PDF Oxu

Siyasət

  • 1 785

“Hər kəs öz əməlinə görə cavab verməlidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hər kəs öz əməlinə görə cavab verməlidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“ABŞ və Qərb uğur qazanmış müstəqil ölkələrin nailiyyətlərini əlindən almağa istiqamətlənmiş siyasət yürüdür. Onlar öz siyasətini reallaşdırmaq üçün ölkələrin daxilində pulla öz sifarişlərinin icraçılarını saxlayırlar və onların əli ilə ölkədaxili sabitliyi pozmağa çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Deputat sözlərinə belə davam edib: “Hansı ölkələrdə dövlət sistemi zəifdirsə, o ölkələrdə də Qərb öz niyyətlərinə çatır. Amma Azərbaycan dövləti bu gün çox güclüdür və dövlətə qarşı iş aparanları vaxtında ifşa edir. O cümlədən qazanılmış uğurlarını xarici və daxili düşmənlərdən qorumağa qadirdir.
Əli Kərimlinin Navalnının ölümünü və Rusiyanın sanksiyalara məruz qalmasını misal çəkməsi də bundan irəli gəlir. Tofiq Yaqublu, Qubad İbadoğlu və digər saxlanılanlar siyasi məhbus deyillər. Onlar törətdikləri cinayətlərə görə saxlanılırlar. Təbii ki, hər kəs öz əməlinə görə cavab verməlidir. Əli Kərimliyə və ona maliyyəni verərək sifariş göndərənlərə sabitliyi təmin olunmuş güclü Azərbaycan lazım deyil. Onlar unutmasınlar ki, Azərbaycan xalqı dövlətin müstəqilliyini və qazanılmış uğurlarını Qərbin maraqlarına qurban verməyinə heç vaxt imkan verməyəcək”.
Ayşən Vəli

Digər xəbərlər