Dağıdıcı müxalifət düşərgəsində kimin nə işlə məşğul olduğu və ya kimin statusunun nədən ibarət olduğunu bilən yoxdur. Çünki hər bir düşərgə təmsilçisi özünü uzaqlara hesablanan politoloq kimi təqdim etməyə çalışır. Elələri də var ki, yekə bir siyasi şərhçi olduğunu göstərməyə çalışır. Lakin səthi araşdırma apardıqda aydın olur ki, bu məxluqlar heç bir işə yaramayan, boşboğazlıq etməkdən uzağa gedə bilməyən ucuz məxluqlardır. Onlara trollar da demək olar. Ona görə ki, müstəqil mövqeyə və fikrə malik deyillər. Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı nə dedisə və ya hansı ağılın məhsulu olmayan fikri səsləndirirsə özlərini partiya funksionerləri kimi təqdim edənlər də trolluq edib, həmin anormal fikirləri sosial şəbəkə hesabında paylaşırlar. Nədən bilmək olur ki, həmin fikirlər partiya sədrlərinin təqdim etdikləri tezislərdir? Birincisi, AXCP, Müsavat, Milli Şura təmsilçiləri heç bir halda müstəqil status paylaşa bilməzlər. İkincisi, paylaşmalar kampaniya xarakteri daşıyır. Bu da onu deməyə əsas verir ki, AXCP, Milli Şura və Müsavat rəhbərliyinin vatçapda yaratdıqları qruplardan mövzuları götürən Fuad Qəhrəmanlı, Seymur Həzi, Gültəkin Hacıbəyli, Ayaz Məhərrəmli, İlham Hüseyn, Gülağa Aslanlı və digərləri sosial şəbəkə hesablarında onları kütləvi şəkildə paylaşırlar. Ağılları o yerə çatmır ki, baxsınlar, oxusunlar ki, həmin tezis nə dərəcədə yayılması üçün məqbuldur. Digər tərəfdən düşünmürlər ki, həmin paylaşdıqları informasiyalar milli və dövlətçilik maraqlarına ziddir axı. İctimai rəydə onların bu kimi şər və böhtanları, dezinformasiyaları yaymalarına görə ittiham olunmaları da narahat etmir. Bu da onu təsdiq edir ki, sözügedən şəxslər ya manqurtlaşıblar, ya da ağıldan məhrum olunublar. Çünki normal insan bilərəkdən milli və dövlətçilik maraqlarına zidd məlumatlar yaymaz.
Fuad Qəhrəmanlı siyasətçi olmaq istəyirdi, dönüb trol oldu
Dağıdıcı müxalif düşərgədə diqqətçəkən məqamlar sırasında partiya funksionerlərinin anlamadıqları, dərk etmədikləri məsələlər ətrafında fikir yürütmələridir. Bəzən bir qədər də dərinə gedərək sosial şəbəkə hesablarında iqtisadi, siyasi mövzularla bağlı dərin “təhlilər” aparırlar, şərhlər verirlər. Özlərini göstərməyə çalışırlar ki, guya onlar yüksək intellektə, savada malik şəxslərdir. Halbuki, həmin mövzular onların necə deyərlər girə biləcəkləri kol olmadığını göstərir. AXCP sədr müavini Fuad Qəhrəmanlı dünya siyasətindən, Ukrayna-Rusiya müharibəsindən öz ağılı ilə təhlil verir. Yazır ki, Putin Avdeyevkanı işğal etməklə özünü tora salmış oldu: “Avdeyevkanı verməklə Zelenskinin necə böyük bir uduş əldə etdiyini göstərir. Strateji ağıl budur. Bu gedişlə o, eyni zamanda ABŞ-da Tramp hakimiyyətə gələcəyi təqdirdə Avropanın dəstəyi hesabına Ukraynanaya lazım olan dəstəyi indidən qarantiya altına almış oldu. Əlavə edək ki, bu da Azərbaycan hakimiyyəti üçün pis xəbərdir, ona görə də otrub Trampın gələcəyi və Rusiyanın Ukraynada bəlkə uğur qazanacağı ümid ilə bəzi lazım olan addımları gecikdirməyin də bir mənası yoxdur”.
Dağıdıcı müxalifət hələ də müasir dövrün yenilikləri ilə ayaqlaşa bilmir
Daha sonra F.Qəhrəmanlı insanı dəhşətə gətirən anormal cümlələrlə fikrini davam etdirir: “Avdeyevkanı ruslara təslim etməklə Zelenski özünü əsil strateq kimi göstərdi və birdən- birə Qərbi, xüsusi ilə də Avropanı Rusiya işğalı qorxusu ilə panik vəziyyətə saldı. Ukrayna "əgər tezliklə bizə lazım olanları verməsəniz ruslar müdafiə xəttini yarıb irəliləyəcəklər və Avropa da Putinnin orduları ilə üz- üzə qalmalı olacaq" təhdidi ilə Qərbə doğru səsləndi. Plan işə yaradı və Avropa siyasi elitasına elə bir vəlvələ düşdü ki, hətta Makaron Avropa ölkələrinin liderlərini Ukraynaya hərbi yardım göstərmək üçün Yelisey sarayında topladı və özü idə ən radikal mövqedən çıxış edərək Kiyevə birbaşa ordu göndərmək təklifi ilə çıxış etdi”.
Bu ağıldan kəm trol qanmır ki, Ukrayna şəhərləri dağılır, milyonlarla insan ölkəni tərk edir, minlərlə insan yarımçıq talelər yaşamağa məcbur edilirlər, bunun fonunda Zelenskini hansı əsasla strateq adlandırmaq olar? Bu məqamda yadıma ötən əsrin 90-cı illərində Azərbaycan dövlətinin və xalqının başına gətirilən bəlalar düşdü. O zaman da AXC-Müsavat iqtidarı torpaqlarımızı erməni vəhşilərinə təslim etməklə “taktiki dəyişikliklər etdiklərini” deyirdilər. Məhz “taktiki dəyişikliklər” gətirib, ölkəni fəlakətə çıxardı. Ərazilərimizin 20 faizi erməni terrorçuları tərəfindən işğal olundu, 1 milyona yaxın insan isə öz doğma yurd-yuvasından didərgin düşdü. Uzun illər lazım gəldi ki, ağrılı-acılı problemlər aradan qaldırılsın. Görünən ondan ibarətdir ki, dağıdıcı müxaliflərin geyim tərzləri dəyişsə də, təfəkkürləri, düşüncələri, siyasi baxışları elə ötən əsrin 90-cı illərin də olduğu kimi qalmaqdadır. Həm də təsdiq olunur ki, siyasət bu məxluqlar üçün deyil. Onlardan olsa-olsa bazarda meyvə tərəvəz, ticarət mərkəzində isə “şimotka” satan ola bilər.
İLHAM ƏLİYEV