PDF Oxu

Siyasət

  • 1 474

"Qərb ölkələrində İslama qarşı müharibə elan olunmuşdur" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Bakıda müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.O bildirib ki, bu konfransda 30 ölkədən 130-dan çox qonaq iştirak etdi: "Azərbaycan qlobal problemlərin həll olunmasında lokomotiv rolunu oynayır. Bu gün dünyada qütbləşmə sürətlə davam etməkdədir. Bu, əsasən Qərbdə islamofob meyllərin güclənməsi ilə özünü göstərməkdədir. Dünyada özünü inkişaf etmiş və yüksək mədəniyyətə məxsus olduğunu hesab etdiyi Qərb ölkələrində islama qarşı bir müharibə elan olunmuşdur. Belə ki, ABŞ və Avropada müsəlmanları sanki ikinci dərəcəli insanlar kimi görməyə başlayıblar. Belə ki, müsəlmanlar açıq şəkildə təqib olunur, məscidlər təhqir edilir, müəqəddəs kitab Qurani Şərifi ictimai şəkildə cırır və yandırırlar. Təbii ki, belə bir vəziyyət dözülməzdir.Azərbaycan dünya ictimaiyyətini dözümlülüyə, tolerantlığa və multukulturizmə dəvət edir. O cümlədən Qərbin islamofob siyasətindən ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Belə ki, müsəlman olduğumuza görə mütəmadi ikilistandartlarla qarşılaşırıq. Torpaqlarımızı işğal altında saxladığı 30 ildə Ermənistana Qərb sanki haqq qazandırmağa çalışdı. Torpaqlarımızı azad etdikdən sonra isə Qərbin Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlar və qərəz açıq müstəviyə keçdi"."Əslində Azərbaycan Ermənistanın 30 ildə tapdaladığı beynəlxalq hüquq normalarını bərpa etmişdir. Burda qeyri-adi heç nə yoxdur. Amma Qərb burada xristian təsübkeşliyini açıq şəkildə çəkir və Ermənistanı silahlandıraraq yenidən müharibəyə sövq edir. Fransada Natəvanın heykəlinə qarşı vandalizm hərəkətləri açıq şəkildə işlədilmişdir. O cümlədən Azərbaycana qarşı Avropa təsisatlarında qərəzli qətnamələr və qərarlar qəbul olunur. Təbii ki, bütün bunlar müsəlman olduğumuza görə bizə təzyiq etmək istəklərindən irəli gəlir. Konfransa gəlmiş qonaqların işğaldan azad olunmuş ərazilərə səfəri təşkil olunaraq mədəniyyət paytaxtımız Şuşaya aparılmışdır. Qonaqlar Ermənistanın Azərbaycana qarşı törətdikləri cinayətləri öz gözləri ilə görüb və bizim nümunəmizdə islamofob meyllərin dünyada necə dərinləşdiyi ilə bağlı məlumatlı olublar.Bakıda keçirilmiş konfransın həm ölkəmizin qarşılaşdığı Qərbin islamofob siyasətinin ifşa edilməsi , həm də dünyada islamofobiyaya qarşı mübarizədə baxışların dəyişilməsi və həmrəyliyin nümayiş etdirilməsinə çağırış baxımından böyük əhəmiyyəti olduğunu hesab edirəm" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər