Azərbaycan dünya birliyinin əksər ölkələri, eləcə də Almaniya Federativ Respublikası ilə qarşılıqlı faydalı əməkdaşlıq aparılır. Azərbaycan və Almaniya Federativ Respublikası arasında diplomatik münasibətlər 1992-ci ilin fevralın 20-də qurulub. Həmin tarixdən etibarən, iki dövlət arasında iqtisadi, eləcə də digər sahələr üzrə əməkdaşlığın əsası qoyuldu. Hər iki ölkə başçılarının qarşılıqlı səfərləri də dövlətlər arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynamışdır.
Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlət başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək, bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Görüş zamanı regionda cərəyan edən siyasi münaqişələr, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Almaniya Federativ Respublikasının rolu, bir sıra xarici qüvvələrin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi ilə bağlı məsələlər müzakirə edilib. İlk öncə, Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması mərhələsində kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənsitanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsinin əhəmiyyətini vurğuladı, həmçinin Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Almaniya tərəfindən bu təşəbbüslərin irəli sürülməsi bunu göstərir ki. Fransadan fərqli olaraq, neytral mövqe tutur. Ölkə başçısı dövlətimizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı hər hansısa günahlanlandırma cəhdlərinin tamamilə əsassız və qərəzli olduğunu, beynəlxalq hüquq normalarının bizim tərəfimizdə olduğunu, bu gün ikili standartların bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrildiyini diqqətə çatdırdı. Belə ki, Cozef Borrelin qərəzli bəyanatlarının bəyanatlarının heç bir reallığı əks etdirmədiyini və bu bəyanatların beynəlxalq hüququn normalarına zidd olduğunu vurğuladı. Cənab Prezidentin dediyi kimi, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır?! Dövlət başçısı bu əsassız bəyanatların cənab Makronun insinuasiyası və anti-Azərbaycan siyasətinin bir parçası olduğunu qeyd etdi.
Mixael Harms da öz növbəsində görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirdi və buna görə minnətdarlığını ifadə etdi. Almaniya biznes dairələrinin Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirdiyini və bunun da öz növbəsində bütün regionda müsbət inkiafın əsasını qoya biləcəyini bildirdi. Almaniya Fedrativ Respublikasının yeritdiyi siyasət onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində neytral mövqe sərgiləsə də, Fransa və digər ikiüzlü beynəlxalq təşkilatlar kimi anti-Azərbaycan mövqe sərgiləmir.
Akif Qasımzadə
YAP Yasamal rayon təşkilatının üzvü