PDF Oxu

Siyasət

  • 2 452

Biz islamofobiya ilə sonadək mübarizə aparacağıq (COPY 2024.03.08 16:12) - Tural Gəncəliyev

Biz islamofobiya ilə sonadək mübarizə aparacağıq (COPY 2024.03.08 16:12) - Tural Gəncəliyev

Erməni diasporu kilsələrdən manipulyasiya vasitəsi kimi istifadə edir. Bəziləri islamofobiyadan, Azərbaycan və Türkiyə əleyhinə danışaraq bu "xidmətləri" sayəsində vəzifələrə təyin olunurlar. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan "Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" mövzusunda aralıq sessiyada söyləyib.

Azərbaycanın 30 il ərzində işğaldan əziyyət çəkdiyini, mədəni, tarixi abidələrimizin məhv edildiyini diqqətə çatdıran T.Gəncəliyev deyib: "Biz islamofobiya ilə sonadək mübarizə aparacağıq. Fransada Qarabağ xanının qızı Xurşidbanu Nətavanın heykəlinin vandalizmə məruz qalması islamofobiyadan danışanların iç üzünü göstərir".

Deputat islamofobiya ilə mübarizədə "siyasi vaksin"in mövcudluğunu da diqqətə çatdırıb.

Digər xəbərlər