Qadın hüquqları, onların cəmiyyətdə və siyasətdə yeri və iştirakı məsələsi sivilizasiyanın mənşəyinə gedib çıxır. Bir çox mədəniyyətlərdə olduğu kimi, Azərbaycanda da bu inkişaf əsrlər boyu bir çox sınaq və maneələri dəf edərək baş vermişdir. Azərbaycan öz tarixində dövri nailiyyətlər və inqilabi dəyişikliklərlə, qadın hüquqlarının təkamülünün şahidi olub.
Dünyada müasir insan hüquqları anlayışı yaranmazdan daha əvvəlAzərbaycanda qadın hüquqlarının müəyyən əhəmiyyəti olub. Qafqazın və Xəzəryanı bölgənin qədim cəmiyyətlərində qadınlar ailədə, təsərrüfatda, hətta müharibədə fəal rol oynamışlar. Onların təsiri əsrlər boyu əhəmiyyətli olaraq cəmiyyətin formalaşmasına xüsusi tövhə ilə seçilir.
1918-ci ildə demokratik hərəkat zamanı Azərbaycan müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə oldu. Bu mühüm hadisə istər ölkədə, istərsə də dünya tarixində demokratiya və gender bərabərliyi baxımından əlamətdar nailiyyətlərdən oldu.
Müasir Azərbaycan tarixində qadın hüquqlarının inkişafında və gender bərabərliyinə nail olunmasında Ümummilli Lider Heydər Əliyevin fundamental rolu. Ulu Öndər Heydər Əliyev ölkənin müasirləşdirilməsinə, demokratik təsisatların möhkəmləndirilməsinə siyasətiniyönəltmiş görkəmli dövlət xadimi idi. Dahi Lider 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi müddətdə qadınların inkişafı üçün çoxşahəli şəraitin yaradılmasına, onlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılmasına yönəlmiş siyasət həyata keçirmişdir. O, ümumi rifaha nail olmaq üçün qadınların siyasi proseslərdə və iqtisadiyyatda iştirakının vacibliyini dərk edirdi.Ümummilli Liderin rəhbərliyi ilə, Azərbaycanda qadınların hüquqlarının qorunmasına, onların ictimai-siyasi həyatda fəal iştirakının dəstəklənməsinə yönəlmiş qanunlar və proqramlar qəbul edilmişdir.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə birlikdə demokratik dövlət quruculuğu prosesində fəal iştirakına hüquqi əsas yaratmışdır. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinin sağlam əsaslarını müəyyən edən 25-ci maddəsində birmənalı olaraq qanun və məhkəmə qarşısında bütün bərabərlik, kişi və qadının eyni hüquq və azadlıqlara malik olduğu qeyd olunub. Bu maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər bir şəxsin hüquq və azadlıqlarının bərabərliyini, insanın və vətəndaşın hüquq və azadlıqlarının cinsinə görə məhdudlaşdırılmasını qadağan edir.
1995-ci ildə Pekində IV Ümumdünya Qadınlar Konfransına hazırlıqla bağlı Azərbaycanda fəaliyyət göstərən Qadınların İşləri üzrə Milli Komitə Pekin Konfransında milli hesabat hazırlayıb təqdim etdi. Konfransdan sonra Milli Fəaliyyət Platforması ilə bağlı müzakirələr və konfranslar təşkil olundu. 1995-ci il iyunun 30-da Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına qoşulmuş və üzərinə müvafiq öhdəliklər götürmüşdür.
Konstitusiyanın qəbulundan sonra Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Ümumilli lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətini həyata keçirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin əsas məqsədi qadınların hüquqlarını qorumaq, onların ölkənin ictimai-siyasi həyatında iştirakını artırmaq olub. 2000-ci ildə Heydər Əliyev qadınların kişilərlə ədalətli təmsil olunmasını, xüsusilə onların dövlət idarəetmə sistemində layiqincə təmsil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında fərman imzaladı. Fərmanda vurğulanır ki, Azərbaycan Respublikasının bütün dövlət orqanlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınlar icra hakimiyyəti səviyyəsində kişilərlə bərabər təmsil olunsunlar. Həm Dövlət Komitəsinin yaradılması, həm də sərəncamın imzalanması ölkədə qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.
2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir. Milli Fəaliyyət Planında hökumət hər zaman qadın problemlərinə xüsusi diqqət yetirmiş, qadın problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görmüş, dövlət proqramları hazırlamışdır.
Zaman keçdikcə Azərbaycanda qadın hüquqları möhkəmlənməkdə davam etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti ilə, Azərbaycan qadını kişilərlə bərabər təhsil almaq, istənilən peşə ilə məşğul olmaq, siyasi həyatda iştirak etmək və hüquqlarını qorumaq hüququna malikdir. Ölkə qanunvericiliyi gender bərabərliyinə təminat verir və gender əsasında ayrı-seçkiliyin qarşısını alır.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən təşkil edilib. 2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi “Gender bərabərliyi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Qanun gender bərabərliyi sahəsində dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən edir.
2004-cü ildə Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 4 faizini qadınlar təşkil edirdisə, bu gün bu rəqəm ciddi yüksəlib.
Siyasi müstəvidə Azərbaycan qadınları əsas vəzifələr tutur və hökumətin bütün səviyyələrində qərarların qəbulunda fəal iştirak edirlər. Bu, ölkənin siyasətdə müxtəlifliyə və inklüzivliyə sadiqliyini əks etdirir.
Azərbaycanın inkişafında Mehriban xanım Əliyevanın rolu və xidmətləri əvəzsizdir. Onun fəaliyyəti ölkənin sosial, mədəni və siyasi həyatının bir çox aspektlərini əhatə edir və qadınların hüquqlarının və cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsinə verdiyi töhfə şəksiz olaraq qalır.2017-ci ildə Mehriban Əliyeva Azərbaycanda qadının tutduğu ən yüksək vəzifə olan Azərbaycanın vitse-prezidenti təyin edilib.Birinci vitse-prezident kimi, Mehriban xanım Əliyeva ölkənin siyasi həyatında fəal iştirak edir, qadınların hüquqlarının və cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Onun müxtəlif sosial və mədəni layihələrdə iştirakı qadınların cəmiyyətdəki mövqeyini gücləndirməklə yanaşı, bütövlükdə ölkənin inkişafına mühüm töhfə verir. Xüsusi ilə, qadın və uşaqların dəstəklənməsinə, eləcə də Azərbaycanın mədəni irsinin qorunub saxlanmasına yönəlmiş sosial və mədəni təşəbbüslərdə fəal iştirak edir. Onun fəaliyyətinə ölkədə qadınların və uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edən geniş spektrli layihələr daxildir.Mehriban xanım bir çox xeyriyyə və sosial proqramların himayədarı kimi çıxış edir. O, müxtəlif uşaq xəstəlikləri ilə mübarizə, təhsil və mədəniyyətin dəstəklənməsi, ehtiyacı olan ailələrə kömək məqsədi daşıyan təşəbbüsləri fəal şəkildə dəstəkləyir.
Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qadın hüquqlarının daha da möhkəmləndirilməsi istiqamətində öz yolunu davam etdirir. Ölkə qadınların hüquqlarının müdafiəsi, onların siyasi və iqtisadi həyatda iştirakının artırılması üçün strategiya və proqramların hazırlanması üçün beynəlxalq təşkilatlar və tərəfdaşlarla fəal əməkdaşlıq edir.
Azərbaycanda qadın dəyərlərinin qorunması uğrunda işlər ölkənin demokratik və sosial inkişafının mühüm aspekti olaraq qalır. Qadınların siyasi və ictimai fəallığının təşviqi istiqamətində davamlı səylər Azərbaycan cəmiyyətinin gücünün qurulmasına davam etməklə yanaşı, onun demokratik təsisatlarını da gücləndirəcək potensiyalına malikdir.
Yekunda qeyd etmək lazımdır ki, Azərbaycan Qadını xüsusi ruha, cəsarətə və mərdliyə malik olan varlığımızdır. Tarix boyu qadınlaımız dünya tarixində xüsusi izləri ilə yadda qalan dahi şəxsiyyətlər dünyaya qətirib və bugün də gətirir. Azərbaycan qadını incə varlıq olaraq, cəsarətli addımları ilə seçilirlər. Misal olaraq, 1-ci və 2-ci Qarabağ müharibələrinin fəal mərhələsində 74 min hərbçidən 2 mini qadın, onlardan 600 nəfəri bilavasitə döyüş əməliyyatlarında iştirak edib. Baxmayaraq ki, Qadınlar üçün hərbi xidmət könüllüdür, Azərbaycan ordusunda hazırda 1000-dən yuxarı qadın çalışır.Azərbaycan qadını bizim cəmiyyətimizin yaraşığıdır. Allah sizləri qorusun! Yaşasın Azərbaycan, yaşasın Azərbaycan qadını!
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü