yox idi. Amma Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, bu dəfə də razılaşmanı pozdu. Çünki məlumdur ki, qarşılıqlı şifahi anlaşmaya əsasən, hava şəraitindən asılı olaraq azıb əsir düşən hərbçilər qısa zamanda, heç bir tələb olmadan geri qaytarılmalıdır. Ermənistan öz ənənəsinə sadiq qalaraq bu dəfə də öhdəliyini vaxtında yerinə yetirmədi. Amma eyni zamanda Azərbaycanın qətiyyəti qarşısında aciz qaldı. Əsgər Pənahovun qaytarılması dövlətimizin gücünü növbəti dəfə nümayiş etdirdi. Ümumiyyətlə, Ermənistan dərk edir ki, Azərbaycana qarşı istənilən təxribat cavabsız qalmır. Əsgər Pənahovun Ermənistanda daha çox saxlanması vəziyyəti daha da gərginləşdirə bilərdi. Bu, isə İrəvana baha başa gələcəkdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib. Onun sözlərinə görə, digər tərəfdən, Ermənistanda da yaxşı anlayırlar ki, bu vaxta qədər Azərbaycan dövləti heç bir vətəndaşını darda qoymayıb: "Geri qayıdan bütün hərbçilərin “biz əmin idik ki, cənab Prezident bizi xilas edəcək” söyləməsi reallığın nədən ibarət olduğunu söyləməyə imkan verir.Azərbaycan Prezidentinin xəbərdarlıqları, Silahlı Qüvvələrimizin bugünki gücü Ermənistanı daha tədbirli davranmağa vadar etdi. Ermənistan bu vaxta qədər reallaşan qisas əməliyyatlarını unuda bilmir və heç vaxt da unutmamalıdır. Bu ölkə anlamalıdır ki, xüsusilə humanitar məsələlərdə anlaşmaların pozulması onlar üçün yaxşı heç nə vəd etmir"."Bu gün Ermənistan üçün yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Fransadan, Yunanıstandan, Hindistandan gələn silahlara arxayın olub təxribatlara əl atmağın sonu ağır olacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər