Azərbaycan qadını öz ağlına, zəkasına, düşüncə və istedadına görə dünya qadınları arasında özünəməxsus yer tutur. Ona görə də biz qadınlarımızla fəxr edirik.
Ulu öndər Heydər Əliyev
Bu gün dünyada qadınlarbütün sahələrdə, istər elm, istər təhsil, istərsədə siyasət sahəsində öz uğurlu fəaliyyəti ilə sözünü deyir. Və öz fəaliyyəti necə böyük bir qüvvəyə sahib olduğunu təsdiqləyir. Hazırda bir çox elmi-tədqiqat institutların rəhbəri kimi alim qadınlara rast gəlmək olar. Azərbaycan tarixində Məhsəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan, Heyran xanım, Nigar Rəfibəyli kimi şairələr, Uzun Həsənin anası Sara Xatun, Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım kimi qadınlar olub.
Müxtəlif sahələrdə “İlklər”ə imzan atan azərbaycan qadınlarımızı yada salmaq yerinə düşər. Azərbaycanın ilk qadın yazıçılarından, maarifçi Şəfiqə Əfəndizadə, General A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskaya, İlk azərbaycanlı kimyaçı-qadın – İzzət Orucova, İlk həkim-ginekoloq – Adilə Şaxtaxtinskaya, Azərbaycan Tarix Muzeyinə başçılıq edən – tarixçi, akademik Püstəxanım Əzizbəyova, Azərbaycanın ilk bəstəkar qadını - Rzayeva Ağabacı, İlk peşəkar opera müğənniləri – Fatma Muxtarova və Şövkət Məmmədova, İlk sənətkar rəssamlar – İzzət Seyidova, Gülnaz Salamova, Reyhan Topçubaşova, Vəcihə Səmədova, Güllü Mustafayeva, Azərbaycanın ilk qadın kinorejissoru, "Molla Nəsrəddinçi” Əli Qəmkusarın qızı - Salamzadə Qəmər, İlk heykəltəraş qadınlar – Elmira Hüseynova, Münəvvər Rzayeva, İlk sənətkar balerinalar – Qəmər Almaszadə, gözəl sənət ustası Leyla Vəkilova, Məşhur rəqqasələrimiz - Əminə Dilbazi; Roza Cəlilova, Dünya çempionları, idmançılar – Aynur Sofiyeva və stend üzrə nişanalma idman növündə Olimpiya Çempionu Zemfira Meftaxetdinova, Azərbaycan elminin inkişafında parlaq yer tutan akademik Zərifə Əliyeva, Yazıçılar – Əzizə Cəfərzadə və Ələviyyə Babayeva, Caz-muqam sintezini əldə edən bəstəkar - Firəngiz Əlizadə, Şərqdə ilk opera yazan bəstəkar qadın - Şəfiqə Axundova, Azərbaycanın ilk maarifçi qadınlarından, xeyriyyəçi, tərcüməçi - Həmidə Cavanşir (Məmmədquluzadə). Bu siyahı bir az uzun olsa da, hamısını xatırlatmağı özümə borc bildim. Cünki gənc nəslə, gənc qızlarımıza motivasiya verən, həyatda düzgün mövqe tutmağı öyrədən bu qadınların fəaliyyətidir. Biz bu qadınlara baxıb güc alırıq.
Cəmiyyətdə qadının rolu böyükdür. Odur bizim əlimizdən tuttub yeriməyi öyrədən, odur bizə ana dilimizi öyrədən, odur vətəni sevməyi ailəni sevməyi öyrədən. Anadır hər bir evladın ilk sevgisi, ilk məhəbbəti.
İlk qadın siyasətin əsası 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub. Daha sonra Azərbaycan SSR (1920-1991-ci illər) dövründə inkişaf etdirildi. Azərbaycan qadınları təhsilə yönəldilərək savadsızlıq ləğv edildi.
Ümummilli liderimiz Heydər Əliyev hər zaman qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedadına görə irəli çəkməyə çalışıb.Akademik Zərifə xanım Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq alim nəsil yetişdirməyə nail olmuşdur.
Ulu öndər Heydər Əliyev: “Bizim çoxəsrlik tariximiz, mədəniyyətimiz vardır. Azərbaycanın keçmiş zamanlarda da görkəmli qadınları olmuşdu. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün böyük iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayırlar, bəzi sahələrdə aparıcı rol oynayırlar, böyük xidmətlər göstərirlər”.
Azərbaycan qadını müstəqil Azərbaycan dövlətinin yorulmaz cəfakeşidir. Bunu da biz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondununprezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban Əliyevanın simasında görürük.
Təbii ki, qəhraman şəhidlərimizi və qazılərimizi böyüdən anaları da unutmaq olmaz. Onların qarşısında baş əyirik. Əllərindən öpürük ki, belə igid evladlar tərbiyə ediblər.
Bayramın mübarək, AZƏRBAYCAN QADINI!
Şəhla Xəlilova
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri