PDF Oxu

Siyasət

  • 2 328

“Vəzifəli şəxslərin fəaliyyətinə nəzarət mexanizmi gücləndirilməlidir“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Vəzifəli şəxslərin fəaliyyətinə nəzarət mexanizmi gücləndirilməlidir“ - DEPUTAT FİKİR BİLDİRDİ

“Hazırda ölkəmizdə insan hüquqlarının müdafiəsi baxımından hər hansı bir problem yoxdur. İnsan hüquqlarının qorunması istiqamətində kifayət qədər ciddi qanunvericilik bazası formalaşdırılıb. Hətta konstitusiya qanunları qəbul olunub, Ombudsman institutu yaradılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, insan hüquqlarının müdafiəsi məsələsində nəzarət mexanizmi kifayət qədər güclüdür: “Sadəcə olaraq ayrı-ayrı məmurların bu istiqamətdə saymazyanalığı, müəyyən problemləri anlamamasının özü bəzən problem yaradır. Belə ki, süni surətdə vətəndaşın mülki və digər sosial, siyasi hüquqlarının qorunması istiqamətində nöqsanlar, boşluqlar ortaya çıxır. Bu isə qanunvericiliklə bağlı deyil. Konkret olaraq müəyyən vəzifəli şəxslərin davranışı ilə bağlıdır. Bu məsələnin həlli üçün isə zənnimcə, vəzifəli şəxslərin fəaliyyətinə nəzarət mexanizmi gücləndirilməlidir. Artıq bu zaman insan hüquqları ilə bağlı yaranan hər hansı bir problemin qarşısı daha sürətli şəkildə alınacaq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər