PDF Oxu

Siyasət

  • 3 667

Beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir - ŞƏRH

Beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir - ŞƏRH

Cari ilin 1 fevral tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə zamanı yaşıl enerji məsələsinə bir daha diqqət çəkərək bildirdi ki, Azərbaycanın kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür. Ölkə rəhbəriAzərbaycanın bərpaolunan enerji potensialı və qarşıdakı hədəflər barədə məlumat verib. Dövlətimizin başçısı Xəzər dənizində dayazlaşma məsələsinə də toxunub. Eyni zamanda Prezident qeyd edib ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacarıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə də danışıb. Ölkə rəhbəri bildirib ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir.

Ölkəmizin sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünün tam bərpa olunması onu dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil etməkdədir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Buna görə də, enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb.

Bakıda bu günlərdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ümumilikdə 23 ölkədən, 6 beynəlxalq təşkilatdan, 44 şirkətdən yüksək səviyyəli nümayəndələrin iştirakı onların əhəmiyyətini bir daha nümayiş etdirdi.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər