PDF Oxu

Siyasət

  • 1 629

"Ermənistan Xankəndidə həyata keçirdiyimiz işlərdən dərs çıxarmalıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan Xankəndidə həyata keçirdiyimiz işlərdən dərs çıxarmalıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi-maddi nümunələri 30 il ərzində erməni barbarları məhv edib. Təəssüf ki, heç bir mədəni irsin qorunması ilə məşğul olan ixtisaslaşmış təşkilatlar, o cümlədən, Hüquq və İnsan Haqları İnstitutu buna reaksiya vermədi. Beləliklə, əsrlər boyu yaratdığımız abidələr yerlə-yeksan edildi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu gün isə haqlı olaraq Azərbaycan öz suveren ərazilərində terrorçuların ideoloji mərkəzinə çevrilmiş və tarixi şəhərimiz olan Xankəndinin arxitekturasına uyğun olmayan binaları sökür: "Bununla bağlı Ermənistan Azərbaycana qarşı informasiya müharibəsi elan edib. Bəzi hallarda ermənilərin bu anti-Azərbaycan təbliğatına Avropa ölkələrində olan hüquq təşkilatları da qoşulur. Əlbəttə ki, bu nə hüquqi, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan məsələdir. İlk növbədə hüquqi baxımdan bir ölkənin ərazisində icazəsiz şəkildə hər hansı bir tikilinin aparılması qadağandır".Deputat qeyd edib ki, 30 il Azərbaycanın suveren hüquqlarının kənarında saxlaya bildikləri ərazilərimizdə çoxsaylı qeyri-qanuni tikililər var ki, dövlətimiz onlarla bağlı istədiyi qərarı qəbul edə bilər: "Bu gün Xanləndidə baş verən, erməni terrorizmi üçün yuva olan bir binanın sökülməsidir. Ona görə də bu hadisənin çox böyük əhəmiyyəti var. Bu həm də erməni separatizminə verilən dərsdir ki, əgər nə vaxtsa yenə belə bir fikrə düşsələr, onun da aqibəti eynilə bu şəkildə olacaq".
Ləman Sərraf

Digər xəbərlər