PDF Oxu

Siyasət

  • 2 026

“Kadr siyasəti daimi yanaşma və həssaslıq tələb edən məsələdir” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Kadr siyasəti daimi yanaşma və həssaslıq tələb edən məsələdir” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Kadr məsələsi istənilən halda dövlət idarəçiliyinin ən mühüm istiqamətlərindən biridir. Bu istiqamətdə siyasətin uğurla aparılması və ya uğursuzluqlar dövlətin taleyinə kordinal şəkildə təsir göstərən məsələdir. Kadr siyasətində isə kadrların əvəzlənməsi xüsusi bir yanaşma tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, nə kadrların tez-tez dəyişdirilməsi faydalı olur, nə də gecikdirilərək, kadrların əyləşdiyi postlarda qocalandan sonra yerdəyişmə edilməsi effektli olur: “Son illər ölkəmizdə bu istiqamətdə müəyyən lazımi addımlar atılır. Təkcə onu demək kifayətdir ki, 1990-cı illərindən ortalarından fəaliyyətini davam etdirən kadrların böyük əksəriyyəti dəyişdirildi, yeni kadrlarla əvəz olundu. Qarabağ probleminin həlli, zəfərimiz məhz yeni kadrlardan ibarət komandanın işi kimi ortaya çıxdı.Bütün bu proseslərin idarə edilməsinin başında isə ölkə başçısı dayanır. Cənab Prezidentin həm komandanı yeniləməsi, həm də yenilənmiş komandada hər kəsin fəaliyyətinin düzgün istiqamətləndirilməsi, fikrimcə, nəticə əldə edilməsində həlledici rol oynadı. Bir sözlə, kadr siyasəti daimi yanaşma və həssaslıq tələb edən məsələdir”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər