"Toplum Tv" və "Abzas Media"nın bəzi əməkdaşlarının həbs edilməsi Azərbaycanı istəməyən bir çox qüvvələrə onların danışması üçün şans verib. Amma onlar Azərbaycanda dövlətin və hər bir vətəndaşın təhlükəsizliyinin dövlətin ümdə vəzifəsi, prioritet istiqamətlərindən biri olduğunu bilmirlər". Bu fikirləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, "Toplum tv", "Abzas media" əməkdaşları barəsində konkret olaraq qaldırılan cinayət işi göstərir ki, onlar Azərbaycan əleyhinə aparılan kampaniyanı həyata keçirən misyonerlərdir: "Əgər misyonerdirlərsə, deməli, ölkəmizdə faktiki olaraq Qərbin agentura şəbəkəsinin qolu kimi fəaliyyət göstərirlər. Bu səbəbdən də Azərbaycanda təhlükəsizliklə bağlı həyata keçirilən işlərə Qərbdən siyasi manipulyasiyalar etməyə çalışmaları qəbulediməzdir. Çünki Azərbaycanda kifayət qədər söz, media azadlığı, insan hüquqları təmin edilib. Qərb qüvvəsinin Azərbaycanda həyata keçirə bilmədiyi inqilab təhdidini sözügedən qurumların "boğulma"sı kimi dəyərləndirir. Amma bu qəbuledilməz faktdır".
Baş redaktor olaraq düşünürəm ki, Azərbaycanda media azaddır, hüquqi normativ aktlar və dövlətin dəstəyi var: "Yəni, inkişafı bəhanə edərək, dünyada baş verən "narıncı inqilabı" ölkəmizə gətirmək üçün çalışmaq lazım deyil. Bu düzgün yanaşma deyil və Azərbaycan buna imkan verməyəcək. Azərbaycanda liderlə xalq arasında qarşılıqlı hörmət və rəğbət var, bunu görmək üçün təkcə seçki nəticələrinə baxmaq belə kifayət edir. Buna görə də Azərbaycanla təhdid dili ilə danışmaq mümkün deyil. Azərbaycanda təhlükəsizliyin qorunması üçün atılan bütün addımları dəstəkləyirəm. Hesab edirəm ki, xalqın və dövlətinin təhlükəsizliyi hər şeydən üstündür".