PDF Oxu

Siyasət

  • 3 002

Azərbaycan qadınları xalqımızın adını həmişə uca tutub ŞƏRH

Azərbaycan qadınları xalqımızın adını həmişə uca tutub ŞƏRH

Tarixin bütün dövrlərində Azərbaycan qadını mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan məhəbbəti ilə, müqəddəs ana şərəfini uca tutaraq gələcək nəsillər üçün əsl örnək olub. Bu gün də Tomris, Nüşabə, Nigar, Həcər qeyrətli qadınlarımız tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır, 8 Mart Beynəlxalq Qadınlar Gününü qalib ölkənin qadınları kimi qeyd edirlər.

Xalqımızın dərin hörmət və ehtiram bəslədiyi Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər. Bu gün respublikamızda dövlət qadın siyasəti, Ümummilli Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə Başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Cəmiyyətimizdə, ictimai-siyasi sahədə, dövlət quruculuğunda yorulmadan çalışan qadınların arasında bacarıqlı siyasətçilər, iş adamları, dövlət məmurları da az deyil. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək hörmət qazanan birinci xanım, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tariximizin şanlısalnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdəndir.

Ali Baş Komandan, Prezident cənab İlham Əliyevlə çiyin-çiyinə Mehriban xanım Əliyevanın ölkənin inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində, sosial layihələrin gerçəkləşməsində böyük əməyi var. Mehriban xanım Əliyeva daim həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür. Qürurlu haldır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verən qəhrəman qadınlarımızla birlikdə çəklilir.

Zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə xalqımızın adını həmişə uca tutan Azərbaycan qadınları, 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər