PDF Oxu

Siyasət

  • 1 605

"Azərbaycanın nüfuzu günü-gündən artır" - ŞƏRH EDİLDİ

"Azərbaycanın nüfuzu günü-gündən artır" - ŞƏRH EDİLDİ

“Bakıda keçirilən beynəlxalq tədbirlərin çox böyük əhəmiyyəti var. Bu tədbirlər göstərir ki, Azərbaycana böyük etimad var”. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi siyasət dünya dövlətləri tərəfindən də çox diqqətlə izlənilir və qəbul edilir: “Azərbaycanın nüfuzu günü-gündən artır. O mənada hesab edirəm ki, bu ciddi məsələdir. Gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsinin ölkəmiz üçün böyük faydası olacaq. Bu tədbirlər çox yüksək qiymətləndirilməlidir. Bir daha biz o məsələyə gəlirik ki, bu həm də ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin önəminə dəlalət edir”.Millət vəkili bildirib ki, bu gün Azərbaycan davamlı olaraq bu istiqamətdə tədbirlərin keçirilməsini planlaşdırır: “Hesab edirəm ki, bu tədbirlər həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dünya dövlətləri tərəfindən qəbul edilməsi baxımından da xüsusi önəm və əhəmiyyət daşıyan bir məsələdir. Biz bu tədbirlər vasitəsilə həm də ölkəmizin tanıdılmasına, haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasına nail olmuş oluruq. Bu mənada nəzərə almalıyıq ki, bu tədbirlərin çox böyük əhəmiyyəti var. Bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və ölkəmizin təbliğinə öz töhfəsini verir”.

Müəllif: Rəşid Qarayev

Digər xəbərlər